“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ən varlı amerikalılar onlardır - Siyahı açıqlandı

Tarix 10.09.25, 23:14

Font ölçüsü : - / +
bitmap-img6


“Forbes” jurnalı 2025-ci il üçün ABŞ-nin ən zəngin adamlarının siyahısını dərc edib.

“Qafqazinfo” xəbər verir ki, 400 ən varlı amerikalının sərvəti son 12 ayda 1,2 trilyon dollar artaraq rekord həddə çatıb - 6,6 trilyon dollar.

“Tesla” və “SpaceX”in qurucusu İlon Mask dördüncü ildir ki, dünyanın və ABŞ-nin ən zəngin adamı olaraq qalır. O, sərvəti 400 milyard dolları keçən ilk şəxs olub. Ötən illə müqayisədə Maskın sərvəti 184 milyard dollar artıb, xüsusən də “Tesla” səhmlərindəki 56% artım sayəsində.

Reytinqdə ikinci yeri “Oracle” texnoloji şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Larri Ellison tutur. Onun sərvəti reytinq zamanı 276 milyard dollar dəyərində qiymətləndirilib. “Oracle” səhmlərinin dəyərinin 60% artması sayəsində o, bu il 101 milyard dollar zənginləşib.

Mark Zukerberq ən zəngin amerikalıların reytinqində üçüncüdür. Reytinq zamanı onun sərvəti “Meta” səhmləri 42% artdıqdan sonra 253 milyard dollar qiymətləndirilib.

Reytinqdə dördüncü yeri “Amazon”un yaradıcısı Ceff Bezos (241 milyard dollar), “Google”un həmtəsisçisi Larri Peyc isə beşinci yeri (179 milyard dollar) tutub.

ABŞ-nin ən zəngin qadını 106 milyard dollar sərvəti ilə Walmartın varisi Alise Valtondur.



Xəbərin oxunma sayı : 349




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap