| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Kərbəladan Dehliyə uzanan yol - Adəm İsmayıl BAKUVİ
Tarix 20.06.26, 14:53 |
|
İmam Hüseyn və Qandinin azadlıq fəlsəfəsi
Tarixdə elə insanlar var ki, onlar yalnız öz dövrlərinə aid olmurlar, zamanın sərhədlərini aşır, millətlərin, dinlərin, coğrafiyaların fövqünə yüksəlirlər. Belə şəxsiyyətlərdən biri Kərbəla səhrasında şəhadət zirvəsinə yüksələn imam Hüseyn, digəri isə Hindistanın isti torpaqlarında imperiyaya qarşı vicdanın gücünü nümayiş etdirən Mahatma Qandidir. Birinin əlində qılınc yox, haqq sözü vardı. Digərinin əlində silah yox, həqiqətə inam vardı. Birinin qarşısında Yezid imperiyası dayanmışdı, digərinin qarşısında Britaniya imperiyası. Lakin hər ikisinin mübarizəsinin mərkəzində hakimiyyət deyil, insanın mənəvi azadlığı dayanırdı. İmam Əlinin dövlətçilik məktəbi yalnız idarəçilik modeli deyildi. Bu məktəb insanın ləyaqətini dövlətin təməli hesab edən böyük bir əxlaq fəlsəfəsi idi. Əli ibn Əbu Talibin məşhur fikirlərindən biri əsrlər boyu siyasət fəlsəfəsinin ən böyük düsturlarından biri kimi yaşayır: "İnsanlar ya din qardaşın ya da yaradılışda sənin bərabərin olan insanlardır".
Bu fikir yalnız dini çağırış deyildi. Bu, dövlət anlayışının mahiyyətini dəyişdirən humanist manifest idi. Əlinin məktəbində hakimiyyət məqsəd deyil, ədaləti həyata keçirmək üçün vasitə idi. Məhz buna görə onun oğlu Hüseyn də hakimiyyət uğrunda deyil, insan vicdanının, ləyaqətin alçaldılmasına qarşı mübarizə aparırdı. Kərbəla hadisəsi bir çox hallarda yanlış şəkildə yalnız dini faciə kimi təqdim edilir. Halbuki Kərbəla, ilk növbədə, mənəvi müqavimətin tarixidir. Burada iki ordunun döyüşündən daha böyük bir qarşıdurma baş verirdi: vicdanla zorakılığın, həqiqətlə yalanın, azad insanla itaətkar kütlənin qarşıdurması. Bu səbəbdən Kərbəla yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin ortaq mənəvi sərvətinə çevrildi.
Mahatma Qandi etiraf edirdi ki, o, haqq uğrunda mübarizənin ən böyük nümunələrindən birini imam Hüseyn şəxsiyyətində görmüşdü. Ona aid edilən məşhur fikir belədir: "Mən Hindistan üçün qələbənin yolunu Hüseyndən öyrəndim". Qandi Kərbəlanı mənəvi qələbənin simvolu kimi qəbul edirdi. Onun fikrincə, fiziki məğlubiyyət tarix qarşısında məğlubiyyət demək deyil; Kərbəlada şəhid olanlar zaman üzərində qalib gəldilər. Bu həqiqəti yalnız Qandi deyil, dünyanın bir çox qeyri-müsəlman mütəfəkkirləri də qəbul etmişlər.
İngilis tarixçisi və yazıçısı Tomas Çarle Kərbəla haqqında yazarkən bildirirdi ki, Hüseynin ən böyük qələbəsi onun sayının azlığına baxmayaraq, mənəvi gücünün sonsuzluğunda idi. Hindistanın ilk baş naziri Cəvahirləl Nehru Hüseyni insan ləyaqətinin simvollarından biri hesab edirdi. Məşhur tarixçi Edvard Gibbon yazırdı ki, Kərbəlanın faciəsi yalnız müsəlmanları deyil, ən soyuqqanlı oxucunu belə sarsıda biləcək gücə malikdir. Livan əsilli böyük xristian yazıçı və filosof Xəlil Cübran Hüseynin şəxsiyyətində insanlığın əbədi üsyanını görürdü. Onun fikrincə, Hüseyn öz dövrünü aşaraq gələcək nəsillərin vicdanına çevrilmişdi. Məşhur ingilis yazıçısı Ç.Dikkens belə bir sual verirdi: "Əgər Hüseyn dünya nemətləri üçün mübarizə aparsaydı, ailəsini və yaxınlarını özü ilə niyə aparırdı?" Bu sualın özü belə Hüseyn hərəkatının mahiyyətini açırdı. Burada məqsəd hakimiyyət yox, prinsip idi. Kərbəla hadisəsinin əsrlər boyu yaşamasının sirri də bundadır.
İnsanlar sadəcə, bir şəhidin xatirəsini yaşatmırlar, onlar vicdanın hakimiyyət üzərində qələbəsini yad edirlər. Qandi ilə Hüseyni birləşdirən əsas xətt zülmə boyun əyməmək və həqiqət uğrunda mənəvi müqavimət ideyası idi. Hər ikisi üçün mənəvi qələbə siyasi nəticələrdən daha üstün idi. Bu gün dünyanın müxtəlif guşələrində milyonlarla insan Hüseyn adını çəkərkən yalnız dini bir şəxsiyyəti xatırlamır. Onlar vicdanın, ədalətin, insan ləyaqətinin və azadlığın əbədi simvolunu yad edirlər. Kərbəladan Dehliyə uzanan yol əslində bir insanlıq yoludur. Bu yolun başlanğıcında Əlinin ədaləti, ortasında Hüseynin şəhadəti, davamında isə Qandinin mənəvi müqaviməti dayanır.
Tarix dəyişir, imperiyalar dağılır, sərhədlər yenilənir. Lakin insan vicdanını oyadan böyük ideyalar əbədi yaşayır. Kərbəla da həmin ideyalardan biridir. O, yalnız keçmişin hadisəsi deyil, gələcəyin də əxlaq dərsidir. Bu səbəbdən imam Hüseyn təkcə bir dinin deyil, bütün bəşəriyyətin ortaq mənəvi irsi olaraq yaşayır və yaşamaqda davam edir.
Kərbəla hadisəsini yalnız bir döyüş, yalnız bir faciə kimi oxuyanlar onun ruhunu deyil, kölgəsini görürlər. Çünki Kərbəla əslində bir iman və mübarizə məktəbidir. Bu məktəbin müəllimi Məhəmməd peyğəmbər, ilk böyük nəzəriyyəçisi Əli ibn Əbu Talib, onun canlı vicdanı Hüseyn ibn Əli, əsrlər sonra başqa bir coğrafiyada tələbələrindən biri isə Mahatma Qandi olmuşdur. İnsanlıq tarixində ideyalar da nəsillər kimi doğulur, böyüyür və bir-birinə miras qalır. Məhəmməd peyğəmbərin gətirdiyi ilahi mesaj insanın daxilindəki azadlıq duyğusunu oyatmaq üçün gəlmişdi. O, insanı bütlərdən azad etdiyi qədər qorxudan da azad etmək istəyirdi. Çünki qorxu ilə idarə olunan insan heç vaxt həqiqətən, azad ola bilməz. Bu ideya sonradan Əlinin dövlətçilik fəlsəfəsində daha sistemli şəkildə özünü göstərdi.
Əlinin Malik Əştərə yazdığı məktub təkcə İslam tarixinin deyil, bəşər dövlətçilik tarixinin ən böyük siyasi sənədlərindən biri hesab edilə bilər. Bu məktubda dövlətin məqsədi hakimiyyətin qorunması deyil, insanın qorunması kimi təqdim olunur. Əli valisinə yazırdı ki, insanların qəlbinə mərhəmət toxumu səp, çünki onlar ya sənin din qardaşların, ya da yaradılış etibarilə səninlə bərabərdirlər. Bu fikir əslində müasir insan hüquqları konsepsiyasının əsrlər əvvəl ifadə olunmuş mənəvi forması idi. Burada insanın dini, dili, milliyyəti deyil, insan olması əsas meyar sayılırdı. Əlinin dünyasında dövlət xəzinəsi hökmdarın mülkü deyildi. Hakimiyyət şəxsi imtiyaz deyildi. Ədalət dövlətin bəzəyi yox, onun mövcudluq səbəbi idi. Buna görə də Əli hakimiyyəti qılıncla deyil, vicdanla idarə etməyə çalışırdı. Bu məktəbdə böyüyən Hüseyn sonradan Kərbəlada atasının nəzəriyyəsini həyata çevirdi. Əli dövlətin nə olması lazım olduğunu yazmışdı. Hüseyn isə dövlət nə zaman öz mahiyyətini itirərsə, vicdan sahibinin necə davranmalı olduğunu göstərdi. Kərbəla buna görə yalnız şəhadət deyil, siyasi əxlaqın zirvəsidir. Hüseyn bilirdi ki, qarşısındakı qüvvəni məğlub edə bilməyəcək. Lakin onun məqsədi qalib gəlmək deyildi. Məqsədi həqiqətin məğlub olmadığını göstərmək idi. O, sayın deyil, mənanın gücünə inanırdı. Bu nöqtədə Hüseynlə Qandi arasında əsrləri aşan görünməz bir körpü yaranır.
Qandi də Britaniya imperiyasını hərbi güclə məğlub edə bilməyəcəyini anlayırdı. O da bilirdi ki, bəzən insanın ən böyük silahı onun vicdanıdır. Buna görə o, "Satyaqraha" - həqiqətə bağlılıq fəlsəfəsini yaratdı. Bu fəlsəfənin mərkəzində zorakılığa qarşı mənəvi müqavimət dayanırdı. Əgər Əli ədalətin dövlətini xəyal edirdisə, Hüseyn o dövlət uğrunda canını verirdisə, Qandi həmin ideyanı başqa bir mədəniyyətdə siyasi hərəkat formasına çevirdi. Onların dilləri, dinləri ayrı idi. Onların yaşadıqları əsrlər ayrı idi. Lakin vicdanları eyni həqiqəti danışırdı. İnsan yalnız çörəklə yaşamır. İnsan yalnız hakimiyyət üçün çarpışmır. İnsan yalnız qorxu içində yaşamaq üçün yaradılmayıb. İnsan həqiqəti tanımaq, ədaləti qorumaq və mənəvi kamilliyə yüksəlmək üçün yaradılıb. Kərbəlanın böyük dərsi də məhz budur. Hüseyn insanlara ölməyi yox, ləyaqətlə yaşamağı öyrətdi. Qandi insanlara öldürməyi yox, vicdanın gücü ilə qalib gəlməyi anlatdı. Əli insanlara hakim olmaq yox, ədalətli olmaq dərsi keçdi. Məhəmməd peyğəmbər isə insanlara öz daxilindəki qaranlığı məğlub etməyi öyrətdi.
Buna görə də bu dörd xətt əslində bir çayın müxtəlif qolları kimidir. Mənbə birdir: insanın mənəvi azadlığı. Bu gün dünyanın müxtəlif ölkələrində tarixçilər, filosoflar, siyasətçilər və hüquqşünaslar Kərbəla hadisəsini araşdırarkən yalnız dini hadisəni deyil, mənəvi müqavimətin universal modelini öyrənirlər. Çünki Kərbəla yalnız müsəlmanların deyil, insan vicdanının tarixidir. Bəlkə də buna görə Hüseynin adı əsrlər keçdikcə kiçilmədi, əksinə, böyüdü. Çünki qılınclar pas atır, imperiyalar dağılır, taxtlar çökür. Lakin vicdan üzərində qurulmuş ideyalar əbədi yaşayır. Onlar zaman keçdikcə daha da güclənir. Kərbəladan Dehliyə, Dehlidən isə bütün dünyaya uzanan yolun sirri də məhz budur.
Bəlkə də tarixdə çox az insan tapılar ki, ölümündən sonra həyatı daha böyük məna qazansın. İmam Hüseyn məhz belə şəxsiyyətlərdəndir. Onun həyatı bir dövrə, bir xalqa, bir məzhəbə və ya bir coğrafiyaya aid deyil. O, insan vicdanının tarixində yaşayan nadir simalardan biridir. Əsrlər boyu müxtəlif dinlərə, millətlərə və mədəniyyətlərə mənsub insanlar Kərbəla hadisəsinə dönə-dönə qayıtmışlar. Çünki Kərbəla yalnız keçmişin xatirəsi deyil, insanlığın əbədi sualına verilmiş cavabdır: İnsan həqiqət qarşısında necə davranmalıdır? Tarixin elə səhifələri var ki, onları yalnız oxumaq olmur, öz həyatında yaşamaq lazım gəlir. Elə şəxsiyyətlər var ki, onların həyatı haqqında danışmaq kifayət etmir, onların ruhuna nüfuz etmək lazımdır. Çünki bəzi insanlar bəlli bir dövrün qəhrəmanı olurlar, bəzi insanlar isə zamanın özünə çevrilirlər. İmam Əli və imam Hüseyn belə şəxsiyyətlərdəndir. Onların həyatı yalnız İslam tarixinin bir hissəsi deyil, həm də insan vicdanının, ədalətin, ləyaqətin və həqiqətin tarixidir.
Bəşəriyyət əsrlər boyu eyni sualın cavabını axtarmışdır: insan niyə yaşayır? Yalnız yemək, qazanmaq, qocalmaq və ölmək üçünmü? Yoxsa insanın varlığında daha böyük bir məna gizlənmişdir?! Sokrat da bu sualı vermişdi, Konfutsi də, Budda da. Lakin bu suala ən dərin cavablardan biri Məhəmməd peyğəmbərin gətirdiyi mənəvi məktəbdə öz əksini tapdı. O məktəbin mərkəzində insan dayanırdı. İnsan yalnız bədən deyil, ruh idi. İnsan yalnız torpaqdan yaranmış varlıq deyil, ilahi əmanət daşıyıcısı idi. Yaradılışın mahiyyətində məhz bu fəlsəfə dayanır.
Bəşəriyyət dəyişir, texnologiyalar yenilənir, dövlətlər inkişaf edir. Lakin insanın həqiqətə, ədalətə, vicdana olan ehtiyacı dəyişmir. Məhz buna görə Kərbəla yaşayır, Əli və onun ideyaları bu gün də yaşayır. Məhz buna görə Hüseyn bu gün də istinad mənbəyimizdir. Məhz buna görə Qandi bu gün də bizimlədir. Çünki zaman hakimiyyətləri qocaldır, sarayları dağıdır, imperiyaları tarixə çevirir. Lakin insan vicdanına toxunan həqiqətləri qocalda bilmir. Və bəlkə də insanlığın ən böyük ümidi məhz budur: qaranlıq nə qədər artsa da, həqiqətin işığı heç vaxt sönmür.
Əslində imam Əli və imam Hüseynlə Mahatma Qandini birləşdirən ən böyük körpü siyasət deyil. Onları birləşdirən hakimiyyət də deyil. Onları bir araya gətirən insan ruhuna baxışdır. Bu üç böyük şəxsiyyət insanı yalnız bioloji varlıq kimi qəbul etmirdi. Onlar insanı ilahi məsuliyyət daşıyan mənəvi varlıq hesab edirdilər. Əli insanın daxilindəki vicdanı kainatın ən böyük sərvəti adlandırırdı. Onun düşüncəsində insan torpaqdan yaradılmış bədənlə göylərə bağlı ruhun vəhdəti idi. Bu səbəbdən o, insanın özünü tanımasını bütün biliklərin başlanğıcı hesab edirdi. Onun məşhur hikmətlərindən biri belədir: "Özünü tanıyan Rəbbini tanıyar." Bu fikir sadəcə, dini hökm, doqma deyil. Bu tezis insanın öz daxili aləmini dərk etməsinə çağırışdır. Çünki insan özünü tanımadan nə həqiqəti tanıya bilər, nə də azadlığı dərk etmək iqtidarında olar. Hüseyn atasının bu məktəbində yetişmişdi. O, bilirdi ki, insanın ən böyük məğlubiyyəti ölmək deyil, vicdanını itirməkdir. Məhz buna görə Kərbəla ölüm hadisəsi deyil, vicdanın həyatda varlığını qoruması hadisəsidir. Kərbəla hadisəsi göstərdi ki, insan bədəncə məğlub olsa da, mənəvi cəhətdən qalib gələ bilər. Qandi də eyni həqiqətə inanırdı. Onun bütün siyasi mübarizəsi insan vicdanı üzərində qurulmuşdu. O yazırdı ki, dünyanı dəyişdirmək istəyən insan əvvəlcə özünü dəyişdirməlidir. Bu fikir zahirdə sadə görünür. Lakin onun arxasında böyük fəlsəfə dayanır.
Qandi başa düşürdü ki, cəmiyyət milyonlarla insanın daxili dünyasının cəmidir. Əgər insanın daxilində nifrət yaşayırsa, qurduğu dövlət də nifrət üzərində qurulacaq. Əgər insanın daxilində ədalət yaşayırsa, qurduğu cəmiyyət də ədalətli olacaq. Bu fikir bizi yenidən imam Əliyə qaytarır. Əli də dövlətin qurulması prosesinin insanın qəlbindən başladığını düşünürdü. Onun üçün dövlət yalnız sərhədlər, ordular və qanunlar deyildi. Dövlət ilk növbədə mənəvi sistem idi. Əxlaqı olmayan dövlət uzunömürlü ola bilməzdi. Vicdanı olmayan hakimiyyət isə gec-tez özünü məhv etməyə məhkum idi. Məhz buna görə Əlinin dövlətçilik fəlsəfəsi bu gün də müasir görünür. Məhz buna görə Hüseyn bu gün də müasir düşüncənin prioriteti kimi qəbul edilir. Qandinin düşüncələri bu gün də dünya tarixinə yön vermək iqtidarındadır. Çünki onların mövzuları, ideyaları zamanla dəyişmir.
Buna görə də imam Hüseyn yalnız VII əsrin insanı deyil, həm də XXI əsrin insanıdır. Qandi yalnız Hindistanın lideri deyil, həm də vicdanın yorulmaz carçısıdır. İmam Əli yalnız bir dövlətin rəhbəri deyildi, eyni zamanda insanlığın əxlaq müəllimlərindən biri idi. Əsrlər keçsə də, onların adları unudulmur. Çünki onlar əbədi dəyərlərin daşıyıcılarıdırlar.
Qandinin imam Hüseynə yaxınlığı təsadüfi deyildi. Çünki böyük ruhlar bir-birini dinlərinə görə deyil, həqiqətə sədaqətlərinə görə tanıyırlar. Qandi Hindistanın Qucarat bölgəsində dindar bir ailədə dünyaya gəlmişdi. Onun anası Putlibay son dərəcə mənəviyyatlı qadın idi. Uşaqlıq illərində Qandi anasından öyrəndiyi ən böyük dərsin doğru danışmaq, başqasının haqqına girməmək və insanın öz vicdanı qarşısında dürüst qalması olduğunu yazırdı. Sonralar o, etiraf edəcəkdi ki, insanın ən böyük məhkəməsi dövlət məhkəməsi deyil, vicdan məhkəməsidir. Bu fikir bizi yenidən imam Əliyə qaytarır. Çünki Əli də insanın daxilindəki hakimdən danışırdı. O deyirdi ki, insan öz nəfsini idarə edə bilmirsə, dünyanı idarə etməyə çalışması mənasızdır. Əlinin ailə tərbiyəsi də məhz bu düşüncə üzərində qurulmuşdu. O, övladlarına yalnız dini bilik vermirdi. Onlara insan olmağı öyrədirdi. Həsənə və Hüseynə aşılayırdı ki, güclü olmaq başqalarını məğlub etmək deyil. Güclü olmaq öz nəfsini məğlub etməkdir. Bu səbəbdən Hüseyn Kərbəlada atasının öyrətdiyi əxlaqı yaşayırdı. O, ölümdən qorxmurdu. Çünki qorxudan azad insanı məğlub etmək mümkün deyil.
Qandi də həyatının böyük hissəsini bu həqiqəti sübut etməyə sərf etdi. O, dəfələrlə həbs olundu. Dəfələrlə təhqir edildi, təzyiqlərlə üzləşdi. Lakin onun mübarizəsinin əsas xüsusiyyəti nifrətdən uzaq olması idi. O, yazırdı: "Qaranlıq qaranlığı yox edə bilməz. Bunu yalnız işıq edə bilər. Nifrət nifrəti yox edə bilməz. Bunu yalnız sevgi edə bilər."
Bu fikir əslində Kərbəla hadisəsinin ruhuna çox yaxındır. Çünki Hüseyn düşmənlərini məhv etmək üçün deyil, insan vicdanını oyatmaq üçün meydana atılmışdı. Qandi üçün insan həyatının məqsədi yalnız yaşamaq deyildi. Onun fikrincə, insan həqiqətə yaxınlaşmaq, öz daxilindəki mənəvi nuru tapmaq üçün yaşayır. Bu düşüncə imam Əlinin hikmətləri ilə təəccüblü dərəcədə səsləşir. Əli insanı kainatın ən böyük sirri hesab edirdi. O deyirdi ki, sən özünü kiçik hesab edirsən, halbuki ən böyük aləm sənin daxilindədir. Məhz buna görə həm Əli, həm Hüseyn, həm də Qandi insanı dəyişmədən cəmiyyəti dəyişməyin mümkün olmadığına inanırdılar. Onların hər üçünün nəzərində ən böyük inqilab insanın öz daxilində baş verən inqilab idi. Bəlkə də buna görə Hüseyn bu gün yalnız müsəlmanların sevdiyi şəxsiyyət deyil. Onu xristianlar da oxuyurlar, hindular da onun həyat fəlsəfəsini öyrənirlər. Onu ateist tarixçilər də araşdırırlar. Çünki onlar Hüseyndə yalnız dini lider deyil, vicdanın qalibiyyətini görürlər. Onlar Hüseynin simasında insan ləyaqətinin simvolunu görürlər. Onlar Hüseyndə qorxu üzərində qələbə çalmış insanı tapırlar.
Tarixdə çoxlu sərkərdələr, hökmdarlar olmuşdur. Dünya çox qaliblər görmüşdür. Lakin ölümündən sonra əsrlər boyu vicdan müəllimi və mücəssəməsi kimi yaşamaq çox nadir insanlara nəsib olmuşdur. İmam Hüseyn məhz belə insanlardan biridir. Və məhz buna görə Kərbəla bir hadisə olmaqdan çıxaraq insanlığın mənəvi məktəbinə çevrilmişdir.
Xəbərin oxunma sayı : 178
Sosial
Xəbərlər
-
Bakını dəyişəcək yenilik - “Yeraltı tikinti mühüm əhəmiyyət daşıyır“
-
İsrail ordusu Livanı bombalamağa davam edir - Daha 16 nəfər ölüb
-
Trampdan Meloni ilə bağlı növbəti açıqlama - Onunla dostluq etməyəcək
-
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefonda danışdı - Müzakirə
-
Yeni metro stansiyası tikiləcək - “Avtovağzal”ı mərkəzlə birləşdirəcək + Video
-
Azərbaycan bu ölkələrdən 54 milyon dollara avtobuslar alıb - Siyahı
-
Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftə vaxt verirəm
-
Kərbəladan Dehliyə uzanan yol - Adəm İsmayıl BAKUVİ
-
Antalyaya alternativ: Sakit istirahət üçün Türkiyənin 7 az tanınan incisi
-
“Şişirdilmiş başlıqlarla süni ajiotaj yaratmaq qəbuledilməzdir” - MEDİA
-
Talassemiyanın gen daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ
-
Dünya Kubokunda ilk - Bu hərəkətinə görə qırmızı vərəqə aldı
-
Abadlıqla bağlı ardıcıl iki tender: “VNM İnşşat“ daha bir sifariş aldı
-
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?
-
Tramp İran lideri haqqında: Müctəba Xamenei atasından fərqli və cəsarətlidir
-
Azərbaycanda oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı AÇIQLANDI
-
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran-ABŞ danışıqları müzakirə olunacaq
-
Nabiullina qayıtdı və xəbərdarlıq etdi - “Bu risk artıq reallaşır”
-
9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək - Sabah
-
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb - VİDEO
-
Prezident və nazir bu görüntüləri ilə gündəm oldu - VİDEO
-
TƏBİB-də mühüm kadr dəyişikliyi - Anar İsrafilov işdən çıxarıldı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
-
Məktəbə başlayan hər min şagirddən səkkizinin təhsil taleyi naməlumdur - RƏSMİ
-
Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir?/VİDEO
-
Şəkidə kəndi su basdı - Sakinlər köçürüləcək (FOTO)
-
Türkiyə millisi üçün Dünya Kuboku erkən bitdi - VİDEO
-
Avtobuslarda kondisioner problemi: Sərnişinlər çətin vəziyyətdə
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Tuneldə aparılan yeni xətlənmə yolda sıxlığa səbəb olur - VİDEO
-
“Aİ Ukrayna nizamlanmasında vasitəçi ola bilməz“ - Makron
-
Vüsal Aslanov onlara yeni vəzifə verdi - FOTOLAR
-
“Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO
-
MİT-dən xüsusi əməliyyat - İŞİD-in məsul şəxsi həbs olundu
-
Tibb Universitetinin dərslikləri rezidentura proqramını əhatə etmir - DİM
-
Bulvarda batan gənc belə xilas edildi - VİDEO
-
“Avtovağzal“ metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq - VİDEO
-
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidməti... - Siyahı + MƏBLƏĞLƏR
-
Sosial şəbəkələrdə yeni qaydalar: Nələr dəyişəcək?
-
Kiçikölçülü mənzilərə yüksək məbləğdə kompensasiya verilə bilər - VİDEO
-
Bu ay qeyri-çimərlik ərazilərdə 12 nəfər boğulub - VİDEO
-
Moskvaya daha bir kütləvi hücum - 76 dron vuruldu
-
İran yenidən Hörmüz boğazının bağlanmasını elan edib - “Bild“
-
“Bu, İtaliyaya qarşı təhqirdir” - XİN başçısı ABŞ səfərini ləğv etdi
-
“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim
-
12,4 milyard manatlıq əmanət ən çox hansı regionlardan cəlb edilib? - CƏDVƏL
-
“Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir“ - DİM
-
Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
İsrail qoşunlarını Livandan çıxarmayacaq - Netanyahu açıqladı
-
Məktəbdə əlaçı oldular, imtahanda 0-200 bal topladılar - DİM-dən maraqlı statistika
-
Fermerlər dələduzluğun qurbanı oldu: Onların tonlarla taxılını kim satıb?
-
Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Sözün açığı mən dəhşətə gəlmişəm“ - Melonidən Trampa sərt cavab
-
Nəsimi və Nərimanovda bəzi ərazilərində bu gecə işıq olmayacaq - Səbəb
-
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə...
-
Mahir Emreli Almaniyanı tərk edir? - Hücumçu üçün rəsmi təklif
-
46 min vergi borcu, 20 min cərimə - “Brand Lux Trade And Distribution“un bu filialları bağlandı
-
“Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir
-
DOST Əşrəf Səfərovdan yenə ofis icarəyə götürdü - Bu dəfə 1,3 milyon manata
-
Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək - FƏRMAN
-
Aşura günü qanvermə aksiyası bu ünvanlarda olacaq - SİYAHI
-
Prezident İlham Əliyev bu qurumlara əlavə səlahiyyət verdi - FƏRMAN
-
Ukrayna və ABŞ cəbhədə atəşkəs və sonrakı sazişi nəzərdən keçirir - “The Economist”
-
Türkiyədə hər gün bir nəfər ən varlılar sırasına qoşulur - Necə?
-
Sənədsiz evlər üçün amnistiya - Milli Məclisdə təklif
-
Zaqatalada 58 yaşlı kişi öldürüldü - Həmkəndlisi tutuldu
-
Prezidentin iş kabinetində təkcə bu heykəl var - FOTO
-
DÇ-da xoşagəlməz hadisə - Oyunçunun ayağı sındı + VİDEO
-
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi - VİDEO/FOTO
-
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova “Dostluq“ ordenini təqdim etdi - FOTO
-
Sumqayıt Şəhər İcra Hakimiyyəti ağac və gül alır - 960 min manatlıq
-
Gömrüyə əlavə səlahiyyət verilir - Yeni qanunda nələr var?
-
Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı
-
Nazirlikdən çimərliklərlə bağlı - Müraciət
-
Qalibafdan ABŞ-a sərt xəbərdarlıq - Nə baş verir?
-
Milli Məclisin iclası başladı: 14 məsələyə baxılır
-
Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi
-
ABŞ-İran danışıqları ləğv edildi - “Reuters”
-
Xankəndi şəhərinə növbəti köç: 18 ailə yola salındı (FOTO)
-
Bakıda sakinlərlə “Lido” restoranı arasında narazılıq - VİDEO
-
Azərbaycan nefti ucuzlaşdı: 80 dollara düşdü
-
Kanada və İsveçrədən darmadağın, Meksikadan minimal hesablı qələbə - VİDEO
-
Pentaqon Konqresdən 80 milyard dollar tələb edir: ABŞ yenidən əməliyyata başlayır?
-
“Agah” şirkətlər qrupunun işçiləri aylardır maaşlarını ala bilmirlər - ŞİKAYƏT
-
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
-
Taksi sürücülərinin qeydiyyatında YENİLİK
-
“Dostlarımızın sayı ilbəil artır” - İlham Əliyev
-
AZAL Bakı-Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB
-
“Mançester Siti” onlar üçün kisənin ağzını açdı - 311 milyon ödməyə hazırdır
-
Bibiheybət qəbiristanlığında qəbirlər nə vaxt bərpa ediləcək? - VİDEO
-
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
-
265 saylı uşaq bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO
-
Tramp Netanyahudan bezdi - “İsrail tam nəzarətə sahib olduğu yeganə prezidenti itirdi“
-
“Yalnız bir cavab alırdıq: “Gedin razılaşın” - İlham Əliyev
-
Anomal istilər gəlir - Sabaha olan hava proqnozu
-
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonda danışdı - XİN-dən açıqlama
-
Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlir artıb - Statistika
-
Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var - SİYAHI
-
"NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək" - Zaxarovaa
-
Paytaxtda vətəndaşların şikayəti: Təhlükəli ağaclar kəsilmək əvəzinə, budanıb - VİDEO
-
Taksi sifariş edənlərin nəzərinə - Bu profillər bloklanacaq
-
Hansı qidaları bişirməzdən əvvəl yumaq olmaz? - Mütəxəssis məsləhəti
-
Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Goranboydakı qətlin TƏFƏRRÜATI
-
Azərbaycanda qeyri-adi yeyinti: Çoban yüzminlərlə manat “qazandı“
-
İranla ABŞ arasında anlaşma memorandumu - TAM MƏTN
-
Sabiq icra başçısını oğluna aldığı “Range Rover“ satıldı - MƏBLƏĞ
-
Abşeronda 19 min manatlıq oğurluq edənlər tutuldular - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir - Borcu 3,5 milyon manatı keçib
-
“ABŞ qoşunlarının Avropadan çıxarılması dərhal başlayacaq“ - Rütte
-
Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - Rəsmi açıqlama
-
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - Rəsmi rəqəmlər
-
Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - 5189 manat
-
“TAİS İKF” məktəblərə 3,6 milyon manatlıq hazır yemək satacaq - 3 il əvvəl zəhərlənmə olmuşdu
-
Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
-
Agentliyin departament müdiri işdən çıxdı - Yeni təyinat
-
MAQATE-dən İranla bağlı mühüm bəyanat - “Həlledici mərhələnin astanasındayıq“
TOP 10
ARXİV






