Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycan bazarına Monqolustan və Braziliyadan gətirilən ətlər yoxlanır? - AÇIQLAMA

Tarix 01.11.25, 19:41

Font ölçüsü : - / +
bitmap-img6


Son aylarda Azərbaycana idxal olunan ətlərin qiyməti yerli bazarda satılan ətlərlə müqayisədə xeyli aşağıdır. Buna görə də xaricdən gətirilən ət məhsullarına tələbat sürətlə artır.

Hazırda mağaza və bazarlarda Monqolustan və Braziliyadan gətirilmiş ətlər üstünlük təşkil edir. Rəsmi məlumatlara əsasən, ötən il Azərbaycana idxal olunan ətin həcmi əvvəlki illə müqayisədə 41 faiz artıb.

Bəs görəsən, digər ölkələrdən Azərbaycana idxal olunan ətlərlə bağlı monitorinq həyata keçirilirmi? Sözügedən ətlərin keyfiyyəti ilə bağlı vəziyyət nə yerdədir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür.

Məlumatda qeyd olunub ki, xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir:

"Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, dövriyyəyə buraxılır.

Bildiririk ki, belə məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər.

Sonda qeyd edirik ki, istehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, agentliyin "1003" çağrı mərkəzinə zəng vuraraq və ya "e-Qidam" mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər".



Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap