“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

Tarix 13.02.25, 17:33

Font ölçüsü : - / +
bitmap-img6


“Bəşər Əsəd Suriyanı Rusiyadan gələn məmurla görüşdən sonra tərk edib”.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd deyib.

O qeyd edib ki, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən həyata keçirərdi.

Hafiz Əsədin sözlərinə görə, Rusiyadan həmin şəxs gələnə qədər Prezident ailəsinin Suriyanı tərk etmək planı olmayıb, hər şey dekabrın 7-dən 8-nə keçən gecə dəyişib.

Bəşər Əsədin oğlu dissertasiyasını Moskvada müdafiə etdiyini, anası Əsmanın isə Moskvada müalicə aldığını diqqətə çatdırıb.

Hafiz Əsəd Dəməşq yaxınlığındakı atışmanın onları qorxutmadığını bildirib və bunu reallıq adlandırıb. Hafiz Əsəd ordunun Suriyanın paytaxtını müdafiə etməyə hazırlaşdığı barədə fikirlər səsləndirib:

“Hər şey gecə yarısından sonra dəyişdi. Bizim Al-Malkidə yerləşən evimizə rusiyalı məmur gəldi və hakimiyyət qüvvələrinin döyüşlərinə nəzarət etmək üçün bir neçə günlüyə Latakiaya köçməklə bağlı xahişi bizə çatdırdı. Dəməşqin Beynəlxalq Hava Limanında keçmiş Prezidentin qardaşı Mahir Əsəd də onlara qoşuldu. Gecə saat üçdə onlar Rusiyaya məxsus hərbi təyyarədə bu ölkənin Xmeymimdəki hərbi bazasına aparıldı. Təyyarə eniş etdikdən sonra onlar Prezidentin Bürc İslam rayonundakı iqamətgahına getməli idilər. Bu iqamətgah hava limanının 40 kilometrliyində yerləşir. Lakin sonradan iqamətgahla əlaqə yaratmaq cəhdləri uğursuz oldu, zənglərə cavab verən olmadı. Bu məqamda Bəşər Əsəd hərbçilərin döyüş meydanından geri çəkildiyi ilə bağlı məlumat aldı”.

Hafiz Əsəd vurğulayıb ki, gündüz saatlarında Xmeymim bazasındakı Rusiya komandanlığından ətraf ərazilərdəki vəziyyətin ciddiyyəti ilə bağlı məlumat alıblar:

“Onlar bizə bildirdilər ki, artıq bazanı tərk etmək mümkün deyil. Çünki terrorçular bütün ölkə boyunca yayılıb. Vəziyyət xaotik xarakter aldı və ölkənin hərbi rəhbərliyi ilə əlaqə kəsildi. Moskva ilə məsləhətləşmələrdən sonra bizə bildirdilər ki, Rusiyaya təxliyə edilməyimizlə bağlı sorğu göndərilib. Bir müddət keçdi və biz Moskvaya istiqamətlənən təyyarəyə əyləşdik, gecə saatlarında isə hava limanına eniş etdik”.



Xəbərin oxunma sayı : 1252




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap