Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

400 milyon manatlıq tenderləri 2 şirkət uddu - DETALLAR

Tarix 06.12.24, 22:47

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı 3 tenderə yekun vurub.

FED.az xəbər verir ki, qurum tenderlərin qalibləri ilə toplamda 431 milyon manat dəyərində müqavilələr bağlayıb.

Belə ki, Şirvan suvarma kanalı yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması III mərhələ və I mərhələ tenderlərini “Nort Vest Konstrakşn” MMC udub. Qalib şirkət III mərhələ ilə bağlı tenderdən 247 milyon manat, I mərhələ ilə bağlı tenderdən isə 65 milyon manat qazanıb.

Qeyd edək ki, şirkət 30.05.2018-ci il tarixində yaradılıb. “Nort Vest Konstrakşn” MMC-nin qanuni təmsilçisi Elçin Bədəlov Tofiq oğludur

Şirvan suvarma kanalının yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması (IV mərhələ) tenderinin qalibi “Elit-S” MMC seçilib və tenderin dəyəri 119 milyon manatdır.

Qeyd edək ki,  “Elit-S” MMC 09.06.2004-cü il tarixində yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmidar Əliyev Eldar oğludur. Hüquqi ünvanı AZ1900, Füzuli rayonu, Aybasanlı Ə/V, ünvanında yerləşir.



Xəbərin oxunma sayı : 1060




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap