“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Vəzifəsinin icrasına sərt qərarla başladı - Bu fərmanı imzaladı

Tarix 06.01.26, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 3-də ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra müvəqqəti prezident kimi and içən Delsi Rodrigez vəzifəsinin icrasına sərt qərarla başlayıb.

Onun imzaladığı ilk fərman ABŞ müdaxiləsini dəstəkləyən və ya təşviq edən şəxslərin həbs olunmasını və məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Fərmanla Venesuelada rəsmi olaraq fövqəladə vəziyyət elan edilib. Sənəddə ABŞ-nin ölkə ərazisinə silahlı müdaxiləsini dəstəklədiyi müəyyən edilən şəxslərə qarşı təhlükəsizlik qüvvələrinə geniş səlahiyyətlər verilir.

Fərmana əsasən, milli, ştat və bələdiyyə səviyyəsində fəaliyyət göstərən bütün hüquq-mühafizə orqanlarına ABŞ müdaxiləsini təşviq edən və ya dəstəkləyən şəxsləri dərhal müəyyənləşdirmək, saxlamaq və hüquqi məsuliyyətə cəlb etmək tapşırılıb.

D.Rodrigez mərasimdəki çıxışında ABŞ-ni kəskin tənqid edib. O, Nikolas Maduro və birinci xanım Siliya Floresin qaçırıldığını bildirərək, baş verənləri “qanunsuz hərbi hücum” kimi dəyərləndirib.


“Xalqım üçün bir an belə dayanmayacağam”, - deyən Rodrigez Venesuela xalqının sülhü və rifahı naminə fasiləsiz çalışacağını vurğulayıb.

Fövqəladə vəziyyət rejimi çərçivəsində imzalanan fərman 90 gün müddətində qüvvədə olacaq. Rəsmilər zərurət yarandığı təqdirdə bu müddətin daha 90 gün uzadıla biləcəyini bildiriblər.

Qeyd edək ki, bu fərman 1999-cu il Konstitusiyasında milli təhlükəsizliyə ciddi təhdid yarandığı hallarda dövlət başçısına fövqəladə səlahiyyətlər verən maddənin ilk dəfə tətbiq olunması ilə diqqət çəkir. (“Qafqazinfo” )



Xəbərin oxunma sayı : 553




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap