“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Laçından çıxan ermənilər qəbirləri dağıdırlar - VİDEO

Tarix 15.08.22, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


32 il öncə Azərbaycan torpağında qanunsuz məskunlaşan ermənilər artıq yaşayış yerlərini tərk etməyə başlayıblar. Namərdliyi ilə ad çıxaranlar gedərkən sığındıqları evlərini yandırır, bəziləri meşələrə od vuraraq ekoloji terror törətməklə vəhşiliklərini bir daha sübut edirlər.

Laçından çıxarılan ermənilər bu dəfə də yaxınlarının qəbirlərini dağıdır, başdaşlarını sökürlər. 
Bəhs etdiyimiz görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Kadrlardan da göründüyü kimi, onlar qəbirləri dağıdaraq illər öncə ölmüş qohumlarının qalıqlarını da özləri ilə aparırlar.

Qeyd edək ki, ermənilər eyni hərəkəti Ağdam və Kəlbəcəri tərk edərkən də etmişdilər. Onlar orada da evləri və mülki obyektləri yandırıb, yaxınlarının qəbirlərinin başdaşlarını sökərək Ermənistana daşıyıblar.

Baş verənlərin fonunda xatırlatmaq lazımdır ki, Laçının Zabux kəndindən çıxmağa hazırlaşan ermənilər də murdar xislətlərini göstərməkdə davam edirlər. Onların illərdir yaşadıqları evləri yandırdıqlarını erməni teleqram kanallarında yayımlanan videogörüntülərdə görmək olur. Vandallıq qanlarında olan ermənilər sözügedən cinayəti törədərkən bildiriblər ki, o evlərdə yaşamaq onların özlərinə qismət olmayıbsa, türklərə də qismət olmasın.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:






Xəbərin oxunma sayı : 712




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap