“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yeni virus sürətlə yayılır - Xəstəxanalar doldu, çox sayda insan...

Tarix 07.02.25, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-dan sonra Böyük Britaniyada da norovirus infeksiyası rekord həddə çatıb.

Son məlumatlara görə, hər gün orta hesabla 961 xəstəxana çarpayısı ishal, qusma və norovirus əlamətləri olan xəstələrlə dolub.

Bu göstərici əvvəlki həftə ilə müqayisədə 7% artıb və mövsümün ən yüksək səviyyəsi hesab edilir.

Norovirus mədə-bağırsaq iltihabına (qastroenterit) səbəb olan yüksək yoluxucu bir virusdur. Əsas simptomları ürəkbulanma, qusma və ishaldır. Bəzi hallarda qızdırma, baş ağrısı və əzələ ağrıları da müşahidə edilir.

Virus çirklənmiş qida, su, səthlər və ya yoluxmuş insanlarla təmas nəticəsində yayılır.

Mütəxəssislər gigiyena qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər. Əlləri mütəmadi olaraq sabun və su ilə yumaq virusdan qorunmanın ən effektiv üsuludur. Meyvə-tərəvəzlərin yaxşıca yuyulması və mətbəx səthlərinin təmizlənməsi də vacibdir. Yoluxma hallarında tibbi yardıma müraciət etmək tövsiyə olunur./Musavat.com



Xəbərin oxunma sayı : 1348




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap