“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Aİ Ukrayna nizamlanmasında vasitəçi ola bilməz“ - Makron

Tarix 19.06.26, 23:36

Font ölçüsü : - / +
bitmap-img6


Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koştanı Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə əlaqələr qurmağa çalışdığına görə tənqid edib. O bildirib ki, təhlükəsizlik təminatları məsələsində Koştanın digər ölkələri təmsil etmək səlahiyyəti yoxdur.

Makron bu barədə Brüsseldə keçirilən Aİ sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

"Danışıqlar başlayanda avropalılar masa arxasında oturmalıdırlar. Koştanın da öz səlahiyyətləri çərçivəsində orada yeri olacaq. Lakin onunla yanaşı digər üzv dövlətlər də iştirak edəcəklər. Təhlükəsizlik təminatları kimi istənilən danışıqların əsas elementi olan məsələlərdə o, həmin ölkələri təmsil edə bilməz", - deyə Makron bildirib.

Fransa prezidenti hesab edir ki, Avropa İttifaqı prinsip etibarilə vasitəçi rolunu oynaya bilməz. Çünki birlik Ukraynaya dəstək verir və Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Makron, həmçinin Avropa ölkələrinin ABŞ-nin təşəbbüsü ilə aparılan danışıqlara qoşulmalı olduğunu vurğulayıb. Bu kontekstdə o, ABŞ administrasiyasının mövqeyində dəyişiklik baş verdiyini qeyd edib. Onun sözlərinə görə, Vaşinqton nümayəndələri artıq Aİ-nin tərəfində olduqlarını, Ukraynanı dəstəklədiklərini, bu dəstəyi gücləndirməyə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildirirlər.

Qeyd edək ki, iyunun 17-də "Bloomberg" agentliyi məlumat yaymışdı ki, "Koştanın əsas müşavirlərindən biri" Rusiya Prezidenti Vladimir Putinə yaxın olan yüksəkvəzifəli rusiyalı məmurla iki telefon danışığı aparıb və bu, bir sıra Aİ ölkələrinin narazılığına səbəb olub.

DPA agentliyinin məlumatına görə, Koştanın ofisi Rusiya ilə diplomatik kanalların açılması məqsədilə təmasların olduğunu təsdiqləyib. Bildirilib ki, bu əlaqələr zamanı məzmunlu fikir mübadiləsi və ya danışıqlar aparılmayıb.



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap