Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək oldu - FOTO

Tarix 31.10.25, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Sərfəli mobil operator “Nar” ana dilimizin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə dəstək verməyə davam edir. Şirkət bu dəfə Azərbaycan dili və ədəbiyyatının Türk dünyasında tədqiqinə həsr olunmuş II Beynəlxalq elmi simpoziumun tərəfdaşı olub.

AzFakt.com xəbər verir ki, simpozium Türkiyədə fəaliyyət göstərən yeganə Azərbaycan dili və ədəbiyyatı bölüməsinin 20 illiyinə və Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub.

Layihənin məqsədi Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq elmi müstəvidə öyrənilməsini, araşdırılmasını və təbliğini təşviq etməkdir.

Türkiyənin Qars şəhərində keçirilən simpozium Qafqaz Universitetinin təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Xəzər Universiteti və Qarabağ Universitetinin tərəfdaşlığı ilə baş tutub. İki gün davam edən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 100-dən çox alim və tədqiqatçı iştirak edib. Onlar Azərbaycan dilinin Türk dünyasında rolu, ədəbiyyatımızın müasir tədqiqat istiqamətləri və dilin qloballaşma şəraitində qorunması kimi mövzularda məruzələrlə çıxış ediblər.

Ana dilinə dəyər vermək və milli kimliyimizin əsas sütunu olan Azərbaycan dilinin yaşadılmasına dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindəndir. Mobil operator bu kimi layihələr vasitəsilə gənc nəsildə ana dilinə sevginin və aşılanması, eləcə də, Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir. Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksək keyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.






Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap