Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Hərbiçilərin pensiyası yeni qaydada hesablanacaq - ƏƏSMN detalları açıqladı

Tarix 30.10.25, 22:47

Font ölçüsü : - / +
bitmap-img6


Hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin yeni qərarı ilə hərbi qulluqçulara və pensiya təminatı zamanı onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiya təyinatı ilə bağlı qaydalar vahid normativ aktda birləşdirilib.

Belə ki, bu vaxta qədər hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması, habelə bu barədə məlumatların təqdim olunması kimi eyni tənzimləmə sahəsinə aid və bir-biri ilə əlaqəli işlər müxtəlif qaydalar əsasında aparılırdı.

Bu sahədə müasir normayaratma tələblərinə uyğun təkmilləşdirmə işləri yerinə yetirilib və artıq bu istiqamətdə proseslər vahid normativ hüquqi akt, yəni yeni qərarla təsdiq edilmiş "Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları" əsasında aparılacaq.

Nazirlər Kabinetinin yeni yərarı müvafiq qanunvericilikdə texniki xarakterli bir sıra dəyişiklikləri də nəzərdə tutur.



Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap