Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

NATO-dan Rusiyaya qarşı müdafiə planı - 4400 səhifəlik

Tarix 01.11.25, 14:33

Font ölçüsü : - / +
bitmap-img6


NATO hərbçiləri və rəsmiləri arasında Rusiya ilə müharibənin qaçılmaz olduğuna dair əminlik getdikcə artır. 

Bu barədə “Welt” nəşri yazıb.

Bildirilib ki, Rusiya ilə qarşıdurma ehtimalı NATO daxilində ciddi narahatlığa səbəb olub.

Ekspertlər hesab edirlər ki, Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyanın hücum təhlükəsi əhəmiyyətli dərəcədə artacaq. 

“Heç kim Ukraynada müharibənin nə qədər davam edəcəyini bilmir. Lakin NATO ərazisinə, xüsusilə Baltik ölkələrinə hücum təhlükəsi Ukraynada müharibə bitdikdən sonra ən yüksək səviyyəyə çatacaq. Biz artıq “sıfır fazası”ndayıq” - NATO-nun keçmiş yüksəkrütbəli generalı nəşrə bildirib.

Alyans həmçinin bəzi Rusiya hərbi dairələrinin yenidən təşkil edilməsindən narahatdır. Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozinin fikrincə, bu islahat NATO ölkələri ilə sərhədlərdə Rusiya qoşunlarının sayının artmasına gətirib çıxaracaq.

“Biz görürük ki, bu bölmələr bir-iki həftəlik təlimdən sonra döyüş əməliyyatları aparmaq üçün tez bir zamanda Ukraynaya göndərilir. Lakin gec-tez onlar geri qayıdacaqlar”, - o vurğulayıb.

Qeyd edilib ki, NATO üçün düşmən qoşunlarının sərhəd yaxınlığında yerləşdirilməsi problem yaradır. Rusiya Silahlı Qüvvələri böhran zamanı sürətli hücuma keçə bilər və bu halda NATO-nun müdafiə üçün çox az vaxtı olacaq. Buna görə də alyans Rusiyanın hücumunun qarşısını almaq üçün intensiv hazırlıq görür və artıq gizli müdafiə planlarının həyata keçirilməsi işinə başlanılıb.

Nəşrin məlumatına görə, NATO-nun Avropadakı Ali Baş Komandanı Kristofer Todd Donahyu Brüsseldə NATO-ya üzv 32 dövlətin hərbi nümayəndələrinə 4400 səhifəlik hərtərəfli müdafiə konsepsiyasını (“Şərq cinahında çəkindirmə xətti konsepsiyası”) təqdim edib.

“Donahyunun konsepsiyasında pilotsuz uçuş aparatları və avtonom silahlar, eləcə də NATO-nun şərq sərhədi boyunca daha çox ağır silahların yerləşdirilməsi və məlumat mübadiləsi üçün silahlı qüvvələr arasında əlaqələrinin təkmilləşdirilməsi əsas rol oynayır”, - “Welt” yazır.



Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap