“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Eurohome“da yoxlama: Azay Möhnətovdan yuxarı orqanlara niyə şikayət edilib?

Tarix 11.09.25, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


"Eurohome” inşaat bazarında yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparılıb. 

Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, yoxlamaları Binəqədi Rayon İcra Hakimiyyəti, daha sonra isə Fövqəladə Hallar Nazirliyi aparıb. 
Məlumata görə, yoxlamalar "Sədərək” Ticarət Mərkəzindəki yanğından sonraya təsadüf edib. Yoxlamaların nəticələri məlum deyil. 

"Eurohome”un adının çəkilməsini istəməyən icarədarlarından biri saytımıza bildirib ki, bazarda yanğın təhlükəsizliyi standartlara uyğun deyil. Bu, 2019-cu ildə bazarda baş verən yanğın zamanı aydın olub. Mənbənin sözlərində görə, həmin vaxtdan bu yana demək olar ki, heç nə dəyişməyib. 

Xatırladaq ki, 2019-cu ildə "Eurohome” bazarında güclü yanğın baş verib. Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, bazarın təxminən 5 hektarlıq ərazisinin 2 hektarı yanıb. Bazarda çalışanlara külli miqdarda ziyan dəyib. 

Yeri gəlmişkən, həmin vaxt zərər çəkən icarədarlardan bəzisi hələ də kompensasiya ala bilməyib. 

Əldə etdiyimiz məlumata görə, onlar bazarın sahibi Azay Möhnətov quru vədlərindən cana doyaraq yuxarı instansiyalara şikayət etməyə başlayıblar. Konkret olaraq Rafiq Ocaqverdiyev adlı icarədarın ölkə rəhbərliyinə və güc strukturlarına müraciət ünvanladığı bildirilib. 

Qaynarinfo-nun əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Rafiq Ocaqverdiyevlə əlaqə saxlayıb. O, dəymiş ziyanın hələ də ödənilmədiyini təsdiqləyib: "Mənə 200 000 manat ziyan dəyib. Azay Möhnətov dəymiş ziyanı ödəyəcəyinə söz versə də, sözünə əməl etməyib".

O, əlavə edib ki, məsələ ilə bağlı ölkə rəhbərliyinə və güc strukturlarına müraciət etdiyi üçün hələlik bu məsələ barədə geniş danışmaq istəmir. 



Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap