![]() |
|
![](http://azfakt.com/photos/96972.jpg)
![](http://azfakt.com/photos/c4fcc13f-2ac4-41a1-8164-2d1bc23c8dc0.jpg)
![](http://azfakt.com/photos/23180.jpg)
![](http://azfakt.com/photos/4095.jpeg)
![](http://azfakt.com/photos/282112.jpg)
![](http://azfakt.com/photos/798367.jpg)
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/7331944.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
Dövlət Agentliyində və Gəncə Xəstəxanasında yoxlama: Nöqsanlar aşkarlandı
Tarix 28.02.24, 15:37 |
|
![bitmap-img6](http://azfakt.com/photos/54023.jpg)
Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş planına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.
Hesablama Palatasından Qaynarinfo-ya verilən xəbərə görə, audit 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək olan dövrdə həyata keçirilmiş ümumilikdə 398,3 mln. manat məbləğində 253 satınalma müqaviləsini əhatə edib.
Satınalmaların təşkili və müqavilələrin icrası ilə bağlı ilkin satınalma planının müvafiq portalda yerləşdirilməsi, bir mənbədən satınalma metodundan istifadənin payının 20,0%-dən az olması, satınalmalarda qalibin seçilməsi zamanı əksər hallarda aşağı qiymət meyarına əsaslanılması, ortalama iştirakçı sayının minumum tələblərinə əməl edilməsi, müqavilələr üzrə ödəniş müddətlərinə əsasən riayət olunması müsbət hallar kimi qeyd edilməlidir.
Audit nəticəsində qeyd olunanlarla yanaşı, aşağıdakılar müəyyən edilib:
- Agentlik tərəfindən hesabat ili üçün illik ilkin satınalma planı müvafiq tələblərə riayət olunmaqla dövlət satınalmalarının vahid internet portalında yerləşdirilsə də, hazırlanmış ilkin satınalma planının layihəsinin təsdiq edilməməsi, sonradan dəyişikliklərin qeydiyyata alınmaması, eləcə də planlaşdırılan satınalmanın satınalma məqsədlərinə uyğunluğunun, o cümlədən dövlət ehtiyacları üçün olan malların (işlərin və xidmətlərin) miqdar və həcminin tələbata, xarakteristikasının isə ehtiyaca uyğun müəyyən edilməməsi bağlanmış müqavilələrin bəzi hallarda vaxtında icra edilməməsi ilə nəticələnib.
- Agentlik tərəfindən müvafiq dövrdə qüvvədə olan "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.6-cı maddəsinə əsasən malların həcminin 15 faizə qədər artırılıb-azaldılması müqavilə məbləğinin yekun protokol məbləğindən fərqlənməsinə və bunun nəticəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Agentliyin məlumatları arasında bəzi fərqlərin yaranmasına səbəb olub.
- Satınalmalar üzrə xərclərin vaxtında olması tələbi, habelə müəyyən olunmuş zaman ərzində satınalmaların həyata keçirilməsi və müvafiq müqavilələrin bağlanılması, sifarişçi tərəfindən satınalma məqsədlərinə çatmaq üçün kifayət edən müddətlərin müəyyən olunması və ona riayət edilməsi tələbləri bəzi hallarda gözlənilməyib.
- Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılıb və icra olunmuş satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətlərinin mövcud bazar qiymətindən yüksək olmasına səbəb olub.
- Eyni zamanda Agentlik tərəfindən 2022-ci ildə ümumprofilli tibb müəssisələri üçün müxtəlif tipli reaktivlərin satınalması proseduru bəzi hallarda rəqabətli satınalma metodları deyil, satınalmanın bir mənbədən metodu, bəzi hallarda isə açıq tender metodu tətbiq olunmaqla həyata keçirilmiş, nəticə etibarı ilə eyni ildə eyni adda malların alışı zamanı satınalma metodlarından asılı olaraq qiymət fərqləri mövcud olub.
- Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olub.
- Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməyib, eləcə də gecikdirilmiş günlərə görə onlara cərimə tam tətbiq edilməyib. Seçmə qaydada baxılmış 49 halda satınalma müqavilələri üzrə verilmiş elektron qaimələrə əsasən 9,9 mln. manat məbləğində cərimə sanksiyaları tətbiq edilməyib.
- Dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin alınması üzrə satınalmalarda əksər hallarda tenderin şərtlər toplusunda yararlılıq müddəti ilə bağlı nəzərdə tutulmuş tələblərin müqavilə öhdəliyinə fərqli daxil edilməsi, bəzi hallarda isə müqavilə öhdəliyinə riayət edilməyərək təhvil-təslim aktlarında yararlılıq müddətinin göstərilməməsi dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin istifadəsində nəzarətin həyata keçirilməsini çətinləşdirməklə yanaşı, təchizatçılar tərəfindən yararlılıq müddəti az qalmış malların sifarişçiyə verilməsi müqavilə tələbinin pozulması ilə nəticələnib.
- Bağlanılmış satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqlar, bir-birini təkzib edən maddələr mövcud olmuşdur ki, bu da müqavilələrin icrası üzrə müəyyən çətinliklər yaradıb.
- Auditin əhatə etdiyi dövrdə Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”-nın 3.1-ci "Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir” bəndinin tələblərinə əməl edilməyib, bu isə fondun hesabatlılığının və şəffaflığının təmin edilməməsi ilə nəticələnib.
- Avans ödənişlər istisna olmaqla satınalma müqaviləsi üzrə ödəmələr Agentlik tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında həyata keçirilsə də, Vergi Məcəlləsinin müvafiq tələbləri gözlənilməyərək malların qəbulu təhvil-təslim aktları əsasında həyata keçirilmiş, nəticədə həm də bu hesaba cərimə sanksiyalarının tətbiq edilməsi təmin edilməyib.
Auditlə vəsaitlərin idarəedilməsi vəziyyəti də araşdırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Agentliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fonduna cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Lakin, sığorta növlərinin ödənişinin təfərrüatlı əsaslandırma olmadan ümumi prinsiplərlə maliyyələşdirilməsi nizamnamənin göstərilən tələbinə əməl edilməməsi ilə yanaşı, TƏBİB-in tabeliyinə verilmiş və sığorta prinsipləri əsasında fəaliyyətdə olan tibb müəssisələrinə göstərdikləri tibbi xidmətlərin dəyərindən əlavə vəsaitin köçürülməsinə şərait yaradıb.
"Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsü və icrası üzrə müəyyən edilib ki, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən tam olaraq 18.03.2022-ci il tarixdə İcbari Tibbi Sığorta Agentliyinə həyata keçirilsə də, Agentlik tərəfindən il ərzində tam olaraq istifadəsi təmin edilməyib, həmçinin əvvəlki illər üzrə də dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üzrə açılmış vəsaitlərdən ilin sonuna qalıq vəsaitlər qalmaqla bərabər həmin vəsaitlərin (9,3 mln. manat) dövlət büdcəsinə geri qaytarılması təmin edilməyərək müvafiq bank hesabına qalıq vəsait olaraq keçirilib.
Xərc istiqamətlərinin düzgün planlaşdırılmaması, maliyyə ili ərzində vaxtında xərc edilməməsi, gecikdirilmiş satınalma prosedurları və bu prosesin xarakterik hal alması Fondun sərəncamında kifayət qədər əhəmiyyətli vəsaitin sərbəst qalıq formasında qalmasına şərait yaradıb.
İTS-in sərəncamında əhəmiyyətli məbləğdə sərbəst qalığın və aylıq zəruri xərclər nəzərə alınmaqla gəlir potensialının artırılması üçün münbit şəraitin olmasına baxmayaraq, potensial məbləğdən tam istifadə edilməyib.
Xidmətlər zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin (1104 tibbi xidmət) tariflərinin təsdiq olunmasına baxmayaraq tibb müəssisələri üzrə nəzarət sisteminin formalaşmaması, elektron uçot sisteminin olmaması, hətta bəzi tibb xidmət növləri üzrə il ərzində vəsaitin daxil olmaması bu istiqamətdə ümumilikdə çox aşağı məbləğin formalaşmasına, İTS tərəfindən tibb müəssisələrinə ödənilən məbləğin artmasına şərait yaradıb.
Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə Hesabat formasının (Forma № 1V) mövcud olmasına baxmayaraq, icbari tibbi sığorta ilə bağlı inzibatçılığı həyata keçirilən gəlirlərlə əlaqədar formanın hazırlanmaması icbari tibbi sığorta haqqı ilə bağlı büdcə ilinin əvvəlinə qalıq, artıq ödəmələr, dövr ərzində hesablanmış sığorta haqları və dövrün sonuna müvafiq göstəricilər barədə müvafiq məlumatların olmamasına şərait yaratmaqla Fondun büdcə layihəsinin hazırlanmasına təsirsiz ötüşməyib.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında da audit aparılıb. 2023-cü ilin İş planına əsasən həyata keçirilmiş audit Gəncə Şəhər Birləşmiş Xəstəxanası (bundan sonra - Xəstəxana) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyır.
2021-2022-ci illər və 2023-cü ilin 9 ayı ərzində müxtəlif mənbələr hesabına Xəstəxananın gəlirləri müvafiq olaraq 39162,1 min manat, 47120,2 min manat və 37224,7 min manat, xərcləri isə bu gəlirlərin müvafiq olaraq 96,9%, 102,2% və 90,5%-ni təşkil edib, Xəstəxanaya 16621,6 min manat dəyərində tibbi sərfiyyat əvəzsiz verilib.
Xəstəxana 2023-cü ildə 10 xəstəxana, 1 mərkəz, 11 poliklinika, 1 ailə sağlamlıq mərkəzi, eləcə də təcili tibbi yardım stansiyası və avtomaşınlar qarajını əhatə etmiş, islahatlar nəticəsində A. Səhhət adına və Z. Məmmədov adına xəstəxanaların şöbələri ayrıca xəstəxana kimi smetada təsdiq olunsa da, tibbi xidmətin göstərilməsinə dair hesabatlılıq hər biri üzrə aparılmayıb ki, bu da həmin tibb müəssisələri üzrə müstəqil şəkildə təhlillərin həyata keçirilməsinə imkan verməyib.
Gəncə şəhər Səhiyyə İdarəsinin tabeliyindəki bir neçə müəssisənin Xəstəxananın əhatəsinə daxil edilməməsi ştat və çarpayı sayının azalmasına səbəb olub, çarpayı sayının azalması daha sürətli olub. Belə ki, icbari tibbi sığorta sisteminə keçidlə bağlı çarpayı sayı 2020-ci ildəki 1160-dan 981 vahidə enib və auditin əhatə illərdə sabit qalıbş, ştat sayında isə 2021-ci ildə əvvəlki ilin 3933 vahid göstərici ilə müqayisədə müşahidə edilən azalma (243 vahid), 2022-2023-cü illərdə artımla əvəzlənmiş, ştat sayı isə müvafiq olaraq 3715 və 3723 vahid təşkil edib. Başqa sözlə, icbari tibbi sığortanın tətbiqi ilə çarpayı sayının sabit qalması fonunda, ştat sayında az da olsa, artım baş verib, bu artım kadr potensialının idarə olunmasının funksional fəaliyyətə uyğunlaşdırmadan qeyri-tibb heyəti hesabına formalaşdırılıb.
Qeyri-tibb heyətinin payı ümumilikdə ştat cədvəli üzrə yuxarı olub, 2019-cu ildə 11,3% və 2020-ci ildə 11,0% səviyyəsindən 2023-cü ildə 35,2%-ə çatıb. Ümumiyyətlə, inzibati və maliyyə idarəetməsi ilə bağlı ştat sayı 2021-2023-cü illərdə artaraq 637 vahiddən 665 vahidə çatıb, cəmi ştat sayında xüsusi çəkisi 17,1%-dən 17,9%-ə yüksəlib.
Xəstəxana tərəfindən sair heyət üzrə vakant yerlərin tutulmasına üstünlük verilməsi, eləcə də tibbi xidmətlərin göstərilməsi üzrə bağlanmış əməkdaşlıq müqaviləsi diqqətə alınmaqla ştat sayının və strukturunun optimallaşdırılmaması bu kateqoriyadan olan işçilərin xüsusi çəkisinin artımını şərtləndirən əsas amillərdən olub, göstərilənlər, son nəticədə, dövlət vəsaitlərinin nəticəli və səmərəli istifadə imkanlarını məhdudlaşdırıb.
Xəstəxananın tabeliyində olan tibb müəssisələrində sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən tibb işçiləri praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olub, 47 həkimin sertifikatının bitmə müddəti bir ay – iki il arası olub.
Dövlət əmlakının istifadəyə verilməsi hüquqi aktlarda müəyyən edilmiş prosedurlar pozulmaqla həyata keçirilmiş, bağlanılmış icarə və əməkdaşlıq müqavilələrinin tələblərinə əməl olunmayıb, səhiyyə sistemində aparılan islahatlar çərçivəsində əmlak üzərində mülkiyyət hüququnun dəqiqləşdirilməsi həyata keçirilməyib. Qeyd olunanlar icbari tibbi sığorta fondunun vəsaitlərinə əlavə tələbat yaradıb, gəlir əldə etmək imkanlarını və dövlət əmlakının funksional fəaliyyətin icrasında istifadə imkanlarını məhdudlaşdırıb.
Qüvvədə olan hüquqi aktların tələblərinə əsasən tibb müəssisələrini pulsuz dərman resepti blankları ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi təmin etsə də, Xəstəxana tərəfindən müqavilələr bağlanılmaqla blanklar alınıb, bir sıra hüquqi aktların uzun illər əvvəl təsdiq edilməsi fonunda müasir tələblərin və qabaqcıl təcrübənin öyrənilərək təkmilləşdirilməməsi nəticəsində şəkərli diabetlə bağlı normaların ağırlıq dərəcəsindən asılı olmayaraq eyni dozada müəyyən olunması əhalinin sağlamlığının qorunması istiqamətində riskləri formalaşdırıb, eləcə də ərzaq təchizatı üzrə normalara əməl edilməməsi vəsait üzrə artıq icraya səbəb olub.
Audit zamanı Xəstəxananın tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində 2023-cü ilin 4 dekabr tarixində 33 nəfər xəstənin stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 14 nəfər, 15 dekabr tarixində 30 nəfər xəstə stasionar şəraitdə müalicə aldığı göstərilsə də, faktiki olaraq 17 nəfər olub, stasionar müalicədə olan vərəmli xəstələrin xəstəxananı tərk etmələri ilə bağlı şöbənin müdirinin müvafiq razılığı olmayıb.
Ümumilikdə auditin əhatə etdiyi illərdə Xidmətlər Zərfinə daxil olmayan digər xidmətlərin göstərilməsi, eləcə də müvafiq arayışların verilməsi ilə bağlı fiziki şəxslərdən əldə edilən gəlirlər artım dinamikasına malik olub, 2021-ci ildə bu istiqamətdə 175,1 min manat, 2022-ci ildə isə həmin illə müqayisədə 2,0 dəfə, 2023-cü ilin 9 ayı ərzində 2021-ci ilin göstəricindən 2,8 dəfə, 2022-ci ilin göstəricindən 1,4 dəfə çox vəsait daxil olub. Xəstəxananın müxtəlif mənbələrdən formalaşan daxilolmalarının artımı fonunda bu gəlirlər daha sürətli tempə malik olub, nəticədə pay göstəricisi yüksəlib.
Tibbi xidmətlərin göstərilməsinə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Xəstəxana arasında bağlanmış müqavilənin şərtlərinə əməl olunmayıb, xidmətlərin dəyəri gecikmələrlə ödənilib. Belə ki, auditin əhatə etdiyi illərdə məlumatlar 2-3 ay gecikmə ilə təqdim olunaraq Agentlik tərəfindən 2-3 ay da əlavə olmaqla ekspertizadan keçirilmişdir, hər ilin son 2 ayı üzrə göstərilmiş xidmətlər barədə məlumatın təqdim edilməsi, ekspertizadan keçirilməsi və ödənilməsi növbəti ildə həyata keçirilib.
Auditin əhatə etdiyi hər bir dövr üzrə imtina hallarının cəmi sayda xüsusi çəkisi azalma tempinə malik olub, ekspertizadan keçmiş xidmətlər isə 2022-ci ildə əvvəlki ilə nisbətdə say ifadəsində 2,1 dəfə, məbləğ ifadəsində isə 1,7 dəfə çoxalıb. Auditin əhatə etdiyi dövr üzrə 1 vahid xidmətə düşən dəyər azalma meylli olmuşdur ki, bu da bir daha göstərilən gəlirlərin daha çox kəmiyyət baxımından say vasitəsilə artırıldığını qeyd etmək imkanı verir. Qeyd edək ki, auditin əhatə etdiyi dövr üzrə ən yüksək dəyərli xidmət cərrahi stasionar, ən aşağı dəyərli xidmət ambulator xidmət üzrə olmuş, bunun müqabilində ambulator xidmətlərin sayı daha çox olub.
Maliyyə axınlarının sığorta sisteminin prinsiplərinə və hüquqi aktların tələblərinə uyğun şəkildə idarə olunmaması sığorta sisteminin dayanıqlılığına təsir edən əsas riskləri formalaşdırıb. Belə ki, təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə hüquqi aktların tələblərinə zidd olaraq vəsaitin tamamilə və ilkin tibbi-sanitariya yardımı üzrə isə nəzərdə tutulmuş qaydada ödənilməməsi Xəstəxananın maliyyə imkanlarının məhdudlaşmasına səbəb olub.
Gəncə əhalisinin sayı nəzərə alınmaqla aparılmış hesablamalar ilkin tibbi-sanitariya yardımı üzrə vəsaitin məbləğinin 4500,0-5000,0 manat təşkil edə biləcəyini, həmçinin Xidmətlər Zərfi çərçivəsində göstərilmiş və ekspertizadan keçmiş xidmətlərin dəyərinin Xəstəxanaya tam ödənilmədiyini diqqətə alsaq, Xəstəxananın maliyyə dayanıqlılığının təmin edilməsində məhdudiyyətlərin olduğunu vurğulamaq olar.
İcbari tibbi sığorta fondunun vəsaitlərinin istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin Agentlik tərəfindən zəif tətbiq edilməsi Xidmətlər Zərfinə daxil olmayan xidmətlər üzrə 948,7 min ödəniş aparılması ilə nəticələnib.
Əməyin ödənişində VTC ilə bağlı payın azalması ilə müşahidə edilən müsbət meyillər fonunda tibbi xidmətlərin göstərilməsi ilə bağlı ödəmələrin həyata keçirilməsində məhdudiyyətlər və işin nəticələrinə görə ödənilən həvəsləndirici əlavələrin görülən işin dəyərindən kəskin az olması "xidmət-gəlir” uzlaşmasının tam təmin edilmədiyini, eləcə də keyfiyyətli tibbi xidmətlərin göstərilməsi ilə bağlı əməyin stimullaşdırılması alətlərinin düzgün tətbiq olunmadığını vurğulamaq imkanı verir.
Auditin əhatə etdiyi dövrdə Xəstəxanaya digər tibb müəssisələrindən göndərişlər əsasında xəstə müraciətləri olmuşdur. Həmin müraciətlər əsasında 10489 xəstəyə 25458 növdə göstərilmiş xidmətin 1476062,4 manat dəyəri Xəstəxanaya ödənilmiş, baxılan dövrdə müraciətlərin sayı artıb, 2023-cü ilin auditlə tam əhatə olunmadığını nəzərə alsaq bu meyilin davam edəcəyini diqqətə çatdırmaq olar.
Audit sübutları ümumilikdə müraciətlərin sayının daha çox olduğunu göstərir. Belə ki, seçmə qaydasında 2023-cü ilin iyun ayı üzrə ümumilikdə 16925 müraciətin yalnız 9-u ilə bağlı vəsait ödənildiyini göstərir. Göndəriş kimi sistemə daxil edilmiş bu müraciətlərin ümumi dəyəri 56997 manat təşkil edib, ödənilməsindən imtina olunmuş 16916 halın 15293-də həkim göstərişi olmadan icra edilmiş laboratoriya müayinəsi, 982-də Xidmətlər Zərfinin tələblərinə uyğun olmayan xidmət olması və 470-də təsdiq edilmiş nəticənin olmaması səbəb olaraq göstərilib.
Eləcə də, Xəstəxanaya tibbi xidmət üçün müraciət etmiş vətəndaşlar bəzi hallarda müayinə və müalicənin mümkün olmaması səbəbindən digər tibb müəssisələrinə göndərilib. Ümumilikdə baxılan dövrdə 7813 halda dövlət, 18285 halda qeyri-dövlət tibbi müəssisələrinə göndəriş verilmiş, 2021-ci illə müqayisədə hər iki halda artım meyili müşahidə olunub.
Digər tibb müəssisələrinə göndərişlərin 50,0%-dən çoxu 3 istiqamət üzrə formalaşıb. 5189 halda həkim radioloq, 4437 halda həkim invaziv-radioloq və 3984 halda həkim oftalmoloq xidmətləri üçün dövlət və qeyri-dövlət tibb müəssisələrinə göndəriş verilib.
Xəstəxanaya daxil olmuş göndərişlərin təhlili də göstərir ki, ümumilikdə dəyəri ödənilmiş 25458 xidmətin 8192-si və ya 32,2%-i radiologiya ilə bağlı olub. Tabeliyində Oftalmologiya xəstəxanasının fəaliyyət göstərdiyini, eləcə də Xəstəxananın radiologiya ilə bağlı xidmətlər təqdim etdiyini diqqətə alsaq bu iki istiqamətin kadr potensialının və maddi-texniki təminatının gücləndirilməsinin əlavə gəlir əldə etmək imkanlarının genişləndirilməsinə və əhaliyə daha çeşidli xidmətlər göstərilməsinə şərait yaradacağını qeyd etmək olar.
Tibbi xidmətlərə dair hesabat məlumatlarının üzləşdirilməməsi və dəqiqləşdirilməməsi tibbi müəssisələri və tibbi xidmətlərə dair ölkə üzrə cari vəziyyət ilə bağlı məlumatların təhrif olunması risklərinə yol açmışdır.
Çarpayı sayının 2021-2022-ci illərdə sabit qalmaqla 2019-cu illə müqayisədə 15,1% azaldılması fonunda qəbul edilən xəstələrin sayı 2021-ci ildə 9,4%, 2022-ci ildə 4,6% azalmış, bu azalma fonunda isə çarpayı günlərinin sayı və 1 çarpayının orta işləmə müddəti 2021-ci ildə müvafiq olaraq 47,5% və 54,3%, 2022-ci ildə isə 38,5% və 46,2% azalıb. Qeyd edək ki, 2021-ci illə müqayisədə 2022-ci ildə xəstə sayında 5,3% artım müşahidə edilsə də, digər iki göstərici üzrə 12,9% və 12,5% azalma olub. Bu meyilin bir tərəfdən xidmətlərin dəyərinin ödənilməsi istiqamətində atılan addımların müsbət təsiri altında formalaşdığını vurğulamaq imkanı versə də, aparılmış nəzarət tədbirlərinin nəticələri ilə sübut olunduğu kimi, səhiyyə xidmətlərinin statistikasının təşkili ilə bağlı bir sıra mənfi amillərin təsiri də az olmayıb.
Dərman preparatları ilə bağlı fəaliyyətin hüquqi aktların tələblərinə uyğun təşkil edilməməsi dövriyyəsi məhdudlaşdırılıb və nəzarət edilən psixotrop maddələrin qeydiyyatının düzgün aparılmaması və zəruri ixtisasa malik həkimlər tərəfindən təyin edilməməsi ilə nəticələnmişdir ki, bu da son nəticədə əhalinin sağlamlığının qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli riskləri formalaşdırıb.
Toplanmış audit sübutları ilə Xəstəxananın tabeliyində olan Ailə Sağlamlıq Mərkəzinin Ailə həkimi terapevtləri tərəfindən bəzi hallarda vətəndaşlara öz ixtisaslarına uyğun olmayan dərmanlar təyin edildiyi aşkar edilib. Narkotik vasitələrin ehtiyatının tibb müəssisələrinin şöbələrində tələbat normalarına əməl edilməyib, Xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin aptek otağında saxlanılan narkotik vasitələrin miqdarı göstərilən tələbata uyğun olmamış, çağırışçı həkimlər tərəfindən tələbnamə əsasında götürülən narkotik vasitələrin, istifadə olunmadığı halda, növbənin dəyişməsi zamanı təhvil-təslim edilmədiyi, narkotik vasitələrin üzərində nəzarətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilmədiyi müəyyən edilib.
Eyni zamanda, laboratoriya müayinə sənədləri olmadan analıq və terapevtik xəstəlik məzuniyyəti üçün xəstəlik vərəqələri verilmiş, bəzi hallarda verilmiş xəstəlik vərəqinin müddəti ilə elektron sistem üzrə məlumatlar uyğun olmamış, hamiləliyə görə analıq məzuniyyəti vərəqi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq gecikmə ilə verilməsi halları müəyyən edilmişdir. Eləcə də, 1 halda 10 ay ərzində psixotrop hesab edilən 2 dərman 10 dəfə təyin edilib.
Toplanmış audit sübutları Xəstəxananın tabeliyində fəaliyyət göstərən Stomatoloji poliklinika bölməsi üzrə icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri siyahısına daxil olan dişlərin müalicəsi üzrə artıq vəsaitin alınması, həmçinin bəzi hallarda ümumiyyətlə vəsait alınmasının rəsmiləşdirilmədiyini göstərir. 2021-ci il ərzində 6880 müraciət üzrə bu xidmət göstərilsə də, il ərzində vəsait daxil olmayıb, yalnız ilin sonunda 1,2 min manat məbləğ birdəfəlik qaydada kassaya ödənilib. Eləcə də, Xəstəxana tərəfindən tibbi arayışların verilməsi ilə bağlı ödənişlərin alınması və rəsmiləşdirilməsində də nöqsanlara yol verilmiş, Xəstəxana tərəfindən yerinə yetirildiyi halda, bəzi hallarda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərə görə vəsait daxil olmayıb.
Auditlə əhatə olunmuş illərdə 51 satınalma keçirilib, ümumilikdə baş tutmuş satınalmalar çərçivəsində 7708,0 min manat dəyərində müqavilə bağlanılmış və 3581,8 min manat vəsait icra edilib. Keçirilmiş satınalmaların yalnız 7,8%-i birmənbədən satınalma metoduna aid olub, əsasən müsabiqəli metodlara üstünlük verilib. Xəstəxananın satınalma planları müəyyən edilmiş müddətdə hazırlanaraq müvafiq qaydada internet səhifəsində yerləşdirilsə də, planlar hüquqi aktların tələblərinə uyğun tərtib edilməmiş, eləcə də, icra prosesində həmin planlara riayət edilməyib.
Auditin əhatə etdiyi illərdə bağlanılmış satınalma müqaviləsi barədə məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı müəyyən edilmiş müddətə əməl olunmayıb, Xəstəxana tərəfindən 2021-ci ildə keçirilən satınalmaların hamısı, 2022-ci ildə 65,5%-i dördüncü rübə aid olub.
Tender komissiyası üzvlərinin tərkibi və say ilə bağlı tələblərə əməl olunsa da, komissiyanın fəaliyyətində nöqsanlara yol verilmiş, bu nöqsanlar əsasən iddiaçıların ixtisas göstəriciləri ilə bağlı tələbləri əhatə etməklə, bəzi hallarda müsabiqəli şərtlərə məhdudlaşdırıcı təsirə malik olmuş, bəzi hallarda isə ixtisas göstəriciləri uyğun olmayan iddiaçıların qeydə alınması satınalmaların baş tutması ilə nəticələnib. Bəzi hallarda rəqabətlilik prinsipi məhdudlaşdırılıb, müəyyən edilmiş tələblər iddiaçılara proseduralarda iştirakla bağlı ədalətli yanaşmanın tətbiqində risklərə yol açıb.
Bağlanılmış müqavilələr hüquq aktların tələblərinə uyğun tərtib edilsə də, bəzi xidmətlərin alınması çərçivəsində faktiki tələbatdan daha çox xidmət göstərilməsinin rəsmiləşdirilməsi səbəbindən artıq vəsait icra edildiyi, bəzi hallarda cərimələrin hesablanılmadığı və alınmadığı müəyyən olunub.
Xəstəxana tərəfindən mühasibat uçotu "Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın hesablar planına uyğun aparılsa da, maliyyə hesabatları "İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın hesabat formalarına uyğun hazırlanmış, bununla yanaşı hesabatların hazırlanması zamanı bəzi informasiyalar hesabata daxil edilməmiş, bəzi hallarda isə düzgün daxil edilməyib.
Bəzi hallarda mövcud aktivlərin dəyərinin mühasibat uçotunda tanınmaması, bir sıra hallarda isə amortizasiya məbləğlərinin düzgün hesablanılmaması son nəticədə maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələrinə dair hesabat göstəricilərinin təhrifi ilə nəticələnərək aktivlərin dəyərinin müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb.
Gəlirlərin tanınması və hesabat dövrünün sonunda müvəqqəti hesabların bağlanması ilə bağlı əməliyyatların mühasibat uçotunda qeydə alınması prosesində uyğunsuzluqlara yol verildiyi müəyyən edilib, gəlirlərin az məbləğdə tanınması 2021-ci ilin başa çatan hesabat dövrü üzrə 184,2 min manat ümumi zərər yarandığı halda, Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda ümumi zərər 19384,9 min manat çox, 2022-ci ildə isə 1809,4 min manat ümumi mənfəət yarandığı halda, Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda zərər göstərilib.
Xəbərin oxunma sayı : 364
Sosial
Xəbərlər
-
Röya rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
PA rəsmilərinin avqust ayında vətəndaş qəbulu cədvəli açıqlandı - CƏDVƏL
-
“Saville“ makaronlarının içindən diri siçan balaları çıxdı - VİDEO
-
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
-
Azərbaycanda vəzifəli şəxsin qətlinin təfərrüatları: İşığı kəsib evdən çıxmasını gözləyiblər
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
-
I və IV ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərib - Altısının nəticəsi ləğv edilib
-
Dolları olanlar mütləq bu xəbəri oxusun - VACİB AÇIQLAMA
-
Tikinti şirkəti şəhərin mərkəzini xarabalığa çevirib - Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır? (VİDEO)
-
Kamran Əliyev Kadir Özkaya ilə görüşdü - FOTO
-
“Milyardlarla insan ekstremal istilik epidemiyası ilə üz-üzədir” – Quterreş
-
“Ekoloji tələblərə cavab verməyən bütün layihələr geri qaytarılır“ - Agentlik rəhbəri
-
Kreditlə bağlı mühüm yenilik: Zamin tələbi ləğv olunur?
-
DİN əməliyyat keçirdi: Saxlanılanlar var (VİDEO)
-
“100 balı“ keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaq
-
“Tramp prezident seçilərsə, Ukraynaya 500 mlrd. dollar yardım edəcək“ - Pompeo
-
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi - CƏDVƏL
-
Naftalanı xaraba qoyan Vüqar Novruzovun Nəsimiyə başçı gəlməkdə məqsədi nədir?
-
“Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik“ - Mikayıl Cabbarov
-
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkildi - Səbəbini belə əsaslandırdı
-
Güclü külək və sel olacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
“Mövcud qlobal sistem artıq öz əhəmiyyətini və gücünü itirir“ - Ərdoğan
-
Prezident bu sazişləri təsdiqlədi - FƏRMAN
-
Bu il cəmi 6 dəfə gömrük ödənişlərinin ödənilməsindən yayınma halı olub – SİYAHI
-
Növbəti günlərdə də dağlıq rayonlarda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Tramp prezident seçilsə, Rusiya ilə bağlı mövqeyi Baydendən fərqlənməyəcək“ - Kreml
-
Bakının bu küçəsində kirayə evlər od qiymətinədir - Buna görə imiş...
-
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
-
Rusiya Krıma yanacaq tədarükü üçün mühüm kanalı itirib - Britaniya kəşfiyyatı
-
Biznesmen yoxsa deputat? - Qafarov şirkətlərini qorumaq üçün parlamentə düşmək istəyir?
-
Narkotik dövriyyəsi ilə məşğul olan dəstənin 5 üzvü saxlanılıb - VİDEO
-
POS-terminalı olmayan obyektlərə xəbərdarlıq - “6 min manat cərimə gözləyir”
-
Azərbaycanda bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI
-
Evdən qaçan 16 yaşlı qız tapıldı - Oğlan tutuldu
-
Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi əməliyyatda daha 34 əcnəbi saxlanılıb - VİDEO
-
“Araz” marketdə qurdlu xurmalar satılır - ŞOK VİDEO
-
“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – FOTO
-
Evin qarşısına qumbara və qərənfil qoyana - Bu cəza verildi
-
Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? - İDDİA
-
“Mcdonald”s Azərbaycan” niyə cərimələnir? - Hüquqşünas səbəbi açıqladı
-
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Azercell” rouminq xidmətini bahalaşdırdı: – bir meqabayt 6 manat oldu
-
Su polisləri Xəzərdə brokonyerləri saxladı - VİDEO
-
Bu şəxslərə hər ay 150 manat veriləcək - QƏRAR
-
Kolleclərə ixtisas seçimi başlayıb - DİM-dən xəbərdarlıq
-
Dəmir Yolları İdarəsi öz işçisinin şirkətinə tender verib - ARAŞDIRMA
-
“Trampla debata hazıram” – Harris
-
Bütün növ pensiyalar artacaq - Bu tarixdən...
-
Avtomobillərdəki “səssiz qatil“ - sürücü və sərnişinlərə XƏBƏRDARLIQ!
-
Psixoloqların fantastik qiymət tələb etdikləri seanslar - VİDEO
-
Bu mənzillərin qiyməti bahalaşdı - Ekspertlər nə deyir?
-
“Hazırda İsraillə İran arasında danışıqlar mümkün deyil“ - Səfir
-
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
-
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə bu nəqliyyat vasitəsini idarə etməyə icazə verildi - VİDEO
-
“Mənə baxıb arzu tutsunlar” - Samirə Əfəndi
-
UEFA Konfrans Liqası: “Sabah“ səfərdə qalib gəlib
-
Qalmaqallı şirkət “Hermes-S“ MTK-ya tender verildi - 9 milyonluq
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Atalar və mandatlı övladlar ... - Bu adamlar YAP-ın siyahısına necə düşür?
-
KTN-də kadr dəyişikliyi - Bayandur Rzayev Məcnun Məmmədova təsir edə biləcək?
-
Səbail rayon İcra Hakimiyyəti küçələri işıqlandırmır: işığa qənaət və fanarla gəzən sakinlər - VİDEO
-
Bağırov işdən çıxardığı sabiq rəisə yeni vəzifə verdi - Dindirilmək üçün Bakıya gətirilmişdi
-
Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI
-
Deputat olmaq istəyən yeni simalar - SİYAHI
-
“Bolt”dan “comfort” taksi çağıran qadının başına dəhşətli iş gəldi - Məhkəmə
-
2023-cü ildə dünyada hər 11-ci adam ac qalıb – BMT
-
“Bu, həyatımda gördüyüm ən böyük sirkdir“ - Xavyer Maskerano
-
Saxta pullar hazırlayan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib - RƏSMİ
-
“Zelenski ilə sülh danışıqları çətin, amma mümkündür“ - Kreml
-
“Obama Harrisin namizədliyini dəstəkləyəcək” – NBC
-
Nəvə nənəsinin evindən 102 minlik oğurluq etdi - Gəncədə
-
Çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA
-
Bu qidadan imtina edənlərin ömrü 30 il uzanır – Həkimdən iddia
-
İmişlidə yanacaq daşıyan maşın aşdı, xəsarət alanlar var - FOTOLAR
-
Dövlət Agentliyi yenə zərər etdi, yığılmış zərəri 24 milyon manatı keçdi - HESABAT
-
Sabiq icra başçısının klinikası əmək qanunvericiliyini pozub - Məhkəməyə verildi
-
Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
-
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
-
Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi
-
“Yeni Klinika“nın mühafizə rəisi rüşvəti qaytardı - Mühafizəçisinə cəza verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank məzənnəni açıqladı
-
Siqaretlərin qiyməti nə qədər artacaq? – İqtisadçı açıqladı
-
Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
-
Daha 295 gənc xaricdə dövlət hesabına oxuyacaq - SİYAHI
-
Polkovnik rektor təyin edildi - Sərəncam
-
Hacı Qalibin oğlu namizəd olmadı, qalmaqallı direktora yol açıldı
-
Tovuzda məzarlıqda dava: həmkəndlisini döyərək öldürən şəxs tutulub
-
1 litr benzinlə icra başçısının qəbuluna getdi - Cərimə edildi
-
Model Afaq Aslan yeni fotosessiyası gündəmə gəldi - FOTOLAR
-
Polad Bülbüloğlu seçkiyə gedir: Bu dairədən namizəd oldu
-
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-də qanunsuzluq: protokol yazılıb
-
Deputatlığa namizəddən sensasion bəyanat: “...enerjinizi tükətməyin“
-
Natiq Qasımovun anasına ev verildi - FOTO
-
“Müxalifət seçkilərdə qalib gəlsə, Gürcüstan “ikinci cəbhə”yə çevriləcək“ - Baş nazir
-
Ağadadaş Ağayevlə onu döyən mühafizəçi haqda qərar - Vəkillər danışıdı
-
Partiya sədrinin qızı “Yüksəliş“ müsabiqəsinin qalibi oldu - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Kəlbəcərdə yeni tikilən evlərin görüntüsü - VİDEO
-
Azərbaycanda alkoqol istifadəsi artacaq - hər 100 manatın...
-
İqbal Əbilovun həbs detalları məlum oldu: Ermənistanla gizli Skype sövdələşmələri...
-
Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib - 72 şübhəli saxlanılıb
-
Keçmiş deputatın oğlu DSK önündə qalmaqal yaratdı - Qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb...
-
"Naxçıvan Bank"ın lisenziyası ləğv edildi - Bankın bazasında yaradılmış kredit təşkilatına lisenziya verilib
-
Lənkəran Gömrük Postunun rəisi biznes fəaliyyəti ilə məşğuldur? - İDDİA
-
Zaurla Xoşqədəm arasında 30 minlik DAVA
-
“Azvirt“ işçiləri qanunsuz işlədib - PROTOKOL
-
Bakıda hansı yol kəsişmələrində işıqfora ehtiyac var? - VİDEO
-
Ziya Bünyadovun qətli ilə bağlı sirr pərdəsi aralanır - Cinayəti törədən...
-
Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? - Rəsmi açıqlama
-
İranla Ermənistan 500 milyonluq məxfi müqavilə bağlayıb - KİV
-
“Şlyapa Zahid” işi məhkəmədə - 42 milyon necə mənimsənilib?
-
Qiymətli kağızlar bazarı: kim satır, kimlər alır və niyə?
-
Mənzil bazarında durğunluqdur, amma qiymətlər enmir - VİDEO
-
Fatimənin hovuz görüntüsü - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sel gəldi, Qəbələnin iki kəndini su basdı - VİDEO
-
“Ümid edirik ki, Ermənistan Kiyev rejiminin seçdiyi yolu seçməyəcək” – Peskov
-
“Türkiyə Ukraynada nizamlanma ilə bağlı açıq danışıqlar aparır“ - Fidan
TOP 10
ARXİV