Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Türk dövlətləri müxtəlif platformalarda daim bir-birilərini dəstəkləyirlər“ - Mikayıl Cabbarov

Tarix 24.10.25, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


"Türk dövlətləri daim ikitərəfli və çoxtərəfli platformalarda bir-birilərini dəstəkləyirlər".

AzFakt.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, ortaq türk kimliyi, mədəni ənənələr və mənəvi dəyərlər, eləcə də ölkə rəhbərləri arasında qarşılıqlı etimad və dostluq münasibətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da güclənməsi üçün möhkəm təməl yaradır:

"Türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək, təhsil və sosial infrastrukturun yenidən qurulması istiqamətində atdığı addımlar qardaşlıq həmrəyliyinin və ortaq dəyərlərimizin təcəssümüdür. Eyni zamanda, Azərbaycanın türk dövlətlərində həyata keçirdiyi sosial layihələr və mədəni təşəbbüslər qardaş ölkələr arasında dostluğun, qarşılıqlı etimadın və türk dünyasında birliyin möhkəmlənməsinə xidmət edir".

Nazir əlavə edib ki, Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısının Qəbələ şəhərində keçirilməsi və təşkilata bir il müddətinə Azərbaycanın sədrliyinin keçməsi mühüm hadisə olub:

"İnanırıq ki, sədrliyimiz dövründə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə ediləcək. Qəbul edilmiş Qəbələ Bəyanatında üzv ölkələr arasında süni intellektin, yaşıl və rəqəmsal texnologiyaların sənaye strategiyalarına inteqrasiyasının təşviqi xüsusi olaraq vurğulanıb. Bu, türk dövlətlərinin qarşıdakı illərdə innovasiyaya əsaslanan iqtisadi inkişaf modelinə keçidi baxımından mühüm istiqamətdir".



Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap