| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Xaricdən gələn turistlər bölgələrə getmirlər - SƏBƏB
Tarix 02.08.24, 9:47 |
|
Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, əlverişli təbiəti, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar yaradır.
Azərbaycan son illər xarici turistlərin ən çox səyahət etdiyi ölkələrdən birinə çevrilib. Lakin müşahidələr onu göstərir ki, gələn turistlər daha çox Bakıda qalmağa üstünlük verirlər. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verir. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıb. Bütövlükdə xarici turistlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Məlum olur ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar.
Maraqlıdır, bölgə turizmi niyə paytaxta uduzur?
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb. Mütəxəssislər bildirir ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlib və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləyib.
Qeyd edək ki, ötən il ölkəyə gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illərlə müqayisədə dəyişiklik müşahidə olunub. Belə ki, avropalıların sayının artması, ərəb turistlərin səfərlərinin azalması qeydə alınıb. Bu müddətdə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub.
Dövlət Turizm Agentliyinin məlumatında deyilir ki, turistik səfərlər ənənəvi 4 turizm dəhlizi üzrə fokuslanır. Bakı-Şimal, Bakı-Şimal-Qərb, Bakı-Qərb, Bakı-Cənub turizm dəhlizləri üzrə əsas turizm resurslarının cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlərdir. Xüsusilə bayram və istirahət günlərində bu bölgələr üzrə turistik səfərlərin artdığı müşahidə olunur. Bu dəhlizlərdən əlavə, Naxçıvan ayrıca turizm destinasiyası kimi diqqət çəkir. Həmçinin işğaldan azad olunan ərazilər turizm destinasiyası kimi formalaşmaqdadır.
Mütəxəssislər qeyd edirlər ki, bölgə turizmi ötən illərə nisbətən inkişaf edib. Bununla belə, bölgələrdə müxtəlif tipli hotellər, mehmanxana müəssisələri tikilməli, qida keyfiyyətinə nəzarət edilməlidir. Bölgələrdə turistlərə göstərilən xidmətlər hələ də istənilən səviyyədə olmadığı qeyd edilir. Xidmət səviyyəsi ilə yanaşı, həmçinin qiymətlər də yüksəkdir, bu səbəbdən yerli əhali də öz bölgələrimizdə istirahət edə bilmir. Bunun üçün mütəxəssislər cəlb edilməlidir. Dəfələrlə bu barədə xəbərdarlıq edilsə də, sahibkarlar, müvafiq qurumlar turizmə barmaqarası yanaşırlar.

Ceyhun Aşurov
Turizm üzrə ekspert Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanda turizm potensialı yüksəkdir: “11 iqlim tipindən 9-u məhz Azərbaycandadır. Ölkəmizin Şimaldan Cənuba, Qərbdən Şərqə səyahət edən insanlar bu iqlim tiplərinə rast gələ bilir. Azərbaycanın turizm bölgəsinə çevrilməsi imkanları çox genişdir. Təsadüfi deyil ki, turizm Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdən hesab olunur. Bu günədək Azərbaycanda turizmlə bağlı ciddi infrastruktur işləri görülüb, yollar çəkilib, müxtəlif obyektlər tikilib. Hazırkı dövrü nəzərə alsaq ki, quru sərhədlər bağlıdır və ölkəyə giriş-çıxış nöqtəsi əsasən Bakı şəhərindən olur. Azərbaycanda bir neçə beynəlxalq hava limanının olmasına baxmayaraq əsas giriş-çıxışların 90 faizindən çoxu məhz Bakı üzərindən həyata keçirilir. Bunu da nəzərə alaraq qeyd etmək lazımdır ki, ölkəyə gələn turistlər gəldikləri və getdikləri gün Bakıda olmaq məcburiyyətindədirlər. Turistlərin ölkəmizə beş günlük səfərinin ilk və son günü Bakının payına düşmüş olur. Səbəblərdən biri budur. İkinci səbəb isə Bakı şəhəri infrastrukturuna, parklarına, restoranlara, qalma yerlərinin kifayət qədər çox olmasına, hotellərinin sayına görə regionlardan daha üstün səviyyədədir. Ona görə də turistlər üçün daha əlverişli şərtlər və şərait təqdim edə bilir. Düzdür, regionlarda da bu işlər görülür. Xüsusən də yeni yolların çəkilməsi, ödənişli yolların istifadəyə verilməsi, sürət qatarının olması və sair regionlara gedişi asanlaşdırır. Misal üçün, Quba, Qusar, Qəbələnin turizm infrastrukturu ora gələn turistlərin sayına təsir edir. Eyni zamanda Naftalan, Gəncə sürət qatarının olması bu istiqamətdə turistlərin aktivliyinə təsir göstərir. Cənub zonasında yeni yolun istifadəsindən sonra biz ora gedənlərin sayının artımını müşahidə edirik. Ümumilikdə, əsas iki səbəbi qeyd etmək olar. Hava limanının, ölkəyə giriş-çıxışın məhz Bakı üzərindən olması, ikinci isə Bakıda turistlər üçün daha çox əyləncənin, istirahətin, restoran, hotellərin olması ilə əlaqədardır. Bu mənada gələn turistlər zamanını əsasən paytaxtda keçirir”.

Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, ölkə turizmində nə qədər ev təsərrüfatları çox iştirak edərsə, bu sektor bir o qədər inkişaf edər: “Azərbaycanda da ev təsərrüfatlarının turizmdə iştirak etməsi üçün ya quru sərhədlər açılmalıdır, ya da paytaxtdan bölgələrə ucuz qiymətə aviareyslər olmalıdır. Paytaxta təyyarə ilə düşən turist ucuz qiymətə, qısa müddətə bölgələrə gedə bilsin. Bölgələrdə hava limanlarının yetərli olmaması və məsafənin uzunluğu nəticədə ölkəmizə səyahət etmiş turistlərin 80-83 faizə qədərinin məhz Bakıda qalması ilə nəticələnir. Yaxud da quru sərhədlərin açılması strateji cəhətdən uyğun hesab edilmirsə, o zaman hava limanlarının infrastrukturunun yaradılması və ucuz qiymətə aviareyslərin təşkil edilməsi Azərbaycanın turizm sektorunda daha yüksək nəticə əldə olunmasına imkan verə bilər”.
Xəbərin oxunma sayı : 943
Sosial
Xəbərlər
-
Azərbaycanlı dağçı Kamçatkada kömək istəyir: Ərzağımız bir günə çatacaq
-
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Gəncədə iki pensiyaçı domino üstündə dalaşdı, biri öldü - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Ermənistana növbəti yük göndərildi - Fotolar
-
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
“Nigarın iflic olmasından sonra atam da dünyasını dəyişdi“ - Ailəsi onları ittiham edir
-
Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
-
Azərbaycan Özbəkistandan 508 milyon dollarlıq qızıl aldı - Qarşılığında nə satdıq?
-
Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır
-
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
-
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Tələsik imzalanan kredit müqaviləsinin yaratdığı risk - Açıqlama
-
Özgür Özəldən Netanyahuya: “Ərdoğanla qarşıdurmadan özünə güc toplama!”
-
Zelenskinin doğulduğu şəhər vuruldu - Ölənlərin sayı 16-ya çatdı
-
“Tesla” 3 milyon avtomobilini geri çağırır - Bu sahədə rekorddur...
-
Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO
-
Zaqatalada ağır qəza - Sürücü sükan arxasında yanaraq ölüb
-
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Salah “Trabzonspor”u niyə seçdi? - Sensasion transferin pərdəarxası
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Xəstəxanada izdiham: “Dörd gündür həkim qəbuluna düşə bilmirəm“ - VİDEO
-
“Trampın kursunu dəstəkləyin, silah alın” - Ağ Ev Avropanı küncə sıxışdırır
-
Bakıda tələbələr üçün kirayə evlər: Ən ucuz və ən bahalı ərazilər
-
Vətəndaşlar Milli Oftalmologiya Mərkəzində aylarla növbə gözləyir- VİDEO
-
Türkiyədə mədəndə uçqun olub - Ölən və xəsarət alanlar var
-
Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır - Fotolar
-
Səbaildə ara məsafəsi saxlanılmadan bina tikilir - VİDEO
-
İsrail Qəzzada kütləvi qətlləri davam etdirir - Albanese
-
Bu il xaricdən 48 nəfər tutularaq Azərbaycana gətirilib - Rəsmi
-
Paytaxtın 2 rayonunda yol bağlanır - XƏBƏRDARLIQ
-
MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə
-
Şimali Koreya Rusiyaya daha 8500 hərbçi göndərdi - CNN
-
Bakıda üç poliklinika birləşdirilir - TƏBİB-dən rəsmi açıqlama
-
Xocavənddə mina partlayışı - Üç qurum birgə məlumat yaydı
-
Milyarderlər üçün bunker - “Ağıla gələn bütün təhlükələrdən qorunacaqlar”
-
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
Valideynləri satış məntəqələrinə yönləndirmək olmaz - Rəsmi xəbərdarlıq
-
Netanyahu haqqında “Qırmızı bildiriş“ prosesi başladı: Türkiyə Ədliyyə Nazirliyindən şok bəyanat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Venesuelada Maduronun izləri silinir: Taleyin ümidinə buraxılıb
-
Azərbaycan təbii qazı hansı ölkələrə və neçəyə satıb? – Siyahı
-
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
-
“İran nüvə silahına sahib olsaydı, Yaxın Şərqi məhv edərdi” - Tramp
-
Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi - VİDEO
-
“Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları geniş üfüqlər açır“ - İlham Əliyev
-
“Yeni yoluxma halı müəyyən edilməyib“ - Nazirlikdən qarayara açıqlaması
-
Bu əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir -İlham Əliyev
-
Saxta BOKT səhifələri yaradıb vətəndaşların pulunu talayan şəxs tutuldu – Video
-
Telefonunu müştəriyə verdi, bir neçə saat sonra şoka düşdü - VİDEO
-
Binaların arasında külək niyə daha güclü hiss olunur? - Səbəbi budur
-
“Süleymancılar“ın liderinin qardaşı da saxlanıldı - 200 kiloqram qızılı aşkarlanmışdı
-
Tünzalə Ağayeva yenə Röyanı təkrarladı - VİDEO
-
Daşkəsəndə sel suları kəndin yolunu bağladı - Fotolar
-
Hansı ölkələr ehtiyatlarını daha çox qızılda saxlayır? - Siyahı
-
Azərbaycanda ən çox işsizlikdən sığorta ödənişi harada verilir? - SİYAHI
-
Mais Nəsirov departament rəhbəri təyin edilib - Agentlikdə növbəti dəyişiklik
-
Bu şəxslərin pensiyası yenidən artırılacaq-Səbəb?
-
Avropanın ən bahalı və ən ucuz aviaşirkətləri açıqlanıb - Siyahı
-
İrana qarşı əlimizdəki ən yaxşı vasitə iqtisadi təzyiqdir - Vens
-
Gürcüstanda mənfəətini ən çox artıran bank “Paşa Bank” olub - Tam siyahı
-
Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı
-
Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
-
Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
-
Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - XƏBƏRDARLIQ
-
Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
-
Dünyanın ən yaxşı hücumçuları açıqlandı - SİYAHI
-
Məktəbli forması ilə bağlı səs yazısı yayıldı: Təhsil İdarəsi açıqlama verdi
-
Aldadıb adına 3 şirkət açdılar, yarım milyon borcu yarandı - VİDEO
-
Böyük Qayıdış davam edir - Onlar da doğma yurdlarına yola düşdü (FOTO)
-
Kazım Abbasovun “xüsusi xidmət idarəsi“ şousu... - İttiham aktı ÜZƏ ÇIXDI
-
Ay qırmızı rəngə bürünəcək: Tarix və saat açiqlandi
-
Qarabağ“ Niderlandda “Tvente“ni məğlub etdi - VİDEO
-
İşçilərin xəbəri olmadan edilən bu əməl qanunsuz sayılır - Açıqlama
-
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artırılacaq - Açıqlama
-
“Pakistan Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək“ - Şərif
-
Deputatın adıyla hallanan şirkət daha bir tenderə sahibləndi - 50 milyon manatlıq
-
Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını ləğv etdi - SƏBƏB?
-
“İrana kömək edən ölkələr iqtisadi nəticələrlə üzləşəcəklər” - Tramp
-
Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? - MÜRACİƏT
-
Nazir müşavirini vəzifəsindən azad etdi - Əmr imzalayıb
-
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
-
Putinin səfəri Yaponiyanı qarışdırdı - Cavab tədbiri görəcəklər
-
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
-
Trampın görüş təklifinə raketlə cavab verdi - Yapon dənzini atəşə tutdu
-
Xanımına iş düzəltdi, özünə baha başa gəldi – keçmiş baş nazir cəzalandırıldı
-
AFFA O futbolçuya ağır cəza veddi - Özünə xəsarət yetirmişdi
-
“Sayğac yoxdur, amma borc gəlir...“ - Bərdədə qəribə hadisə + VİDEO
-
Bakının mərkəzindəki yolda təmir işləri niyə dayandırılıb? - AÇIQLAMA
-
Azərbaycanda dəmiryol bileti paketləri tətbiq ediləcək - Turistlər üçün
-
Hasil Abbasov şöbə müdirini işdən çıxardı - Yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Turizmin inkişafı ilə bağlı yeni Dövlət Proqramı təsdiqləndi - Sərəncam
-
Masazırda qaranlıq küçələr və sahibsiz itlər sakinləri narahat edir - VİDEO
-
Prezident yeni Agentliyin Əsasnaməsini təsdiqlədi - FƏRMAN
-
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
2 nəfər öldü, 5 nəfər yaralandı - İsmayıllıda ağır qəza
-
Azyaşlının ayağı avtobusun qapısında qaldı - Sürücü cəzalandırılacaq + FOTO
-
Bakıda uşaq xəstəxanasında antisanitar şərait - FOTOLAR
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində yeni təyinat - FOTO
-
Azərbaycanda mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA
-
İşçilərin 456 min manatlıq ödənişi gecikdirilib - Nazirlik müdaxilə etdi
-
Sabiq rəis məhkəmə zalından azadlığa buraxıldı - 15 min cərimə edilib
-
Bu sənədinizi itirsəniz 200 manat cərimə olunacaqsınız - Xidmət məlumat yaydı
-
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
-
Ticarət mərkəzləri və restoranlar bağlanır - Ölkədə yeni mərhələ
-
Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq - 36 dərəcə isti olacaq
-
AQTA 570 əməkdaşın geyimi üçün 336 min manat xərcləyəcək - DETALLAR
-
Viza və iş vədi ilə 73 min manatdan çox pul aldı - Pərvin Quliyevaya hökm oxundu
-
NASA-nın 30 milyon dollarlıq planı çökdü - kosmik teleskop Yerə düşür
-
Banklar məlumatlarımızı niyə toplayır? - Hər kəsin bilməli olduğu məqamlar
-
Azərbaycanın “ən bahalı” və “ən ucuz” futbolçuları kimlərdir? - Siyahı
-
Xəzər sahili, meşələr, otlaqlar... - Hansı torpaqlar dövlət mülkiyyətindədir?
-
Britaniyadan İsrailə sərt xəbərdarlıq: Plan dərhal dayandırılmalıdır
-
Söyüş üstündə sahibkarın qulağını dişləyərək qopardı - TƏFƏRRÜAT
-
“Kubinka“da sakinlərlə “Vialon“ MTK arasında münaqişə yaşanır - VİDEO
-
Bu ilin birinci yarısında avtoqəzalarda ölənlərin sayı açıqlandı - Dəhşətli FAKT
-
ABŞ Ordusu Hörmüzdə yeni neft ixracı yolu yaradıb - Sxem açıldı
-
Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
-
DTX-dən xüsusi əməliyyat: 17 il axtarışda olan şəxs Azərbaycana gətirildi
TOP 10
ARXİV






