“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Kiçik məktəblilər “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil edib - FOTO

Tarix 14.11.25, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri, Qaradağ rayonu Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib. Tədbir məktəbin ibtidai sinif müəllimi Məhrubə Vəliyevanın təşəbbüsü, 2 Ç sinif şagirdlərininm iştirakı ilə keçirilib.

Tədbirdə məktəbin şagir və müəllim kollektivi ilə yanaşı, şəhid məzunlarının anaları - Musaoğlu Ataməlinin anası Musayeva Leyla, Əhmədxanov Ceyhunun anası Seyidova Rəqibə, Məmmədov Pərvizin anası Məmmədova Güllər, İsmayılzadə Səməndərin anası - İsmayılova Fəridə, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Abbas Hüseynov iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantıda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan söz açıb, 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyamızın Dahi Rəhbərin dövlət idarəçiliyindəki uzaqgörənliyinin, xalqına və dövlətinə olan sarsılmaz sədaqətinin təzahürü olduğunu vurğulayıb. Qeyd edib ki, bu Ali Sənəd Azərbaycanın müstəqil inkişaf yolunu müəyyən edən, insanların hüquq və azadlıqlarının təminatını prioritet kimi göstərən tarixi sənəddir.

Direktor A. Hüseynova bildirib ki, bu gün Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsipləri cənab Prezident, Müzəffər Ali BAş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, ölkəmizin müstəqilliyi və suverenliyi daha da möhkəmləndirilir.

Sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Abbas Hüseynov 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əhəmiyyətindən danışıb, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində atdığı tarixi addımlardan danışıb.
Daha sonra 2 Ç sinif şagirdlərinin ifasında milli rəqslər, vətənpərvər ruhda şeir və mahnılar səsləndirilmiş, səhnəciklər nümayiş olunub.






Xəbərin oxunma sayı : 583




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap