Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

"Sədərək”də sahibkarlarla Agentlik əməkdaşları arasında gərginlik - VİDEO

Tarix 13.10.25, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


"Sədərək” ticarət mərkəzində sahibkarlarla Dövlət Reklam Agentliyi arasında gərginlik yaşanıb.

Xezerxeber.az-ın məlumatına görə, sahibkarlar iddia edirlər ki, ticarət mərkəzinin ətrafında onların yerləşdirdiyi ödənişli reklam konstruksiyaları xəbərdarlıq olmadan bu gün səhər tezdən sökülməyə başlanıb. Bu addım isə onların narazılığına səbəb olub.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən "Sədərək" ticarət mərkəzindən bir qrup sahibkar  deyiblər ki, ərazidə 21 reklam lövhəsi dağıdılıb, onlara 210 min manat dəyərində ziyan dəyib.

Odur ki, bu gün sahibkarlarla Agentlik əməkdaşları arasında gərginlik yaşanıb. Sahibkarlar bu addımın atılmasını qeyri-qanuni hesab etdiklərini deyirlər.

Onlar hesab edirlər ki, belə addımlar ticarət mühitinə mənfi təsir göstərir.

“Sədərək" ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim “Xəzər Xəbər”ə bildirb ki, qüvvəyə minmiş məhkəmə qərarına əsasən, "Sədərək" bazarının ərazisi özəl mülkiyyət kimi tanınıb və bu barədə Dövlət Reklam Agentliyinə rəsmi məlumat verilib. Özəl mülkiyyətə aid ərazilərdə reklam fəaliyyətinə yalnız mülkiyyətçinin razılığı ilə icazə verilir.

Onun sözlərinə görə, "Sədərək" bazarının ərazisi tam hasarlanıb, mühafizə olunan, giriş-çıxışı idarə olunan özəl ticarət məkanıdır. Reklam konstruksiyaları bazarın daxili ticarət zonasında, yəni ictimai yol və ya bələdiyyə ərazisi ilə əlaqəsi olmayan hissələrdə quraşdırılıb. Dövlət Reklam Agentliyindən isə bildirldi ki, söküntü işləri qanun çərçivəsində reallaşdırılıb.






Xəbərin oxunma sayı : 325




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap