“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan Türkiyə hərbi əməkdaşlığı müzakirə olundu - FOTOLAR

Tarix 15.09.25, 13:05

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin dəvəti ilə Azərbaycanda işgüzar səfərdə olan Türkiyə  Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçiblər.

Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Türkiyəli qonaq protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan əlaqələrin hər iki qardaş ölkənin dövlət başçılarının dostluq münasibətləri nəticəsində daha da inkişaf etdiyini qeyd edib. Türkiyənin hər zaman ölkəmizə dəstəyini yüksək qiymətləndirən nazir 15 sentyabr - Bakının daşnak-bolşevik işğalından azad edilməsi gününün xalqımız üçün tarixi əhəmiyyətinə toxunub.

Müdafiə naziri ordu generalı S.Bayraktaroğlunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Ordu generalı S.Bayraktaroğlu öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı etimad və dostluğa dayanan münasibətlərimizin inkişaf etdirilməsində bu cür səfərlərin və keçirilən görüşlərin müsbət töhfələr verdiyini qeyd edib.

Səfər çərçivəsində hər iki ölkənin Baş Qərargah rəisləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Ordusunda tətbiq edilən yeniliklərdən danışan general-polkovnik K.Vəliyev ölkələr arasında mövcud hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb.

Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Keçirilən görüşlərdə hərbi əməkdaşlığın yeni perspektivləri, regional təhlükəsizlik və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 1216




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap