“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bərpa, Tikinti və İdarəetmə Xidmətində korrupsiya: evlərin qiymətləri şişirdilib

Tarix 24.01.25, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində aparılan yoxlama zamanı nöqsanlar aşkarlanıb.

AzFakt.com xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Bldirildiyinə görə, audit nəticəsində müəyyən edilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrini 147 min manat artırıb.

“Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә qeyri-yaşayış obyektlәrinin tikintisi” vә “Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә 2, 3, 4 vә 5 otaqlı fәrdi yaşayış evlәrinin tikintisi” obyeki üzrә smeta vә müqavilәyә layihәdәki hәcmlәrdәn artıq hәcmin daxil edilmәsi işlәrin müqavilә dәyәrini ümumilikdә 996 min manat artırıb.

2022-ci ildә dövlәt sifarişli öhdәliklәrin icrası üçün maliyyәlәşdirilmiş vәsaitin istifadәsindә bir mәnbәdәn satınalma metodu tәtbiq edilmәklә bağlanılmış әhәmiyyәtli sayda satınalma müqavilәlәri üzrә ehtimal olunan qiymәtin müәyyәn edilmәmәsi dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı rәqabәt mühitinin dә pozulmasına sәbәb olub.

Zәngilan rayonu Ağalı kәndindә Xidmәtin strukturunda çalışan işğaldan azad edilmiş әrazilәrdә işlәyәn mütәxәssislәrin işinin xüsusiyyәtlәri nәzәrә alınmaqla mәskunlaşmaları ilә bağlı әmәyin ödәnişi üzrә qanunvericiliklә müәyyәn edilmiş әlavәnin düzgün tәtbiq edilmәmәsi hesablaşmada әsas olmadan ümumilikdә 137,3 min manat vәsaitin artıq ödәnilmәsi ilә nәticәlәnib.

Palata müәyyәn olunmuş nöqsanlarla bağlı Xidmətə bir sıra təkliflər və tövsiyyələr verib.



Xəbərin oxunma sayı : 778




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap