Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Parkinq ərazisində araba saxladı, bələdçini döydü - Məhkəmə qərarı

Tarix 10.10.25, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda avtomobil dayanacağında yük arabası saxlayan şəxslə bələdçi arasında dava düşüb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pospekti 126 ünvanın yaxınlığında baş verib. 

Belə ki, 1988-ci ildə Göygöl rayonunda anadan olmuş Elçin Məmmədov (soyad şərti) yük arabasını həmin ünvandakı avtomobil parklanma ərazisində saxlayıb. "AzParking" şirkətində bələdçi işləyən Zaur adlı zərərçəkmiş Elçinə irad bildirərək, arabanı başqa yerdə saxlamasını tövsiyə edib. 

Təqsirləndirilən şəxs isə ona yorulduğunu, birazdan gedəcəyini deyib və tərəflər arasında yaranan mübahisə davaya çevrilib. Elçin "AzParking"in bələdçisinin döş qəfəsi nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib. 

Hadisədən sonra saxlanılan təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb. Məhkəmənin hökmü ilə Elçin Məmmədov 1200 manat cərimə edilib.



Xəbərin oxunma sayı : 1060




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap