“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Təbrizin imamı qəzadan sonra sağ imiş... - VİDEO

Tarix 21.05.24, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 19-da İranda ölkə Prezidenti İbrahim Rəisi və digər yüksək vəzifəli məmurların həlak olduğu helikopter qəzası ilə bağlı yeni detallar məlum olub.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, helikopterin göyərtəsində olan və qəza zamanı həlak olan şəxslərdən biri Təbrizin imamı Məhəmməd Əli Haşemi hadisədən sonra sağ imiş.

Bu barədə məlumatı İranın Fövqəladə Hallar üzrə Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami də təsdiqləyib.

O bildirib ki, imam bir neçə saat həyatda qala bildiyindən onun cəsədi daha az yanmış vəziyyətdə olub. Məlumata görə, Haşemi, hətta mobil telefonu ilə Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn Esmailiyə zəng etməyə də nail olub.

Sosial şəbəkələrdə isə Haşemi ilə qəza günü əlaqə saxlanılmasının iddia olunduğu görüntülər yayılıb. Paylaşımlarda Haşeminin təcili yardım avtomobillərinin səsini eşitdiyini dediyi qeyd olunub. Onunla yanaşı qəzaya düşən digər şəxslərin də həmin an sağ olması ilə bağlı heç bir detal məlum deyil. 





Xəbərin oxunma sayı : 949




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap