Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Sabah“ tarixinin ən bahalı transferini edir - Polşa millisinin üzvü...

Tarix 12.05.26, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


Polşa millisinin üzvü Timoteuş Puxaçın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.

Qaynarinfo Meczyki.pl portalına istinadən xəbər verir ki, futbolçu Azərbaycanda qalacaq.

Timoteuş Puxaç yay transfer pəncərəsi zamanı "Sabah"a keçmişdi. Belə ki, sol cinah müdafiəçisi icarə əsasında Almaniyanın "Holşteyn Kiel" klubundan Azərbaycana üz tutmuşdu. Müqaviləyə satınalma hüququ da daxil edilmişdi.

Məlumata görə, Azərbaycan çempionu bu hüquqdan istifadə edəcək. "Sabah” Polşa millisinin üzvünü bir neçə yüz min avro qarşılığında transfer edəcək. Son günlərdə transfer məbləğinin dəqiqləşdirilməsi ilə bağlı danışıqlar aparılır. Amma bəzi mənbələr bütün məsələlərin razılaşdırıldığı və artıq yekunlaşdığı bildirilir. Transferin rəsmiləşməsi üçün yalnız imzalar qalır. Polşa millisinin futbolçusu ilə 3 illik müqavilə imzalanacaq.

Cari mövsüm Puxaç üçün uğurlu keçib. O, 32 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu komandasının çempionluğunda mühüm rol oynayıb. Bundan əlavə, Azərbaycan Kubokunu qazanmaq uğrunda mübarizə davam edir və final qarşılaşması gələn çərşənbə günü keçiriləcək.

27 yaşlı futbolçunun karyerasında dördüncü dəfə transfer haqqı ödənilən keçidi həyata keçirmiş olacaq. Daha əvvəl onun üçün "Union Berlin”, "Trabzonspor” və "Holşteun Kiel” klubları ödəniş etmişdi.

İndiyədək "Sabah” tarixində ən bahalı transfer Kahim Parris olub. "Transfermarkt”ın məlumatına görə, o transfer 600 min avroya başa gəlib. Məlumata əsasən, polşalı futbolçunun transferi də bu rekorda çox yaxın məbləğdə olacaq.

Almaniya mətbuatı da "Sabah"ın Timoteuş Puxaçı birdəfəlik transfer etmək istədiyini yazıb. Bildirilir ki, klub hazırda 27 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu "Holşteyn Kil"lə danışıqlar aparır.

Polşa millisinin üzvünün "Sabah”la icarə müddəti 30 iyunda başa çatacaq. İddiaya görə, növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq təmsilçimiz Puxaçın transferi üçün qarşı tərəfə bir milyon avro ödəməlidir. Ötən il transfer qiyməti 2 milyon avro olan futbolçu indi 1 milyonla qiymətləndirilir.

Alman mediasına görə, "Sabah" rəhbərliyi məbləğdə bir qədər də endirimə çalışır. Futbolçunun özü ilə hərtərəfli anlaşma əldə olunub. "Holşteyn Kil"lə də ortaq məxrəcə gəlinməsi və yayda transferin reallaşması gözlənili



Xəbərin oxunma sayı : 196




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap