![]() |
|














Bakıda üçtərəfli görüş keçirildi - FOTOLAR
Tarix 13.10.25, 13:57 |
|

Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilib.
AzFakt.com xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın İran və Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq olduğunu bildirib.
Ş.Mustafayev üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında təşviqinin zəruriliyinə diqqət çəkib:
“Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq böyük önəm kəsb edir”.
Ş.Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında bir sıra vacib sənədlərin, o cümlədən İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Sazişin və Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında dəhliz üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığını xatırladıb.
Baş nazirin müavini 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün və sərhəd-keçid məntəqəsinin istismara verildiyini, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikintisinin yekunlaşmaq üzrə olduğunu bildirib.
Həmçinin Vətən müharibəsində əldə edilən qələbə və işğal altında olan torpaqların azad olunmasının regionda yeni geosiyasi vəziyyət və nəqliyyat-logistika sahəsində yeni imkanlar yaratdığı qeyd olunub.
Bu baxımdan, 2022-ci ildə Azərbaycan ilə İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd–Kəlalə yeni avtomobil körpüsünün regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcəyi qeyd edilib.
Araz dəhlizinin vacib komponenti olan bu körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur.
Həmçinin Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır.
Bildirilib ki, bu yol infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə, həmçinin Fars Körfəzini Qara Dənizə bağlayacaq.
Energetika sahəsinin üçtərəfli əməkdaşlıq kontekstində perspektivlərinə toxunan Ş.Mustafayev hazırda Azərbaycanın elektrik şəbəkəsi ilə həm Rusiya, həm də İran elektrik şəbəkələri arasında ayrı ayrılıqda bağlantıların mövcud olduğunu və bu əlaqələrin elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verdiyini deyib.
Nəqliyyat sahəsində həyata keçirilən tədbirlərin gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini tələb etdiyi xüsusi qeyd edilib. Bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq istiqamətləri sırasındadır.
Ş.Mustafayev həmçinin oktyabrın 14-də üç ölkənin nümayəndə heyətləri tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriləcəyini bildirib.
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin çıxışlarından sonra nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər geniş müzakirə edilib.
Üçtərəfli görüşün nəticələrinə dair Kommünike qəbul olunub.




Xəbərin oxunma sayı : 190
Siyasət
Xəbərlər
-
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
-
Bakıda 276 min manatlıq qızıl oğurluğu: Aysel və Vüsal Zeynalovların məhkəməsi başladı
-
63 milyon manatlıq sifariş alan “universal“ şirkət: “Vest-LTD“nun sahibi kimdir?
-
Vitkoff və Putin arasında görüş 5 saat çəkibmiş - Tramp təfərrüatları açıqladı
-
“TikTok“ mübahisəsi qanla bitdi - TƏFƏRRÜAT
-
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək - Pop müğənnisi, steyk..
-
“Yelo Bank” qırmızı zolaqdan çıxa bilmir - Müştərilərin ən çox şikayət etdiyi bankdır
-
SDU-ya 40 əcnəbi tələbə axtarılır - Bunu təşkil edənə isə 103 min manat veriləcək
-
“ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var“ - Tramp
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vəzifəli şəxsin oğlu hoteldə öldü - Mingəçevirdə
-
Xanlar Ağalarov “Green Flag Award“ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi ilə
-
Azərbaycanda insanlar televiziyada ən çox nələrə baxırlar? - Siyahı
-
Benzin və dizelin bahalaşması əhalinin “cibinə” necə təsir edib? - Rəqəmlər
-
Maaşlarına görə 102-yə şikayət etdilər: “Zəfər-44 Construction“ 20 min cərimələndi
-
Prezident Misirdə Paşinyanla söhbətləşdi - FOTOLAR
-
Azərbaycanda işlədiyi yeri əxlaqsızxana adlandıran qadına - Bu cəza verildi
-
Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir - Dəyişiklik
-
Bakıda satışa çıxarılan 9 milyonluq mənzilin 350 kv. eyvanı var - Fotolar
-
Prezident Yaxın Şərq Sülh Sammitində iştirak edir - FOTOLAR
-
70 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - Bu tarixdə
-
Bakıda üçtərəfli görüş keçirildi - FOTOLAR
-
“Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək“ - Tramp
-
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - Sənəddə isə ofis binası göstərilib
-
Deputat partiyasından uzaqlaşdırıldı - Qüdrət Həsənquliyevdən açıqlama
-
Xocavənddə əməliyyat: Silah-sursat satmaq istəyən saxlanılıb
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
“Türkiyə fantastik idi, Ərdoğan da möhtəşəm işlər gördü“ - Tramp
-
Naftalan neftinin çıxarılması, emalı, saxlanılması qaydaları təsdiqlənib - Qərar
-
Azərbaycanda yenilik - Əlilliyin alınması asanlaşır
-
İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - VİDEO
-
Xankəndi, Ağdərə və Xocalıda bu qədər əhali yaşayır - Açıqlama
-
Nazirlikdən xəbərdarlıq - Bu ərazilərdə partlayışlar olacaq
-
Qarabağa daha 980 ailə köçürülür - Bir ailənin daşınmasına 978 manat
-
“Vüsal 300“ ev dustaqlığına buraxıldı - Məhkəmədən qərar
-
“Pakistanla sülhün tərəfdarıyıq“ - Əfqanıstan XİN
-
Boşanma sonrası qətllərin sayı niyə artıb? - VİDEO
-
Yer kürəsində maqnit qasırğası başladı - XƏBƏRDARLIQ
-
“Putin Ukrayna ilə münaqişəni həll etməsə bu, onun üçün pis olacaq“ - Tramp
-
Azərbaycanda Çin avtomobilləri ucuzlaşdı - VİDEO
-
Məşhur müğənni keçmiş baş nazirlə öpüşərkən görüntüləndi - FOTO
-
Hövsanda kanalizasiya sularının dənizə axıdıldığı iddia edilir - VİDEO
-
Ev tikmək üçün payız-qış mövsümündə torpaq almaq daha sərfəlidir - VİDEO
-
Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda - FOTOLAR
-
Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEO
-
Şərurlu İsfəndiyardan rəzil addım: “Gizli çəkiliş edib...” - VİDEO
-
Bakıdakı unikal limanda hansı işlər görülür? - Proseslə bağlı detallar
-
Madaqaskarda etirazçılar böyüyür - Hərbçilər də nümayişçilərə qoşuldu
-
“Taliban“dan fərqli olaraq, müki əhalini hədəfə almırıq“ - Pakistan XİN
-
Bakıda gömrük idarəsinin sabiq əməkdaşı qətlə yetirildi - Obyektinin qarşısında bıçaqlandı
-
“Azərbaycanda hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir“ - Prezident
-
“Türkiyə Suriya ilə bütün sahələrdə əməkdaşlığı davam etdirir“ - Hakan Fidan
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Nazirlər və generallar beynəlxalq assambleyada - FOTOLAR
-
“Qarabağ“ dünya reytinqində: 14 pillə irəlilədi
-
Prezident İlham Əliyev Misirdə işgüzar səfərə getdi - FOTO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir“ - “Financial Times“
-
“Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq“ - Pakistan Prezidenti
-
Azərbaycanlı müğənni özünə saxta toy edib? - “Rəsmi nikahımız yoxdur!“ - VİDEO
-
“Tomahawk“ların mümkün tədarükü mövzusu narahatlıq doğurur“ - Peskov
-
Lənkəranda vəzifəli şəxs jurnalistə hücum etdi: “Taleh Qaraşovdan...”
-
“Pilgrim Education“ dələduzluğunun qurbanları - Dövlətin hüquqi tədbirlərinə ehtiyac var...
-
Bu məhsullar kəskin bahalaşacaq - Yeni rüsumlar...
-
Köməksiz vəziyyətdə qalanlar belə xilas edildi - VİDEO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Ərəb dövlətləri illərdir İsraillə gizli əməkdaşlıq edirlər - “Washington Post“
-
Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir? - VİDEO
-
Tufan Sadıqov büdcədən 30 milyard mənimsəyib? - Yeni detallar
-
Prezident İlham Əliyev İspaniya Kralına məktub göndərib - MƏTN
-
Nə satıcılar, nə də terminallar qəbul edir... - 5 qəpik pul sayılmır?
-
Kürdlər və Dəməşq neft sazişi bağladı - Suriyada yeni mərhələ
-
Bakıda hamilə qadını döyən ərin məhkəməsi: “Yeməyə artıq duz atdı, mən də döydüm“
-
Azərbaycan Sülh Sammitinə dəvət olunub - “Axios“
-
Pakistandan Əfqanıstana zərbə - Sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirdi
-
“Bakıda 30 ildir hələ belə şey görməmişdik“ - Qurdlardan şikayət
-
DÇ-2026 seçmə mərhələsi: Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi
-
Palma yağına tələbat niyə yüksəkdir? - Araşdırma
-
Qaydaları kobud şəkildə pozub sərnişinləri təhlükəyə atdı - Video
-
“Tərksilah məsələsi müzakirə mövzusu da deyil“ - “HƏMAS“ hərəkatı
-
Elektron imtahana keçid bizə nə verəcək? - ARAŞDIRMA
-
Yağışlar Qubada meyvə bağlarına ziyan vurub - Almanın kilosu 6-7 qəpiyə düşüb
-
Avtobuslarda “QR-kod“la ödənişlərdə əlavə pul çıxılır? - VİDEO
-
Xətai rayonunda yerləşən 242 saylı uşaq baxçası baxımsız vəziyyətdə - VİDEO
-
“Qəzzaya əvvəl mən, sonra siz gedəcəksiniz” - Ərdoğan
-
Avropa İttifaqı Tacikistanı ittiham etdi - Putini həbs etməyib
-
Yaşar Gülər Kərim Vəliyevlə birlikdə “Atəş sərbəst-2025“ təlimini izləyib - VİDEO
-
Sumqayıtda yaşayış binasında yanğın - Təxliyə olunanlar var
-
“Elit Apteklər şəbəkəsi”ndə özbaşınalıq - Kartla ödəyənlərə ayrı-seçkilik
-
“Tramp və Zelenski “Tomaqavk“ raketlərinin tədarükünü müzakirə ediblər“ - “Axios“
-
“Apple“ hakerlərə 5 milyon dollara qədər ödəyəcək - Səbəb nədir?
-
Qanunsuz əyləncənin qurbanları: Günahkar kimdir?
-
“Rusiyanın qazla bağlı mövqeyindən ciddi məyus olmuşuq“ - Serbiya Prezidenti
-
Azərbaycanda universitet bir sıra vəzifələrə işçi axtarır - SİYAHI
-
Şengen vizası almaq istəyənlərin NƏZƏRİNƏ
-
Bakıya gətirilən ətlər təhlükəlidir? - Araşıdrma
-
Aynur Dadaşova peşman olub Həyat yoldaşından ayrılmasına görə
-
KXDR “gizli silah”ını təqdim etdi - “Hvason-20” raketi nümayiş olundu
-
Bakı Mühəndislik Universiteti “Hyundai” alır - 85 min manata
-
Paytaxtın bu küçəsində birtərəfli hərəkət təşkil edildi - Video
-
İcra başçısının keçmiş müavini həbsdə qaldı - Hakim “yox“ dedi
-
Ceyhun Bayramovla Hakan Fidanla telefonda danışıb - Qəzza ilə bağlı müzakirə
-
Müğənnilər Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında qalmaqal: “Cavab verəcək“
-
Azərbaycanda bu şərab zavodları borc içindədir - SİYAHI
-
Rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
-
Elvin Bədəlov Mbappeyə nə deyib? - Özü açıqladı
-
Mandatına vəzifəyə görə xitam verilən deputatlar - SİYAHI
-
“Yaşlı kişiyə ərə getməyimdə pul amili vardı“ - Müğənni həyatından danışdı
-
Narkotiki evakuatorla daşımaq istəyənlər saxlanılıb - FOTO
-
Hacı Qalib Qod Nisanovun adamı tərəfindən təhdid edildiyini deyir - Sensasiya
-
Yasamal MKTB-də maliyyə problemi: 2 milyonluq borc niyə ödənilmir?
-
Nə oturmağa, nə də dayanmağa yer var - VİDEO
-
AFFA Santuşa təzminat ödədi - 3,7 milyon manat
-
Prezident Sevil Əliyevanı təltif etdi - SƏRƏNCAM
-
Soyuqlar qabağı Yasamalda istilik problemi - VİDEO
-
General Nizami Şirinov azadlığa buraxıldı: Nədə ittiham olunurdu?
-
Venesuela ABŞ-a neft yataqları üzərində nəzarət təklif edib - “The New York Times“
-
Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü - VİDEO
-
Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı - 66 dollara endi
-
Özünü müalicə aldığı xəstəxanadan yerə ataraq öldü - Rəsmi açıqlama
TOP 10
ARXİV