Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanda bu sahələr daha çox gəlir gətirəcək - SİYAHI

Tarix 01.11.25, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan şirkətləri yaxın beş ildə tikinti və xammal sektorunun, o cümlədən nəqliyyat və logistika sahələrinin daha çox böyüyəcəyini proqnozlaşdırır. Bu barədə "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatın doqquzuncu buraxılışındakı "Biznes etimadı sorğusu"nda qeyd edilib. Sorğunun nəticələrinə görə, şirkətlər yaxın beş ildə Azərbaycanda ən sürətli inkişafın tikinti və xammal sektorunda (20 %), eləcə də nəqliyyat və logistika sahələrində (20 %) olacağını proqnozlaşdırır. Bu proqnozlar real iqtisadi trendlərlə nə dərəcədə üst-üstə düşür? Növbəti beş ildə ölkədə daha çox hansı sahələrin inkişaf edəcəyi gözlənilir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, növbəti beş ildə əsas hədəflər idxalın əvəzlənməsi ilə bağlı olacaq: "Çünki məqsəd yerli istehsalın genişləndirilməsidir. Bu, həm qiymətlərin optimallaşdırılması, həm də valyutanın ölkədə qalması baxımından vacibdir. Emaledici qida sənayesinin daha da inkişaf etdiriləcəyi gözlənilir. Yüngül sənayedə də üstünlüklər mövcuddur. Bu sahələr növbəti beş ildə əsas prioritetlər siyahısındadır”. 

V.Bayramovun fikrincə, növbəti beş ildə inkişaf edəcək sektrolardan biri də nəqliyyat-logistikadır: "Çünki bir tərəfdən Orta Dəhlizin imkanları genişlənir, digər tərəfdən Azərbaycan və Qazaxıstan bu istiqamətdə kifayət qədər geniş miqyaslı əməkdaşlıq nümayiş etdirir. Bu da nəqliyyat və logistikanın inkişafına ciddi şərait yaradacaq. Ona görə gözlənilir ki, Azərbaycan növbəti beş ildə nəqliyyat və logistika sahəsindən daha çox gəlir əldə etmək imkanı qazanacaq. Bu da iqtisadi artıma təsirsiz ötüşməyəcək. İqtisadiyyatı inkişaf etdirən digər amillər infrastrukturun inkişaf etdirilməsi, elektronlaşmadır. Bütün bunlarla yanaşı geosiyasi vəziyyət və regiondakı yeni düzən də Azərbaycan üçün yeni imkanlar yaradır. Qarabağ münaqişəsinin həlli regiona daha çox sərmayənin cəlb edilməsi, daha çox yüklərin daşınması baxımından da vacibdir. Dövlət siyasəti islahatların dərinləşməsi istiqamətindədir. Nəqliyyat və logistika, qeyri-neft sektorunun inkişafı üçün daha çox sərmayənin cəlb olunması üçün işlər növbəti beş ildə daha da artacaq. Qeyri-neft sektorunun inkişafı əsas hədəflərdəndir”.

İqtisadçı Elçin Əkbərov bildirib ki, proqnozlar real mənzərəni əks etdirir: "Mən bu siyahıya alternativ enerji sektorunu da əlavə etmək istərdim. Son illər bu sektora ciddi xarici investisiyalar cəlb edilir və bu, hazırda da davam edir. Növbəti beş il ərzində azı yeddi QVt yaşıl enerji gücləri istifadə oluna biləcək və bunun 70 faizindən çoxu ixraca yönəldiləcək. Bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir”.

E.Əkbərov digər inkişaf edəcək sahələrə də toxunub: "İnşaat sektorunun inkişafının davam etməsi qaçılmaz prosesdir və fikrimcə, inşaat sektorunun xüsusi çəkisində qeyri-yaşayış, emal, istehsalat, soyuducu anbar kompleksi yönümlü tikintilər artacaq. Xammal sektoru ilə yanaşı emal və istehsalat sektorları da inkişaf edəcək, çünki ölkəmizdə böyük həcmlərdə aqrar məhsul yetişdirilir və çox az hissəsi emal olunaraq satışa çıxarılır və ya ixrac olunur. Bu da məhsulun saxlanma müddətini azaldır və uzun yol qət etməsini çətinləşdirir. Ancaq emal və istehsalat sektorlarının inkişafı ilə bu problemlər aradan qaldırılacaq və ölkəmiz daha çox əlavə dəyər yarada bilən məhsullar ilə dünya bazarında payını artıracaq. Nəqliyyat sektorunun inkişafı qaçılmazdır, bunu dəmir yolları və gəmi-bərə daşımaları nümunəsində real olaraq görürük”. 

Ekspertin fikrincə, bu sahələrin inkişafı üçün müəyyən işlər görülməlidir: "Biznesə başlama müddətinin qısa, xərclərinin minimal olması, xidmətlərin maksimal elektronlaşması texniki baxımdan prosesləri sürətləndirib. Ancaq Qarabağın demək olar ki, sıfırdan bərpası, yenidən qurulması, regional kommunikasiyaların maksimal açılması ilə tranzit yükdaşımaların artması və ölkədən daha çox sərnişin və yük keçidi, vergi və gömrük stimullaşdırıcı tədbirləri, ixrac imkanlarının genişlənməsi və qeyri-neft sektoruna diqqət və marağın artması inkişafa gətirib çıxaracaq”.

E.Əkbərov inkişaf edən sahələrə dövlət dəstəyinin vacibliyindən də bəhs edib: "Dövlət dəstəyini regional, sektoral və ərazi üzrə qruplaşdırmaq olar. Regional olaraq Qarabağ ərazisində bizneslərə 10 illik vergi güzəştləri verilir. Sektoral və regional əsasda yanaşsaq, investisiya təşviqi sənədi, aqrar subsidiyalar, həmçinin sənaye parkları və sənaye məhəllələri ciddi dəstəklər təklif edir. Sektoral baxımdan dəstəklərin hamısı qeyri-neft sektoruna və xüsusilə aqrar, istehsalat sektorlarına yönəlib”. 

Mənbə: "Kaspi" qəzeti



Xəbərin oxunma sayı : 205




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap