Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

“Lifttəmir“ İB-də aparılan yoxlamaların nəticələri müzakirə edildi: Nöqsanlar aşkarlandı

Tarix 20.05.24, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Bu barədə icra hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, müşavirədə bir sıra məsələlərə, o cümlədən şəhərdə aparılan quruculuq və yaşıllaşdırma işləri, əsaslı təmir aparılan parklarda görülən işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib, işlərin sürətləndirilməsi ilə bağlı təsərrüfat xidmətləri rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Müşavirədə verilən tapşırıqların icra vəziyyəti, xüsusilə paytaxtın lift təsərrüfatının vəziyyəti ilə bağlı Bakı şəhər "Lifttəmir" İstehsalat Birliyində aparılan yoxlamaların nəticələri müzakirə edilib. Aparılan araşdırmalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində liftə aid xidməti otaqların bəzilərinin sakinlər tərəfindən zəbt edilməsi, bəzilərində qapıların olmaması, istismar müddəti bitmiş bir sıra liftlərin kabinələrinin qeyri-qənaətbəxş olması və s. müəyyən edilib.

Eyni zamanda qeyd edilib ki, paytaxtda liftlərlə bağlı vəziyyət yaxşılığa doğru irəliləyib və mövcud nöqsanların ən qısa zamanda aradan qaldırılması ilə bağlı Bakı Şəhər "Lifttəmir" İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova və Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyevə müvafiq tapşırıq verilib.

Müşavirədə, həmçinin şəhər parklarının və istirahət guşələrinin abadlaşdırılmasının carı vəziyyəti təhlil edilib, vəziyyətin qənaətbəxş olduğu qeyd olunub və bu istiqamətdə də işlərin gücləndirilməsi ilə bağlı müvafiq təsərrüfat strukturlarına tapşırıq verilib.

Lift



Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap