Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Marketlərdə 40, köşklərdə 80 qəpik - Fərqin səbəbi nədir?

Tarix 14.10.25, 9:37

Font ölçüsü : - / +
bitmap-img6


Təcili nəsə almaq lazım olanda, yol keçəndə üz tutduğumuz yerlərdən biri də köşklərdir. Lakin burada məhsullar eyni olsa da, qiymətləri daha fərqli - baha olur. Məsələn, marketdən 45 qəpiyə aldığımız su köşklərdə 80 qəpiyə satılır.

Köşklərdə məhsulların baha satılmasının əsaslı səbəbləri varmı? Niyə köşklər məhsulları baha qoyur?

Valyuta.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, köşklə supermarketin biznes modeli fərqlidir:

"Supermarketdə hər şey var. Supermarketlər qazanclarını çoxlu satışdan əldə edir. Hər məhsulun üzərinə kiçik marja qoyur və qazancını dövriyyədən götürür. Amma köşklərdə isə biznes modeli fərqlidir. Köşklər az-az satıb daha çox qazanmaq istəyir. Çünki bilir ki, onun müştərisi supermarketə girən müştəri deyil, onun müştərisi təsadüfən, təcili lazım olanda alış edən müştəridir. Yəni məsələ fərqli biznes modellərinin olmasıdır. Köşklər az satıb, satdığından daha çox qazanmaq istəyir. Supermarketlərdə isə davamlı, dayanıqlı və çoxlu satışla pul qazanmaq məqsəd qoyulur. Məsələn, köşkdə gün ərzində 10 su satılırsa, supermarketdə 150–200 və ondan çox satılır”.

Ekspertin sözlərinə görə, həm köşkün, həm də supermarketin özünəxas xərcləri var:

"Köşk əlçatan olduğuna görə, əsasən sürətli alış-verişlər üçün nəzərdə tutulur. Biznes modelləri fərqlidir və bizi heç kim məcbur etmir ki, gedib köşkdən nəsə alaq. Dünyanın hər yerində də bu belədir. Köşklər və turistlik məkanlardakı satış nöqtələri supermarketlərlə müqayisədə daha bahalı olur”.



Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap