“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azad olunmuş ərazilərdə selləmə suvarma qadağan ediləcək“ - NAZİR

Tarix 11.09.25, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


Su ehtiyatlarının azalması və quraqlıqlar kənd təsərrüfatında suyun qənaətli istifadəsini zəruri edir.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində bildirib.

Bununla bağlı, nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə selləmə suvarma tamamilə qadağan olunacaq:

"Bu, gələcəkdə Azərbaycanda selləmə suvarmanın ölkə üzrə mərhələli şəkildə dayandırılması istiqamətində ilk addım olacaq. Biz müasir suvarma sistemlərinin geniş tətbiqi ilə həm suya qənaət etməli, həm də məhsuldarlığı artırmalıyıq".

M. Məmmədov qeyd edib ki, dünyada kənd təsərrüfatı su ehtiyatlarının təxminən 70 %-dən istifadə edir, Azərbaycanda isə bu göstərici daha yüksəkdir:

"Ölkənin su ehtiyatlarının 70 %-dən çoxu sərhədlərimizdən kənarda formalaşır. 2023-cü ildə baş verən quraqlıq nəticəsində 178 min hektar, yəni dəmyə sahələrinin üçdə biri məhv olub. Bu, bizim üçün ciddi siqnaldır".

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 1,4 milyon hektar suvarılan sahə var, lakin onların yalnız 10-11 %-i müasir suvarma sistemləri ilə təmin olunub:

"Son 6 ildə cəmi 4 min hektardan bir qədər çox sahə müasir suvarmaya keçirilib. Amma təkcə bu ilin ilk yarısında 2 min hektardan çox sahədə yeni sistemlər tətbiq olunub. Dövlət fermerlərə ciddi dəstək verir - avadanlıqların dəyərinin 80 %-ə qədəri dövlət tərəfindən maliyyələşdirilir. Bu, dünyada nadir tətbiq olunan bir mexanizmdir".

M. Məmmədov əlavə edib ki, bu ildən etibarən yerli istehsal olan müasir suvarma avadanlıqlarının subsidiyalaşdırma səviyyəsi 60 %-ə qaldırılacaq:

"Bununla həm fermerlər üçün əlçatanlığı artırmaq, həm də ölkədə istehsal potensialını və yeni iş yerlərini genişləndirmək istəyirik".



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap