Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Qarşılıqlı hörmətə əsaslanan münasibətlər

Tarix 13.10.25, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan-Tacikistan münasibətlərinə diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Əlaqələr qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Prezident İlham Əliyev Düşənbənin ildən-ilə gözəlləşdiyini, yeni binaların tikildiyini, bir sözlə, paytaxtının sürətlə inkişaf etdiyini də vurğuladı.
      
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxundu. Məlum olduğu kimi Laçın şəhəri bu il MDB-nin mədəniyyət paytaxtı elan edilib. Ölkə başçısı bildirdi ki, bu ilin iyununda Laçında "MDB-nin mədəniyyət paytaxtı İli"nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.
      
Prezident İlham Əliyev çıxışı zamanı III MDB Oyunlarında xüsusilə diqqət çəkdi. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunlarının Birliyin həyatında daha bir mühüm hadisədir. III MDB Oyunlarının keçirilməsi Gəncə ilə yanaşı, Azərbaycanın digər altı şəhərini - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkini əhatə edirdi. Oyunlar zamanı 13 ölkədən - həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Prezident İlham Əliyev qeyd etdi ki, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
      
III MDB Oyunlarının yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın idman ölkəsi olması ilə yanaşı dostluq, əməkdaşlıq və sülhdə maraqlı olduğunu bir daha təsdiq edir.

Aydın Bağırov



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap