“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Ailə büdcəsinin yarıdan çoxu gündəlik istehlak məhsullarına xərclənir - VİDEO

Tarix 17.06.26, 20:50

Font ölçüsü : - / +
bitmap-img6


Əhalinin xərclədiyi hər 100 manatın 55 manatından çoxu gündəlik tələbat mallarına sərf olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510 milyon manatlıq məhsul satılıb.

Xezerxeber.az-ın məlumatına görə, bunun 14 milyard manatdan çoxu ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 11 milyard yarıma yaxını isə qeyri-ərzaq mallarının payına düşüb. Rəqəmlər göstərir ki, vətəndaşların xərclərində ən böyük pay yenə ərzaq məhsullarına aiddir. Ümumi xərclərin 50,9 faizi ərzağa, 4,6 faizi içkilər və tütün məmulatlarına sərf olunub. Başqa sözlə, ailə büdcəsinin yarıdan çoxu gündəlik istehlak məhsullarına yönəlir.

İqtisadçı Xalid Kərimli bildirir ki, pərakəndə ticarət dövriyyəsindəki artım təkcə alışların çoxalması ilə bağlı deyil. Burada həm əhalinin nominal gəlirlərinin və orta aylıq əməkhaqqının artması, həm də inflyasiyanın təsiri var.

Hesabat dövründə bir nəfər pərakəndə ticarət şəbəkəsində ayda orta hesabla 496 manat xərcləyib. Bunun 275 manatı ərzaq, içki və tütün məmulatlarına, 221 manat  isə qeyri-ərzaq mallarına sərf olunub. Qeyri-ərzaq mallarında isə artım 6,7 faiz olub.

İqtisadçılar bildirirlər ki, xərclərin artımında inflyasiya mühüm rol oynayır. Son beş ayda ölkədə 5,6 faizlik inflyasiya qeydə alınıb. Bu da bir çox məhsul və xidmətlərin qiymətinə təsirsiz ötüşmür. Bununla belə, pərakəndə ticarət dövriyyəsinin artması bazarda aktivliyin davam etdiyini göstərir.




Xəbərin oxunma sayı : 394




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap