|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Neft Fondu iki nəhəng şirkətin səhmlərini niyə aldı - 105 milyon dollar...
Tarix 01.05.24, 12:37 |
|
Ekspertlərə görə, bu cür qlobal texnoloji şirkətlərə investisiya yatırılması doğru və məntiqli addımdır
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin birinci rübü üzrə investisiya hesabatını açıqlayıb. Hesabatdan aydın olur ki, hesabat dövründə fondun kotirovka olunan səhm portfelinin dəyəri 12,5 milyard ABŞ dolları təşkil edib. Bu səhm portfeli üzrə 15 valyutada 24 ölkənin 1466 şirkətinin səhmlərinə yatırım edilib: “ARDNF öz yatırımlarını İnvestisiya Siyasəti və Qaydalarına uyğun şəkildə həyata keçirir və mövcud İnvestisiya Siyasətinə əsasən ARDNF investisiya portfelinin məcmu dəyərinin 25 faizinədək hissəsini səhm alt portfelinə (pay fondları daxil olmaqla) yatırım edə bilər. ARDNF birjada kotirovka olunan səhmlərə investisiya çərçivəsində bazar kapitalizasiyasına görə dünyanın inkişaf etmiş ölkələrinin ən iri şirkətləri özündə ehtiva edən "MSCI World" indeksini izləyir və bu kontekstdə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Bununla da fond səhm investisiyalarını indeksin ölkələr, sektorlar və valyutalar üzrə bölgülərinə uyğun olaraq həyata keçirir".
Birinci rübdə Neft Fondu dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb. Qurumdan verilən məlumata görə, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollarlıq səhmləri mövcuddur: “Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən "Tesla" və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, dünya texnologiya nəhənglərinin səhmlərinə investisiya edilməsi müsbət addımıdr: “Dövlət Neft Fondu 2023-cü ilin yekununa görə ən çox aşağıdakı 5 şirkətin səhmlərini almışdı:
- “Apple” 496 milyon ABŞ dolları;
- “Microsoft” 438 milyon ABŞ dolları;
- “Alfabet” “Google” 258 milyon ABŞ dolları,
- “Amazon” 233 milyon ABŞ dolları;
- “NVIDIA” 202 milyon ABŞ dolları.
Cari ilin birinci rübü ərzində isə fond aldığı səhmlərdə ciddi dəyişikliklər edib . Yəni cari ilin birinci rübündə fondun texnoloji səhmlər paketində tendensiya belə olub:
- Microsoft-un səhm portfeli 12,8 faiz artaraq 494 milyon dollara çatıb;
- “Apple” üzrə səhm portfeli 15,5 faiz azalaraq 419 milyon dollara enib;
- “NVIDIA”nın səhm portfeli 169 milyon dollar artıb və 371 milyon dollara yüksəlib;
- “Amazon”un səhm portfeli 233 milyon dollardan 279 milyon dollara çatıb.
Bu il ilk dəfə olaraq Meta platformasının səhmləri alınıb və fond bu səhmlərə 179 milyon sərmayə qoyub. Beləliklə, 2024-cü il üçün qlobal texnoloji şirkətlərin Dövlət Fondunun kotirovka olunan səhm portfelindəki payları aşağıdakı qaydada olub :
- “Microsoft” 494 milyon ABŞ dolları;
- “Apple” 419 milyon ABŞ dolları;
- “NVIDIA” 371 milyon ABŞ dolları;
- “Amazon” 279 milyon ABŞ dolları;
- “Alfabet” (“Google” ) 258 milyon ABŞ dolları;
- “Meta” 179 milyon ABŞ dolları.
Dövlət Neft Fondunun bu cür qlobal texnoloji şirkətlərə investisiya yatırması doğru və məntiqli bir addımdır. Süni intellekt bazarının genişlənməsi ilə trilyonluq şirkətlər siyahısına daxil olan NVİDİA-ya investisiyanın artırılması da məntiqlidir".
Ekspert texnologiya nəhəngləri ilə işin onların səhminə investisiya ilə məhdudlaşmamasının gərəkdiyini deyir: “Dəfələrlə bu mövzuda təkliflərimiz də olub ki, bu şirkətlərin Azərbaycana dəvət edilməsi, nümayəndəliklərinin açılması və ciddi iş birliklərinin də qurulması çox vacib və faydalı olardı. Bunun üçün də onlara münbit şərait yaratmaq lazımdır. Xatırladıram ki, bu siyahıda olan şirkətlərin 3-ü ilə Ermənistanın ciddi işbirliyi və birgə layihələri var”.
Qeyd edək ki, Neft Fondunun investisiya portfelində daha bir dəyişiklik qızıl alışının bərpa olunmasıdır. Belə ki, fond bu ilin ilk rübündə 3 tona yaxın qızıl alıb. Fondun açıqladığı hesabata görə 31 dekabr 2023-cü il tarixinə fondun qızıl ehtiyatı 101,8 ton (3 272 974,8 troya unsiyası) təşkil etdiyi halda aprel ayının 1-nə bu rəqəm 104,6 tona (7 milyard 499 milyon dollar) qədər yüksəlib. Bu isə o deməkdir ARDNF qızıl ehtiyatını son üç ayda 2,8 ton və ya 2,8 faiz artırıb. Nəticədə bu ilin ilk rübündə ARDNF-nin investisiya portfelində qızılın payı 13,2 faiz təşkil edib.
Onu da qeyd edək ki, Neft Fondunun ilk dəfə səhmlərinə investisiya yatırdığı “Tesla”nın birinci rübdə ümumi gəlirlərində ciddi azalma qeydə alınıb. Hesabat dövründə onun gəlirləri 9 faiz, xalis mənfəəti isə 2,2 dəfə azalıb. Bununla belə, aprelin 23-də mənfəət hesabatının dərcindən sonra şirkətin səhmləri hərraclarda 13 faizdən çox bahalaşıb. Hesabatda “Tesla” daha çox aşağı büdcəli avtomobillər də daxil olmaqla, robotaksilərin və yeni elektrik avtomobil modellərinin inkişafına istiqamətlənəcəyini açıqlayıb.
Şirkət mətbuata açıqlamasında bildirib ki, birinci rübdə xalis gəlir keçən ilin eyni dövründəki 2,5 milyard dollarla müqayisədə 1,13 milyard dollar olub. Səhm üzrə mənfəət 0,73 dollardan 0,34 dollara düşüb.
Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhm üçün 0,45 dollar təşkil edib ki, bu da “FactSet” tərəfindən sorğulanan ekspertlərin bir səhm üçün 0,49 dollar səviyyəsində verdiyi konsensus proqnozundan daha pis nəticədir. “Tesla”nın rüblük gəliri bir il əvvəlki 23,33 milyard dollardan 21,3 milyard dollara qədər azalıb.
“Tesla”nın səhmləri bu ilin əvvəlindən aprelin 24-dək demək olar ki, 42 faiz ucuzlaşıb. Lakin son beş gündə “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter”in sahibi İlon Maskın sərvəti 37,3 milyard dollar artıb. “Bloomberg Billionaires Index”ə əsasən, bu, onun sərvətində 2022-ci ilin mart ayının əvvəlindən bəri ən böyük həftəlik artımdır.
Çin texnologiya şirkəti “Baidu” ilə mümkün əməkdaşlıq xəbərləri “Tesla”nın səhmlərini bahalaşdırıb. Təkcə aprelin 29-da İlon Maskın sərvəti 18,5 milyard dollar artaraq 201,5 milyard dollara çatıb. Həmin gün “Tesla”nın səhmləri 17,76 faiz bahalaşıb.
Elman Sadıqov
İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, dünyada bütün fondlar vəsaitlərindən maksimum gəlir əldə etmək, ən azı dəyərini itirməməsi üçün müxtəlif investisiya alətlərindən istifadə edirlər: “Bu zaman investisiyaların diversifikasiyası da diqqətdə saxlanılır ki, zərərə düşməsinlər: səhmlərə, əmlaka, istiqrazlara, qızıla və sair. Bunu ona görə belə edirlər ki, məsələn, istiqrazlar ucuzlaşanda səhmlərin bahalaşması hesabına ümumi portfeldə gəlirlilik saxlansın. Yaxud səhm, istiqraz bazarında düşüş olanda qızıl portfeli hesabına zərərdən yayınmaq mümkün olsun. Burada ən etibarlı alət qızıldır: qiyməti müəyyən dövrdə azalıb-arta bilər, amma heç zaman tam zərər mümkün deyil. Qızıldan sonra etibarlılıq baxımından istiqrazlar gəlir. Xüsusilə AAA kateqoriyalı istiqrazlar - inkişaf etmiş ölkələrin, özəlliklə ABŞ-ın dövlət istiqrazlarının batmaq ehtimalı sıfıra yaxındır. İstiqraz o zaman bata bilər ki, onu buraxan ölkə defolt olsun”.
Ekspert bildirir ki, ən yüksək volatillik səhm bazarındadır: “Buna görə də səhm etibarlılıq baxımından riskli investisiya alətidir. Səhmlərə investisiya edərkən çoxsaylı hesablamalar aparılmalı, mötəbər analitik mərkəzlərin rəyləri öyrənilməlidir ki, hansı səhmlərə yatırımın daha yüksək və daha az təhlükəli gəlir təmin edəcəyinə düzgün qərar verə biləsən. Burada həm də hansı sahədə fəaliyyət göstərən şirkətlərin səhmlərinin alınması mühüm rol oynayır. Bank-maliyyə sahəsində, yaxud süni intellekt, texnologiyalar sahələrində çalışan şirkətləri seçmək üçün çoxsahəli hesablamalar aparılmalıdır. Yəni əvvəlcədən hansı şirkətə yatırım edib, nə qədər gəlir əldə etməyin mümkün olacağını hesablayıb sonra yatırım etmək ən vacib şərtdir. Bu gün dünyada bir sıra şirkətlər var, onların səhmlərinə yatırım hamısından daha etibarlı sayılır. Onlara investisiya orta dövrdə gəlirlilik əldə etməyə imkan verər. Lakin Neft Fondunun vəsaitləri fərdi sahibkarın pulu deyil, ictimai vəsaitdir. Buna görə də bu vəsaitlərlə yatırım edərkən daha ehtiyatlı olmaqda fayda var. Düşünürəm ki, qarşıdan ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz qərarları gəlir. Uzun müddətdir yüksək faizlər hökm sürür, gözləntilər bu ildən FED-in dərəcələri azaltmağa başlayacağı istiqamətindədir. Hazırkı dərəcələrin artırılması ehtimalı az da olsa var, amma məsələn, 6 faizə nə ABŞ iqtisadiyyatı, nə də qlobal iqtisadiyyatın uzunmüddətli dözüm əmsalı yoxdur. Bütün hallarda hətta gələn ildən də olsa, FED-in faiz endirimləri başlayacaq. Bu, istiqraz gəlirlərini artırsa da, səhm gəlirlərini azalda bilər. Bu kimi amilləri nəzərə almaqda böyük fayda görürəm”.
Son olaraq qeyd edək ki, bu ilin birinci rübündə Neft Fondunun aktivlərinin idarə olunmasından əldə etdiyi gəlirlərdə illik azalma qeydə alınıb. Belə ki, rüb ərzində fondun aktivlərinin idarə olunmasından əldə edilən gəlir 1 milyard 846,9 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 2 milyard 47,3 milyon manat olmuşdu. Bu isə qeyd olunan mənbədən gəlirlərin 9,8 faiz azalması deməkdir...
Xəbərin oxunma sayı : 1447
İqtisadiyyat
Xəbərlər
-
Şəbnəmi bu geyiminə görə peşman etdilər - Video
-
“AVRO-2024”də çıxış edəcək İngiltərə millisinin heyəti açıqlanıb - Siyahı
-
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir?
-
15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi - Atası həbs edildi
-
Gəncə Dövlət Universitetində yoxlama başladı: Rektorun işi təftiş edilir
-
Sumqayıtda dəhşətli hadisə: ana özünü və uşaqlarını zəhərlədi
-
Polis hər yerdə bu qızı axtarır - FOTO
-
Azərbaycanda un bahalaşdı - Yeni qiymət
-
Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim...“ – Şok
-
Zelenski İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - 8 şübhəli həbs olunub
-
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Aİ Şurası Rusiya aktivlərindən Ukrayna üçün istifadə qaydasını təsdiqlədi: DETALLAR
-
Bankların valyutaya tələbi 33 milyon dollar artıb - SİYAHI
-
Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir
-
Dini cərayana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli...
-
Əfv Məsələləri Komissiyası sabah toplanır - Sənədlər təqdim olunacaq
-
Bu rayonda məktəb və bağça bağlandı - FOTO
-
Azərbaycanda qızıl sürətlə bahalanır – Son qiymətlər
-
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı saxlanıldı - VİDEO
-
Deputatlar bu tarixdə toplanacaq: hansı qanunlar müzakirə olunacaq?
-
“Finca Azerbaijan” cərimələndi - Bu qanunu pozub
-
Bu şəxslərə əlavə kompensasiya ödəniləcək - QANUN
-
“Prezidentlik müddətim hələ başa çatmayıb“ - Volodimir Zelenski
-
İmtahan nəticələri açıqlandı - Bir nəfər yüksək nəticə göstərdi
-
“Azərbaycandakı “Akıncı“ PUA-sı hazır vəziyyətdə olub“ - Selçuk Bayraktar
-
Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan bütün ölkələrlə eyni hüquqla və eyni qarşılıqlı hörmətlə münasibət qurur
-
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Mərkəzi Bank ölkəyə milyonlarla yeni 1 qəpik gətirib – Mayası 2,5 qəpiyə bərabərdir?
-
Tərtərdə mina partladı - Ölən var
-
Sabirabad xəstəxanasının “təcili“ yardım maşını - VİDEO
-
Belarus-Azərbaycan münasibətləri strateji səviyyəyə çatıb
-
“Faciədən əvvəl biz 2 saatdan çox birlikdə idik” - Prezident
-
Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - Rəsmi açıqlama
-
Deputatın oğlunun şirkəti bağlandı - FOTO
-
Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb - Ölən və yaralılar var
-
Azərbaycan- İran dostluğu və əməkdaşlığı bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmli məsələdir
-
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olundu - FOTO
-
Milli Məclisin növbədənkənar sessiyası qapalı keçiriləcək? - AÇIQLAMA
-
“Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar
-
“Bandotdel“dən əməliyyat: bu şəxslər qandallandı - VİDEO
-
“Rəisi ilə son görüşdə önəmli qərarlar qəbul edilib“ - İlham Əliyev
-
Qubad İbadoğlu barəsində qətimkan tədbiri dəyişdirildi - Məhkəmə
-
Xalqlarımız arasında dərin hörmət və dostluq münasibətləri var
-
Təbrizin imamı qəzadan sonra sağ imiş... - VİDEO
-
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli
-
DİN əhalini xəbərdar etdi: virtual soyğunçuluq pik həddə çatdı
-
“Yastıq altındakı pullar”ın həcmi artır: nə bank, nə qızıl...
-
Rəisiyə vida mərasimi başlayıb – Təbrizdə minlərlə insan küçələrə axışıb
-
“Bu cinayətlərə görə cəzalar sərtləşdirilib“ - General
-
“Silah tədarükü ilə bağlı qərarlar 1 il gecikir” – Zelenski Qərbi ittiham etdi
-
“Azərişıq” Şəki və Balakəndə yenidənqurma işlərini davam etdirir - VİDEO
-
Prezident İran səfirliyində oldu, başsağlığı verdi - FOTO
-
Bakıda 150 min manatlıq dələduzluq edilib - 2 nəfər saxlanılıb
-
İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - FOTO
-
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
-
Bu ölkələrdə Rəisiyə görə matəm elan edildi - Siyahı
-
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq (VİDEO)
-
Rayonlarda leysan, dağlarda şaxta olub - FAKTİKİ HAVA
-
ABŞ Qəzzada baş verənləri soyqırımı hesab etmir - ABŞ Prezidenti
-
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Abort etdirmək sonsuzluqla nəticələnir - VİDEO
-
“Ukrayna Qərb silahları ilə Rusiya ərazisini vurmayıb“ - Zelenski
-
“Türkiyə olaraq qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik“ - Ərdoğan
-
Səmimi qonşuluq və faydalı əməkdaşlıq inkişaf edir
-
“Qazancın haram yolladır“ - Türkanla Vəfaya arasında qalmaqal
-
“Ardada xüsusi istedad var“ - Ançelotti
-
“Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz“ - Ərdoğan
-
Ətin qiyməti artacaq - Buna görə...
-
“Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır” - Blinken
-
Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...
-
Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir? - VİDEO
-
Türkiyədə bir günlük matəm elan edildi - İran Prezidentinin faciəvi ölümü ilə əlaqədar
-
Vergi orqanlarında xidmət haqqında qanun təsdiqləndi - Dəyişiklik
-
“Azərişıq” ASC-də yeni idarələr yaradıldı - SİYAHI
-
Şadlıq saraylarından mərasim evi kimi istifadə olunur? - VİDEO
-
Ərdoğan İlham Əliyevə zəng etdi- Nələr müzakirə olunub?
-
Azərbaycandan Rusiyaya ümumilikdə 43,1 milyon ədəd yumurta idxal edilib - RƏSMİ
-
Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA
-
Qarabağ Universitetinin rektoru kimdir? - DOSYE
-
“Türkiyə FETÖ-nü son nümayəndəsi tutulana qədər təqib edəcək“ - Ərdoğan
-
20 qadın, 95 kişi üzvü olan parlament: 10 yer isə boşdur - DETALLAR
-
Yetkinlik yaşına çatmayan şəxslər ən çox bu rayonlarda evləniblər – Rəsmi
-
Canlı efirdə qalmaqal: Dalaşıb efiri tərk etdi - VİDEO
-
Mərkəzi Bank ən çox şikayət edilən bankların adını açıqlayıb - SİYAHI
-
Nazir Fuad Bağırovu rəis vəzifəsindən azad etdi - Yeni təyinat
-
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT
-
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Qarabağ Universitetinə rektor təyin edildi - Sərəncam
-
“Rəisinin olduğu helikopter uçuşa yararsız idi“ - “Bild“
-
“Dollar Nizami“yə hökm oxundu - “Fud Siti“ bazarında Mail Səmədov axtarılır
-
Şəkərli diabet xəstələrini işdən çıxarmaq qadağandır? - HÜQUQİ İZAH
-
“Lifttəmir“ İB-də aparılan yoxlamaların nəticələri müzakirə edildi: Nöqsanlar aşkarlandı
-
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
-
“15 faiz Sadıkova verilirdi, 3 faiz isə...“ - Sabiq Baş Qərargah rəisinə yaxın şirkətlərin adları çəkildi
-
Xankəndiyə prokuror təyin edilib - 8 yaşında məcburi köçkün düşmüşdü
-
“Azərbaycan Tayvanın müstəqilliyini tanımır“ - XİN
-
Yenə leysan, qar yağacaq - Sabahın havası
-
“Həmin şirkətlər vəzifəli şəxsin yaxın adamlarına məxsus idi“ - 143 milyonluq mənimsəmə
-
Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEO
-
Bakını kabab tüstüsündə boğan restoranlar – Cərimələr çıxış yoludur?
-
İran XİN-dən açıqlama - “TƏSİR ETMƏYƏCƏK“
-
Xaçmazda bağlar və tərəvəz sahələri susuz qalıb: Məmurlar nə deyirlər?
-
Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – RƏSMİ
-
Hansı halda ölən şəxsin kreditini ailəsi ödəmir? - AÇIQLAMA
-
İlham Əliyev Latviya Seyminin sədrini qəbul etdi - FOTO
-
Xocalıya qayıdacaq sakinlərə görün hansı sürprizlər hazırlanır - Bu kadrları ilk dəfə görəcəksiniz
-
Zelenskinin səlahiyyət müddəti başa çatır: Yeni prezident seçiləcəkmi?
-
İrana 50 gün o rəhbərlik edəcək – Məhəmməd Moxber kimdir+ FOTO
-
Sabiq vəzifəli şəxslər yenidən hakim qarşısında - Bəraət istəyirlər
-
Baş direktor vəzifəsi Seyranova həvalə olundu - Nazirlikdə şöbə müdiridir
-
Rəisi və digərlərinin cəsədləri Təbrizə göndərildi – Axtarış başa çatdı
-
Bakının məşhur bağı belə olacaq - FOTOLAR
-
Prezident İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib - “Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır...“
-
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər həlak olub? - ADLAR
-
Məcnun Məmmədov vətəndaşları qəbul edəcək - Yevlaxda
TOP 10
ARXİV