“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb?

Tarix 23.06.26, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


43 saylı Yol İstismar İdarəsi MMC rəisini Sahil Babayevin yaxın qohumu tapşırdığı iddia edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsinə Vüsal Nəsirli təyin edildikdən sonra bu qurumda islahatlar aparılacağı gözlənilirdi. Ancaq Vüsal Nəsirlinin islahatları özünə yaxın bir neçə şəxsi AAYDA-da müxtəlif vəzifəyə gətirməklə kifayətlənib. Keçmiş sədr Saleh Məmmədovun komandasında təmsil olunan idarə rəisləri, şöbə rəisləri isə vəzifələrində qalmaqda davam edirlər. 

Qeyd edək ki, Saleh Məmmədovun zamanında çalışan idarə rəislərinin böyük əksəriyyətinin adı korrupsiya iddalarında hallanıb. 

AzFakt.com xəbər verir ki, belə məmurlardan biri də Bərdə 43 saylı Yol İstismar İdarəsi MMC rəisi İlham Əzimovdur. AAYDA-da kadr islahatları başlayanda işdən çıxarılacaq şəxslərin siyahısında ilk onluqda adı olanlardan biri də məhz İlham Əzimov olub. Keçmiş sədr Saleh Məmmədovun komandasının əsas şəxslərindən biri hesab olunan İlham Əzimovun adı müxtəlif korruspsiya əməliyyatlarında çəklilir. Bərdədə "kiçik oliqarx" kimi tanınan İlham Əzimovun rəhbərlik etdiyi idarənin hesabına milyonlar qazandığı iddia edilir və bu böyük mənimsəmə iddaiaları əslində hüquqi araşdırma obyekti olmalıdır. 

Buna baxmayaraq, Saleh Məmmədovun korrupsioner komandasının əsas üzvülərindən biri olan İlham Əzimov hazırda işinin başındadır. 

AzFakt.com-un əldə etdiyi məlumata görə Bərdə 43 saylı Yol İstismar İdarəsi MMC rəisi AAYDA sədri Vüsal Nəsirli ilə münasibət qurmağa nail olub. Belə ki, İlham Əzimovu Maliyyə naziri Sahil Babayevin yaxın qohumlarından birinin Vüsal Nəsirliyə tapşırdığı bildirilir. 

Qeyd edək ki, Vüsal Nəsirli Maliyyə naziri Sahil Babayevə yaxın kadrı kimi tanınır. Məlumata görə vəziyyətinin yaxşı olmayacağını görən İlham Əzimov Bərdə rayonundan olan Sahil Babayevlə əlaqələr qurmağa çalışıb və sonda nazirin çox yaxın qohumu ilə bu məsələnin həlli yolunu tapıb. Mənbə iddia edir ki, məhz Sahil Babayevin yaxın qohumu İlham Əzimovu Vüsal Nəsirliyə tapşırdıqdan sonra onun işdən azad olunması gündəlikdən qalxıb. 

Qeyd edək ki, 43 saylı Yol İstismar İdarəsi MMC ölkədə ən çox şikayət olunan qurumlardan biri kimi tanınır. Bərdə rayonu və kəndlər arası yollar uzun müddətdir təmirsiz qaldığı üçün acınacaqlı vəziyyətdədirlər. 



Xəbərin oxunma sayı : 832




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap