“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Daxili İşlər Nazirliyi bu şəxslərə müraciət etdi - VİDEO

Tarix 27.12.25, 10:40

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində işğaldan azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.

AzFakt.com xəbər verir ki, müraciətdə deyilir:

“Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ili müqəddəs diyarlarda – doğma Qarabağda qeyd etmək bayrama xüsusi şövq qatır. Polis əməkdaşları bu sevinc və qürura uyğun davranır, vətəndaşların tətil günlərini işğaldan azad olunmuş torpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçirirlər.
DİN Mətbuat Xidmətindən bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq. Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.
Bir daha nəzərinizə çatdırırıq ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.
Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı - Qarabağın hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və xoşbəxtlik dolu xatirələr həkk edək. Bayramınız mübarək!”





Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap