“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

HƏMAS liderlərini Türkiyə xilas edib - MİT-dən xüsusi əməliyyat

Tarix 10.09.25, 13:11

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Qətərə danışıqlar üçün çağırılan HƏMAS liderlərini  İsrailin hücumuna məruz qalmaqdan Türkiyə kəşfiyyatı xilas edib.

Bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Qəzetin diplomatik mənbələrdən əldə etdiyi məlimata görə,  Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərdə HƏMAS nümayəndə heyətinə İsrailin mümkün hücumu barədə öncədən xəbərdarlıq edib. 

MİT-in bu məlumatı hücumdan bir qədər əvvəl əldə etdiyi bildirilir.

Məhz MİT-in xəbərdarlığından sonra təhlükəsizlik tədbirləri gücləndirilib və nəticədə HƏMAS-ın yüksək səviyyəli üzvləri xilas ola bilib.

Qeyd edək ki, hücumda əsas hədəf Dohaya danışıqlar üçün gələn HƏMAS nümayəndə heyəti olub. Hücum nəticəsində bir neçə nəfər, o cümlədən HƏMAS-ın Qəzzadakı liderlərdən birinin rəsmi nümaəndəsi Cihad Labed və HƏMAS lideri Xalil əl-Hayyanın oğlu Həmmam həlak olub.

Qətər Xarici İşlər Nazirliyi bildirib ki, zərbələr bir neçə HƏMAS rəsmisinin yaşadığı evlərə dəyib. Əvvəlcə bəzi mənbələr Xalil əl-Hayya və HƏMAS-ın siyasi büro rəhbəri Xalid Məşəlin öldüyünü iddia etsə də, sonradan bu məlumat təkzib edilib.

Xatırladaq ki, ötən gün İsrail təyyarələri Qətərin paytaxtı Dohaya raket zərbələri endirib. Qətərlə yanaşı bir çox dövlət və beynəlxalq təşkilat tərəfindən bunun terror hücumu olduğu, Netanyahu hökumətinin beynəlxalq hüququ pozduğ  bəyan olunub. 

Türkiyə, Avropa İttifaqı, Böyük Britaniya, Kanada və bir çox başqa ölkələr hücumu pisləyiblər. Səudiyyə Ərəbistanı isə İsraili cavab verəcəyini bəyan edib. 

ABŞ prezidenti Donald Tramp hücumu “üzücü hadisə” kimi dəyərləndirib və bir daha təkrar olunmayacağına inanndığını bildirib. 



Xəbərin oxunma sayı : 1096




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap