Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Masazır-Bakı marşrutu üzrə avtobuslar üçün xüsusi zolaq yaradıldı - Fotolar

Tarix 24.10.25, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Masazır-Bakı marşrutu üzrə avtobuslar üçün xüsusi zolaq istifadəyə verilib
 
Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün AYNA tərəfindən sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib.

AzFakt.com xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib:

"Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarla sərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin olunub.

Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə 130 avtobus ümumillikdə 650 dəfə hərəkət edir və gün ərzində bu avtobuslardan istifadə edən 40 000-ə yaxın sərnişinin sıxlıqda qalmayaraq rahat daşınması həyata keçirilir".

"Məlumat üçün bildirək ki, gündəlik Xırdalan şəhəri və Masazır qəsəbəsindən paytaxta 170 minə yaxın sərnişin daxil olur.

Eyni zamanada, görülən işlər çərçivəsində Tbilisi prospektində mövcud olan xüsusi hərəkət zolağının əhatəliyi genişləndirilib və əlaqəlilik təmin edilib. Belə ki, prospektin “20 Yanvar” dairəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində xüsusi hərəkət zolağı təşkil olunub və avtobusların bu ərazidə sıxlıqda qalmasının qarşısı alınıb.

Xüsusi hərəkət zolağı yaradılarkən Tbilisi psospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yolun hərəkət hissəsi genişləndirilib və hərəkət zolaqları yenidən təşkil olunub. Beləliklə, avtomobillər üçün zolaqların sayı dəyişməz olaraq qalıb.

Qeyd edək ki, gün ərzində Tbilisi prospektinin bu ərazisindən 5 müntəzəm marşrut xətti üzrə 75 avtobus ümumillikdə 490 dəfə keçir və bu avtobuslarla 35 000-dək sərnişin daşınır", - qurumdan əlavə olunub.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili və əlaqələndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.





Xəbərin oxunma sayı : 271




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap