Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

250 günlük seriya qırıldı: “Sabah“ üçüncülüyə şərik oldu

Tarix 09.05.26, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


"Sabah”ın Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsizlik seriyası qırılıb.

AzFakt.com PFL-ə istinadən xəbər verir ki, Azərbaycan çempionu adını qazanan paytaxt təmsilçisi XXXI turun "Kəpəz”lə ev oyununda uduzub – 0:1.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bunadək sonuncu dəfə III turda xalsız qalıb. 250 günsən sonra - 2025-ci il avqustun 31-də "İmişli” "Sabah”a 1 qolla qalib gəlib.

Çempionun mövsümdəki hər iki məğlubiyyəti ev qarşılaşmalarına təsadüf edib.

"Sabah” bu müddətdə 28 məğlubiyyətsiz matç keçirib. Komanda 22 qələbə qazanıb və 6 heç-heçə edib.

Bununla da "Sabah” turnirin tarixində 3-cü ən uzun məğlubiyyətsiz seriya adına şərik olub. Yalnız "Qarabağ” daha uzun seriyalara malikdir. Ağdam klubu iki dəfə məğlubiyyətsizliyə nail olub. "Sabah” isə "Kəpəz”in nəticəsini təkrarlayıb.

Ən uzun 5 seriya (texniki nəticələr və nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla)

1. "Qarabağ” – 49 (30.10.2021-09.04.2023)
2. "Qarabağ” – 31 (31.10.2018-10.11.2019)
3-4. "Kəpəz” – 28 (14.09.1997-19.09.1998)
"Sabah” – 28 (14.09.2025-03.05.2026)
1. "Turan” – 27 (12.09.1992-14.07.1993)
Qeyd: mötərizədə məğlubiyyətsiz seriyanın ilk və son oyununun tarixi göstərilib.



Xəbərin oxunma sayı : 130




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap