Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR Röya yeni paylaşımıyla göz oxşadı - FOTO Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR Xalq artisti bikinidə belə poz verdi - FOTO
Axtar
 
  • / Maqazin / — 25 Avqust 2022

    Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR

  • / Maqazin / — 17 Avqust 2022

    Röya yeni paylaşımıyla göz oxşadı - FOTO

  • / Maqazin / — 14 Avqust 2022

    Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR

  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

Gəncənin milyonlar yeyən yolları: Eyni şirkət iki ildə 8 milyonluq tender udub

Tarix 16.08.22, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) Gəncədə yolların əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 
 
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2” ASC olub. MKTB ilə şirkət arasında maliyyə dəyəri 3 972 180.49 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qəmbər oğludur.

Süleyman Rzayev inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə 2012-ci ildə "Tərəqqi” medalı ilə təltif olunub. Onun adı həm də Beynəlxalq Bankla məhkəmə çəkişməsində iddiaçı qismində keçir. Nəsimi Rayon Məhkəməsi Süleyman Rzayevin sözügedən banka qarşı "pulun geri qaytarılması” iddiasını təmin edib. Beynəlxalq Bank apelyasiya şikayəti versə də, birinci instansiyasının çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

"Gəncə Körpü Tikinti-2” ASC-nin Direktorlar Şurasının sədri isə Aqibət Məmmədovdur. ASC-nin ona məxsus olması barədə məlumatlar var. 

Aqibət Məmmədovun Gəncədəki məmurlarla isti münasibətlərinin olduğu deyilir. Görünür, bu səbəbdən rəhbəri olduğu ASC Gəncədə milyonluq tenderlərin qalibi olur. 

Aqibət Məmmədov bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Rəşad Məmmədovun avtomobil parkında bahalı maşınlar yer alır. 

Maraqlıdır ki, ASC-nin sifarişçiləri əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlar olur. 

Yeri gəlmişkən, Gəncə şəhər MKTB ötən il də yolların əsaslı təmiri ilə bağlı ASC ilə maliyyə dəyəri 3 971 349.16 AZN olan satınalma müqaviləsi imzalayıb. RİH iki ildə şirəkətə ümumilikdə 7 943 529.65 AZN-lik tender verib.



Xəbərin oxunma sayı : 487

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap