“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Sumqayıt məktəbində bazar qaydaları: Direktor gedən ayaqda...

Tarix 24.06.26, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar məktəb direktorları ilə bağlı xoşagəlməz halların şahidi oluruq. 

“Məktəb direktoru şagirdi döydü”, “direktor müəllimləri təhqir etdi”, “məktəb direktoru rüşvət aldı”, “direktor müəllimi hədələdi”  kimi xəbərləri demək olar ki, tez-tez eşidirik. 

Əvvəllər nadir hallarda təsadüf olunan belə hallar son dövrlərdə adi hal kimi qəbul olunmağa başlanılıb. Sumqayıt şəhər 11 nömrəli məktəbdə də bu cür xoşagəlməz hallar baş verməkdədir. 

Qısa bir zamanda baş verənlər onu göstərir ki, Bu tədris ilində təyin olunan direktor Şəlalə Hüseynova böyük kontingentə malik məktəbi nəinki idarə etmək iqtidarında deyil, hətta öz vəzifəsini əməlli başlı gəlir mənbəyi üçün istifadə edir. Onun məktəbə rəhbər təyin oluinmasının ardınca 8 mart, öz doğum günü ilə bağlı pul yığımı ciddi narazılıq doğurmuşdu. 

Ölkə mətbuatında da yer alan bu xəbərlərlə bağlı heç bir tədbir görülmədiyindən Ş.Hüseynova gəlir mənbələrini bir qədər də genişləndirib. Növbəti  dərs ilində vəzifəsində qalıb qalmayacağından əmin olmayan xanım direktor tətil müddətindən maksimum bəhrələnmək üçün ciddi fəaliyyətə başlayıb. Belə ki, iki növbəli olan məktəbdə siniflərin birinci növbəyə salınması üçün konkret məbləğ təyin olunur və sinif rəhbərlərindən bu məbləği valideynlərdən toplayıb vermək tələb edilir. Eyni zamanda imkanlı valideynlərin uşaqları olan siniflərə 500 manat müqabilində sinif rəhbərləri təyin olunur. Ayda 38 manat sinif rəhbərliyi üçün maaşa əlavə alan müəllimin bu təyinat üçün 500 manat rüşvət verməsinin alt məntiqində heç şübhəsiz il boyunca həmin valideynin imkanından bəhrələnmək istəyi durur. 

Eyni zamanda hər bir sinif rəhbəri  sinfinə özünə yaxın olan müəllimlərin dərs deməsini arzu edir ki, direktor bu bölgünü də müəyyənləşdirilmiş məbləğ hesabına gerçəkləşdirir. Bütün bu pul yığımı prosesinə məktəbin ibtidai sininlər üzrə direktor müavini Vəfa Novruzəliyeva rəhbərlik edir. Direktorun kassası rolunu oynayan bu xanıma isə digər rəfiqə müavinlər köməklik edir.

mediaxeberleri.az



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap