“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur” - DEPUTAT

Tarix 11.09.25, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


“Özəl orta məktəblərdə təhsil haqqı çoxdur. Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, özəl orta məktəblərə ciddi meyl var: “Bu tələbatı da görüb özəl orta məktəblər təhsil haqqını daha da qaldırırlar. Hesab edirəm ki, bunu dövlət necəsə tənzimləməlidir”.

Deputat universitetlərdə təhsil haqlarının artımı ilə də razılaşmayıb: “Bunu dövlətlə paralel universitetlər etməlidir. Universitetlər təhsil haqqını artırırsa, təhsilin keyfiyyəti də qalxmalıdır. Bu məsələ ya NK-nın qərarı ilə, ya da necəsə tənzimlənməlidir ki, bu hal yaşanmasın. Məktəbli formaları ilə bağlı da problem var. Əvvəl bütün məktəblərdə bir məktəbli forması var idi, indi hər məktəbin öz forması var. Valideyn uşağın məktəbini dəyişəndə yeni forma almağa məcbur olur”.



Xəbərin oxunma sayı : 886




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap