“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Mərkəzi Bank yeni pul siyasəti: “Qiymətlər ucuzlaşacaq”

Tarix 02.05.24, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


2024-cü ilin aprel ayında Azərbaycanda dövriyyədəki pul bazası 400,5 milyon manat azalıb. Mərkəzi Bankın verdiyi məlumata görə, aprelin son günü pul bazası 19 milyard 995,9 milyon manat təşkil edib. Bundan bir ay əvvəl pul bazası 20 milyard 396,4 milyon manata çatmışdı. Bu azalmasının səbəbləri nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əslində, Mərkəzi Bank pulun həcminin azalmasında maraqlıdır:
img


“Bəzən ticarət dövriyyəsi azaldıqda və ya depozitlər artıqda dövriyyədə olan pul bazasında azalma müşahidə olunur. Bu dəyişikliklər ciddi deyil. Faiz nisbətində çox cüzidir. Bu məsələdə davamlı tendensiyalara baxmaq lazımdır.

Mərkəzi Bank ümumiyyətlə, pul bazasının azalmasına çalışırdı. Çünki bu inflyasiya təzyiqini azaldan amildir.

Sadə dillə desək, dövriyyədə nə qədər çox pul olmazsa, inflyasiya da bir o qədər azalma müşahidə olunur”.

Ekspert tendensiyanın davam etməsinin bir çox məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxara biləcəyini qeyd edib:

“Buna tendensiya kimi baxsaq, daha yaxşı olar. Əgər bir neçə ay davam edəcəksə, inflyasiyanı azalda bilər. Amma bu, iqtisadi aktivliyə də mənfi təsir göstərir. Bu addımın iki üzü var. Müsbət tərəfi odur ki, inflyasiya faizi aşağı düşür, amma digər tərəfdən, pul bazası azaldıqca iqtisadi aktivlik də azalır.

Qısası, tendensiya davam edərsə, qiymətlər də aşağı düşə bilər”.



Xəbərin oxunma sayı : 919




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap