“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

GDU rektorunun təyinatının pərdəarxası: Kibışev Yusibova necə xidmət

Tarix 10.09.25, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə Dövlət Universitetində (GDU) yeni təyinatlar olub...

Rektor Yusif Yusibov yeni təyinatlarla bağlı müvafiq əmrlərinə əsasən, Ruslan Araz oğlu Məmmədov rektorun köməkçisi, İlqar Nadir oğlu Kubışov rektorun elm və təhsil üzrə müşaviri və Lalə Yaşar qızı Məmmədova isə rektorun sosial məsələlər, gənclərlə iş üzrə müşaviri vəzifəsinə təyin olunublar. Qeyd edək ki, hər üç şəxs bu təyinatadək də GDU-da müxtəlif vəzifələrdə işləyiblər. Belə ki, R.Məmmədov ictimai əsaslarla Tədris məsələləri üzrə prorektor köməkçisi, İ.Kubışov Regional Kollecin direktoru, L.Məmmədova isə sadəcə rektorun müşaviri vəzifəsində çalışıblar.

Son təyinatlarda maraq kəsb edən məqam İlqar Nadir oğlu Kubışovin təyinatı ilə bağlıdır.  Bununla bağlı cumhuriyyet.az bildirir ki, əvvəllər Gəncə Dövlət Universitetində rektorun köməkçisi və müşaviri, daha sonra Gəncə Musiqi Kolleci və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru olduğu dövrdə İlqar Kubışov universitetdə imtahan proseslərinə müdaxilə etməsi ilə bağlı ittihamlarla üzləşmiş və bu səbəbdən işdən azad edilmişdi. İndi Yusif Yusibovun Kubışovu daha yüksək vəzifəyə təyin etməsi maraq doğurur. Gəncə Dövlət Universitetindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bir çox qaranlıq əməllərə imza atmış İlqar Kubışovun irəli çəkilməsinin bir çox maraqlı məqamları var. Əvvəla bu təyinatla, rektor köhnə “qara kassası”” Şahin Xurşudovun yerini doldurmuş olur. Eyni zamanda Maliyyə Nazirliyindəki dəyişiklikdən sonra arxasını itirən rektor yeni himayədar qazanmış olur.  Belə ki, İlqar Kubışov Mədəniyyət naziri Adil Kərimlinin xalasıoğludur.



Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap