Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Vətəndaşdan qəribə etiraz - Adlarını dəyişib divara yazdı

Tarix 30.10.25, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən “Göy qurşağı” yaşayış kompleksində xoşagəlməz hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kompleksin bloklarının qapılarına təhqiramiz ifadələrlə dolu plakatlar yapışdırılıb.

Kompleksin nümayəndəsi və sakinlər məsələ ilə bağlı polisə müraciət edib. Sabunçu Rayon Polis İdarəsinin 15-ci PŞ-nin apardığı araşdırmalarla bunu edən şəxsin binada yaşayan 1972-ci il təvəllüdlü Masallı sakini V.Babayev olduğu müəyyənləşib.

Məlum olub ki, vətəndaş binanın komendantlığından və təmizlik işçilərindən narazıdır. O, əvvəllər də dəfələrlə bina sakinlərini və təmizlik işçilərini söyərək təhqir edib. Bu dəfə isə həmin şəxs ad çəkmədən və ya adlardakı hərflərdən birini dəyişərək orada yaşayanların ünvanına təhqirlər yazıb və divarlara yapışdırıb.


Belə ki, V.Babayev konkret ad çəkməyib, Sahib əvəzinə Sahibə, Əlixan əvəzinə Dəlixan (adlar şərtidir) və s. yazıb.

O, ifadəsində bildirib ki, komendantlığın əməkdaşları konstitusion hüquqlarını pozur: “Erməniləri söymüşəm, binanın sakinlərini deyil. Əməlimdən peşman deyiləm, çünki məni binanın həyətində oturmağa qoymurlar. Odur ki, protokolun təmin edilməməsini xahiş edirəm”.

Həmçinin məlum olub ki, V.Babayev daha əvvəl də binanın qarşısındakı söhbətgahlara təhqiramiz ifadələr yazıb. O, dəfələrlə şifahi xəbərdarlıqlar olmasına baxmayaraq, sərxoş halda söyüş söyərək, səs-küy yaradaraq bina sakinlərinin narazılıqlarına səbəb olub. Həmçinin 2020-ci ildən bu günədək heç bir kommunal ödənişi etməyib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə V.Babayev 50 manat cərimə edilərək sərbəst buraxılıb.



Xəbərin oxunma sayı : 181




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap