Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

63 milyon manatlıq sifariş alan “universal“ şirkət: “Vest-LTD“nun sahibi kimdir?

Tarix 13.10.25, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət satınalmalarında fəal iştirak edən bəzi şirkətlər var ki, müxtəlif satınalma predmetləri üzrə qalib elan edilir. Tutaq ki, bir quruma geyim sifarişi alan şirkət başqa bir qurum üçün təmir işləri görür, yaxud hansısa yerli icra hakimiyyətinin abadlıq işləri ilə bağlı elan etdiyi tenderin qalib olur.

Qaynarinfo xəbər verir ki, belə şirkətlərdən biri də "Vest-LTD" Qapalı Səhmdar Cəmiyyətidir (QSC). 

QSC cari ilin 9 ayında 7 tenderin qalibi elan edilib. Bu tenderlər Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilib. 

Yuxarıda adı çəkilən qurumlar şirkətdən inventarlar, auditoriyaların, xidməti otaqların və digər müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi ilə bağlı mallar, əsaslı və cari təmir işləri, abadlıq işləri, mebel, yataq ləvazimatları və xüsusi geyimlər almağı planlaşdırır. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 63 046 864,83 manatdır. 

Satınalma predmetlərindən görünür ki, "Vest-LTD" QSC həm mebel, həm yataq ləvazimatları, həm xüsusi geyimlər satır, həm də təmir və abadlıq işləri görür. 

Əlbəttə bir şirkətin çoxprofilli olması mümkündür. "Vest-LTD” QSC-nin də faliyyəti müxtəlif sahələri əhatə edə bilər. Lakin 9 aya 63 milyonluq sifariş alan bir şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdursa, şirkətin adicə əlaqə nömrələrinə, internet səhifəsinə rast gəlinmirsə, onun ümumiyyətlə fəaliyyəti şübhə altına düşür. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildən təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib. "Vest-LTD” QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur. "Vest-LTD” QSC kimi Şahin Verdəliyev haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Mediada yer alan iddialara görə, şirkətin sahibi Hacı Ramazan Mirəzyevdir. O, "tender kralı” kimi tanınır. Hacı Ramazan Mirəzyevin nəzarətində olan şirkətlərin əsasən Bakı Şəhər İcra Hakimiyyətinin və onun nəzdində fəaliyyət göstərən qurumların, xüsusilə "Bakı Şəhəri Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderlərin qalibi olduğu iddia edilir. 

"Vest-LTD” QSC də sözügedən MMC-nin tenderlərində bir çox hallarda qalib olur. Bu isə mediada yer alan iddiaların əsassız olmadığına şübhələri artırır. 



Xəbərin oxunma sayı : 196




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap