“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziyanın verilməsi təkmilləşdirilib - FƏRMAN

Tarix 18.11.23, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi təkmilləşdirilib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Ölkədə bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi məqsədi ilə müəyyən edilmişdi ki, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin idxalı, ixracı və hazırlanması, qiymətli daşların hasilatı, qızılın, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsullarının tullantılarının emalı, radioaktiv maddələrin istehsalı və satışı, qiymətli kağızların buraxılması üçün avadanlıqların istehsalı və istifadəsi, kosmik-peyk rabitə vasitələrinin, xüsusi məxfi rabitə vasitələrinin və şifrlərin istehsalı və istismarı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.
Ancaq dəyişikliklə sənədin 3-cü hissəsinin birinci abzasından “kosmik-peyk rabitə vasitələrinin,” sözləri çıxarılıb.



Xəbərin oxunma sayı : 676




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap