| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Azərbaycanda qış turizmi niyə yolda qalır? - Səbəb qar deyil...
Tarix 06.01.26, 12:38 |
|
Qarlı hava şəraiti bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qış turizminin inkişafı üçün əsas amillərdən biri hesab olunur. Qarla örtülmüş dağlar, xizək mərkəzləri, ekoturizm məkanları bu dövrdə turistlər üçün xüsusi cəlbedicilik qazanır. Azərbaycanda da qış aylarında qar əsasən dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. Turistik məkanların böyük hissəsi məhz bu zonalarda yerləşir.
Lakin son günlər intensiv qar və şaxtalı hava şəraiti fonunda ucqar kəndlərə, dağ turizm istiqamətlərinə aparan yolların bağlanması qış turizmini faktiki məhdudlaşdırıb və sahənin real inkişafı qarşısında ciddi maneələr yaradıb. "Report" bununla bağlı araşdırma aparıb.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirir ki, qarlı hava qış turizmi üçün əslində fürsətdir, lakin dağlıq zonalarıa xüsusi yanaşma tələb edir.
Onun sözlərinə görə, qışda qarın əsasən dağ və dağətəyi ərazilərdə müşahidə olunması həmin ərazilər üçün standart yol və təhlükəsizlik yanaşmalarının kifayət etmədiyini göstərir.
"Turistik əhəmiyyət daşıyan dağ yolları üçün adi yol protokolları yetərli deyil. Burada daha ciddi və xüsusi təhlükəsizlik mexanizmləri, qabaqlayıcı tədbirlər və çevik reaksiya sistemi olmalıdır. Ucqar kəndlərə və dağ turizm məkanlarına gedən yollar bağlandıqda problem yalnız turistin ora çata bilməməsi ilə bitmir. Təhlükəsizlik, təcili tibbi yardımın gecikməsi, xilasetmə imkanlarının zəifləməsi kimi risklər yaranır. Bu isə artıq ölkənin turizm imicinə birbaşa təsir göstərən amildir", – deyə S.Dübəndi vurğulayıb.

Onun sözlərinə görə, bir turistin qarlı yolda qalması fərdi hadisə kimi qiymətləndirilə bilməz: "Bu, bütövlükdə region üçün reputasiya problemidir. Xüsusilə xarici turistlər üçün təhlükəsizlik məsələsi əsas seçim meyarlarından biridir və hər hansı neqativ təcrübə uzunmüddətli təsir göstərə bilər".
S.Dübəndi bu prosesdə bələdiyyələrin rolunun da xüsusi əhəmiyyət daşıdığını qeyd edir. Onun fikrincə, qış turizmi inkişaf edəcəksə, bələdiyyələrin turizmə yanaşması formal səviyyədən praktik mərhələyə keçməlidir.
"Turistlərin səfər etdiyi kəndlər artıq sadəcə yaşayış məntəqələri deyil, xidmət göstərən məkanlardır. Yolun açıq saxlanılması, kənd daxili hərəkətin təmin olunması, işıqlandırma, ilkin təhlükəsizlik tədbirləri bələdiyyələrin gündəlik prioritetinə çevrilməlidir. Bu sahədə məsuliyyət yalnız mərkəzi qurumların üzərində qalmamalıdır", – deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, yol infrastrukturu ilə bağlı problemlər turizm zəncirinin bütün iştirakçılarına eyni vaxtda zərər vurur: "Yol bağlandıqda hotellərdə bronlar təxirə salınır, bələdçilərin işi dayanır, nəqliyyat və iaşə xidmətləri yarımçıq qalır, mövsümi gəlirlər azalır. Bu isə xüsusilə kiçik ailə hotelləri, kənd turizmi obyektləri və lokal sahibkarlar üçün daha həssas məsələdir".
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov da deyir ki, qışda qar yağması əslində regionlar üçün cəlbedici faktordur.
Onun sözlərinə görə, qar həm paytaxt sakinlərini, həm də ölkəyə gələn turistləri regionlara yönəldir və qış turizm komplekslərinin daha yüklü işləməsinə şərait yaradır: "Lakin son günlər bəzi regionlara gedən yolların buz bağlaması qəza risklərini artırdı. Dövlət yol polisi və aidiyyəti qurumlar müəyyən tədbirlər görsə də, qəzaların qarşısını tam almaq mümkün olmadı. Bu da göstərir ki, risklər hələ də yüksəkdir və bu vəziyyət gediş-gəlişi çətinləşdirir", – deyə C.Aşurov bildirib.

Onun sözlərinə görə, infrastruktur müəyyən qədər yaxşılaşdırılsa da, avtomobillərin böyük hissəsi qış şəraitinə uyğun təkərlərlə təchiz olunmayıb: "Eyni zamanda bəzi ərazilərdə qarın və buzun günlərlə yollarda qalması nəqliyyatın işini çətinləşdirir və turistlərin səfər planlarına mənfi təsir göstərir".
C. Aşurov bildirib ki, qış turizminin dayanıqlı inkişafı üçün əsas məsələ qarın yaratdığı riskləri əvvəlcədən azaldan, bütün iştirakçıların maraqlarını nəzərə alan və regionlarda etibarlı turizm mühiti formalaşdıran yanaşmanın tətbiqidir.
"Bu baxımdan turistik əhəmiyyət daşıyan yollar üçün xüsusi qış planlarının hazırlanması, qar təmizləmə texnikasının öncədən yerləşdirilməsi, qurumlararası koordinasiyanın gücləndirilməsi və yerli səviyyədə məsuliyyət bölgüsünün aydınlaşdırılması vacib hesab olunur. Yalnız bu halda qarlı hava qış turizmi üçün risk deyil, real iqtisadi və imic üstünlüyünə çevrilə bilər".
Qış turizmi üzrə beynəlxalq təcrübə göstərir ki, qarın intensivliyi deyil, ona hazırlıq və idarəetmə mexanizmləri həlledici rol oynayır. Bu baxımdan Gürcüstan, Türkiyə və Rusiya nümunələri diqqətçəkəndir.
Gürcüstanda qış turizminin əsas mərkəzləri olan Gudauri və Bakuriani istiqamətlərində yol infrastrukturunun qış rejiminə keçidi əvvəlcədən planlaşdırılır. Qar yağışı başlamazdan öncə qar təmizləmə texnikası strateji nöqtələrdə yerləşdirilir, yol xidməti, polis və xilasetmə qurumları arasında vahid operativ koordinasiya qurulur.
Ən önəmli məqamlardan biri isə turizm mövsümündə bu yolların prioritet yol statusu almasıdır. Bu yanaşma qısa müddətli yol bağlanmalarının turizm axınına ciddi zərər vurmasının qarşısını alır.
Türkiyədə Uludağ, Ərciyes və Kartalkaya kimi xizək mərkəzlərinə gedən yollar üçün ayrıca qış hərəkət protokolları tətbiq olunur. Bu protokollar çərçivəsində zəncir və qış təkəri olmayan avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur, hotellər və turizm obyektləri yol şəraiti barədə turistləri əvvəlcədən məlumatlandırır və bələdiyyələr yolun açıq saxlanmasına görə birbaşa məsuliyyət daşıyır.
Rusiya qış turizmi sahəsində daha sərt iqlim şəraitində fəaliyyət göstərən ölkələrdən biridir. Soçi, Krasnaya Polyana və Şimali Qafqaz bölgələrində yolların bağlanması istisna hal hesab olunur. Burada əsas yanaşma qarın tam aradan qaldırılması deyil, təhlükəsiz hərəkətin davamlı təmin edilməsidir.
Daimi qar təmizləmə qrafikləri, ağır texnikanın 24/7 rejimdə fəaliyyəti və real vaxt yol məlumatlandırma sistemləri qış turizminin fasiləsizliyini təmin edir.
Ekspertlərin fikrincə, mövcud vəziyyətin əsas səbəbi qarın yağması deyil, bu təbii şəraitə sistemli hazırlığın və koordinasiyalı yanaşmanın yetərsizliyidir. Düzgün planlaşdırma və qabaqlayıcı tədbirlər olmadığı halda qar turizm üçün üstünlük olmaq əvəzinə təhlükəsizlik, logistika və reputasiya risklərinə çevrilir.
Beləliklə, qış turizmi təbiətin təqdim etdiyi təsadüfi üstünlük deyil, planlaşdırma və institusional hazırlıq tələb edən sistemli sahədir. Beynəlxalq təcrübə açıq şəkildə göstərir ki, qarın yaratdığı risklər düzgün idarə olunduqda turizmin inkişafına maneə yox, əksinə, iqtisadi aktivliyin əsas mənbələrindən birinə çevrilir.
Gürcüstan, Türkiyə və Rusiya nümunələri sübut edir ki, qarlı hava şəraiti fövqəladə vəziyyət kimi deyil, əvvəlcədən nəzərə alınmalı mövsümi reallıq kimi qəbul edilməlidir. Turistik əhəmiyyət daşıyan yollar üçün xüsusi qış planlarının mövcudluğu, qar təmizləmə texnikasının vaxtında və düzgün yerləşdirilməsi, qurumlararası operativ koordinasiya və yerli səviyyədə məsuliyyətin aydın bölüşdürülməsi bu sahədə əsas uğur faktorlarıdır.
Azərbaycanda isə qış turizminin real potensialı mövcud olsa da, yolların bağlanması, logistikanın pozulması və təhlükəsizlik riskləri bu potensialın tam reallaşmasına mane olur. Mövcud yanaşma dəyişmədiyi təqdirdə, qar qış turizmi üçün üstünlük deyil, itirilmiş fürsət və reputasiya riski olaraq qalacaq.
Xəbərin oxunma sayı : 481
Sosial
Xəbərlər
-
“Kəpəz” Hospitalında bu həkim necə tibbi fəaliyyət göstərir: Süleyman Muradlı bu qanunsuzluğa necə icazə verib?
-
Avropa Qrenlandiyanı Ukrayna qarşılığında “mübadilə” edə bilər - Politico
-
Bakı metrosunda sərnişin stansiya yoluna düşdü - Dünyasını dəyişdi
-
“Şit reklamlar“a böyük pullar xərcləyən “Tamstore“: qiymətlər bahadır, yoxsa? - VİDEO
-
AHİK sədri müşavirini işdən çıxardı - Sabiq nazir vəzifə verdi
-
Biləsuvarda Gömrüyündə nə baş verir: rəhbər dəyişikliyi, həbslər və cinayət işi... (FOTO)
-
“Müdaxiləm olmasaydı, Rusiya Ukraynanı ələ keçirərdi” - Tramp
-
Azərbaycanda kərə yağı bahalaşacaq - Tarix açıqlandı
-
Danimarka Trampı Qrenlandiya məsələsində fikrindən daşındıra bilməyib - Axios
-
“KFC”nin Nizami küçəsindəki filialında anti-sanitar vəziyyət - Müştərilər imtina edir - Foto
-
Maştağada “Xəyal“ bazarında nöqsanlar aşkarlanıb - FOTO/VİDEO
-
Azərbaycana 3 750 kiloqram “oktopod” gətirilib - Kilosu 16 manata
-
Dini qurumlara maliyyə yardımı göstəriləcək: 6,3 milyon ayrıldı
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
AMEA-nın vəzifəli şəxslərinə cinayət işi açıldı: Nədə ittiham olunurlar?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tehran rəhbərliyi etirazlarla bağlı geri addım atdı - Pezeşkiandan yeni təlimat
-
Kərə yağının gömrük rüsumu: 15 faiz artımın səbəbi nədir və qiymət qalxacaqmı?
-
“Bölgəmizin üzləşdiyi ciddi təhlükələrin şahidi oluruq“ - Türkiyə Prezidenti
-
“Xəzər Dəniz Gəmiçiliyi” batır - dəhşətli borc, qaranlıq əməliyyatlar
-
Atlantik okeanda “qaçdı-tutdu“: ABŞ Rusiya tankerinə qarşı əməliyyatı niyə dayandırdı?
-
Qazaxda yanacaq daşıyan avtomobil yandı - Ölən var + Video
-
Metroda qiymət dəyişə bilər - “Yeni tarif modeli tətbiq olunsa...“
-
“ABŞ ilə danışıqlar üçün uyğun şərait yoxdur“ - Əraqçi
-
Cəbrayılda mina partlayıb - Bir nəfər xəsarət alıb
-
“P-Aqro” MMC-nin direktoru fermerlərə çatacaq pullarla yoxa çıxıb - Şirkətdən açıqlama
-
Agentlik tender keçirmədən yenə müqavilə imzaladı - Əfqan Guryanovla
-
Bakıda yeniyetməynin öldüyü kartinqdə sürət 120 olub - Bəs təhlükəsizlik?
-
Yeni il gecəsi kafedə hesaba görə dava saldılar - Üstəlik cərimələndilər
-
ANAMA Çingiz Abdullayev və Umud Mirzəyevin rəhbərlik etdiyi Fonda 7 milyon ayırdı - Mina təmizləyəcəklər
-
Bakıda sahibsiz itlər kabusu: Təkcə bir qəsəbədə 65 adamı dişləyiblər
-
Venesuela İsveçrəyə 113 ton qızıl satıb - Detalları açıqlandı
-
Misli.az-ın etibarlılıq problemi: balans səhvi, pul silinməsi...
-
Həkim məhkəmə zalında həbs edildi - Dələduzluğa görə
-
ABŞ mətbuatı Qrenlandiya planını sızdırdı - Əsas məqsəd işğal deyil
-
Mərkəzi Bankın yeni binasının tikintisinə nə qədər pul xərclənib? - MƏBLƏĞ
-
Nurullayevlər də Rusiya ilə bağlı imiş - Deputatın qardaşlarının Rusiya macəraları AÇILDI
-
Azərbaycan beş gəmisi niyə sanksiyaya məruz qalıb? - Təfərrüat
-
Britaniya və Fransa Ukraynada hərbi mərkəzlər yaradacaq - Starmer
-
İranda etirazlar davam edir - Ölənlərin sayı 36-ya çatıb
-
Toya getdi, oğurluq etdi - “Ağ Saray“da hadisə
-
Gəncədə 18 yaşlı gənc qətlə yetirildi - 17 yaşlı yeniyetmə saxlanıldı
-
Siqaretlərin qiymətləri 50-60 qəpik qalxıb - Dövlət Agentliyi indi “yuxudan ayılıb“
-
Xaricdən avtomobil almaq istəyən şəxslər dələduzluqla üzləşdiklərini iddia edirlər - VİDEO
-
Metrodan istifadə etmədən bank kartlarından pul çıxılır? - Narahatlığa aydınlıq gətirildi
-
ABŞ Venesueladan 50 milyon barel neft alacaq - Tramp açıqladı
-
Bakı şəhərində nə qədər taksi var? - VİDEO
-
Nura Suri də trendə qoşuldu - FOTOLAR
-
Türkiyə Super Kuboku: “Qalatasaray“ - “Fənərbağça“ finalı olacaq
-
Körpəsi olanların nəzərinə: Nestlé-nin bu uşaq qidalarında təhlükəli toksin var
-
Prezidentin müsahibəsi dünya mediasının diqqət mərkəzində - Fotolar
-
Xəzər Dəniz Gəmiçiliyində 158 milyonluq şübhəli əməliyyat - Dövlət şirkətinə “100 faiz defolt” riski niyə yükləndi?
-
“Karakasda keçirdiyimiz əməliyyada 152 təyyarə iştirak edib“ - Tramp
-
Azərbaycanda orqan bağışlayanların sayı artır - VİDEO
-
Vilayət Eyvazov Qubada vətəndaş qəbulu keçirdi - FOTO/VİDEO
-
“Hücum zamanı çoxlu sayda amerikalı hərbçi həlak olub“ - Tramp etiraf etdi
-
Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım etdi - FOTO
-
Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - “Financial Times”
-
“Ordunun 400 bölməsi tam döyüş hazırlığı vəziyyətinə gətirilib“ - SEPAH
-
Məktəbdə istilik problemi narazılığa səbəb olub - VİDEO
-
İranda etirazçılara qarşı heç bir güzəşt olmayacaq - The Times
-
Deputat Razi Nurullayevin qardaşı Dubayda bahalı toy etdi - VİDEO
-
AQTA-nın “sarı boya“ əməliyyatı: Fermerləri cəzalandırmalı, yoxsa kömək etməli?
-
Tramp Administrasiyasının Venesuela ilə bağlı əlavə tədbirlər planı yoxdur - “The Daily Telegraph“
-
“Prezidentin müsahibəsi Azərbaycanın yeni strateji hədəflərinin yol xəritəsidir“- Fərid Şahbazlı
-
Bağlanmış bankların əmlakları satışa çıxarıldı - SİYAHI+MƏBLƏĞ
-
Evləri var, sənədləri yoxdur - Yeni Günəşli sakinləri Kəmaləddin Heydərova müraciət etdilər
-
Naxçıvanın 2025-ci il büdcəsinin icra göstəriciləri proqnozu doğrultmayıb - RƏSMİ
-
QHT Agentliyinin Müşahidə Şurasının sədri seçildi - İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi
-
İranın 5 manatlıq kərə yağları - Bakıda zəhər satılır?
-
Polkovnik-leytenant saxlanıldı - 4 ay əvvəl təqaüdə çıxmışdı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Baş idarəyə rəis təyin edib - Misir Mərdanovun bacısı oğluna yüksək vəzifə verdi
-
Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar - DOSYE
-
“SAB”ın məhsullarında zərərli qida əlavələri aşkarlandı - FOTO
-
Maduro bu həbsxanada qalacaq - Əvvəl də məşhur şəxslər saxlanılıbmış
-
Bu şəxslərin pensiyasında 50 manata yaxın artacaq - “Fevralda iki ayın artımı birlikdə veriləcək...”
-
Həkimi xadimə əvəz edib? - “Sınıq ayağımı “rajok”la bərkitdilər”
-
Azərbaycan millisi İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - RƏSMİ
-
Bakıda bağban tanışı ilə oğurladıqları 293 minlik əşyaları “lalafo.az” və “tap.az”da satdı - MƏHKƏMƏ
-
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
-
“Hökumət pul emissiyasına getməyəcək“ - Məsud Pezeşkian
-
Toyuqları rəngləyib, “kənd toyuğu“ adı ilə satırmışlar... - 3 sexin fəaliyyəti dayandırılıb
-
Son bir ayda evlərdən 20-yə yaxın meyit tapılıb - SİYAHI
-
“Macdonalds” qorxusu qalmaqdadır - Uşaqlarınıza bu qidaları almayın!
-
Yeni Klinikada üç uşaq anası həkim səhvindən ölübmüş - Ginekoloqa cinayət işi açıldı
-
KTN-də direktorluq uğrunda mübarizə - Mərkəzi Aran Regional İdarəsini kim ələ kiçirəcək?
-
Milli Qvardiyaya yeni komandan təyin olundu - Sərəncam imzalanıb
-
Azərbaycanda qış turizmi niyə yolda qalır? - Səbəb qar deyil...
-
Elnur Abdullayev Global Media Group-da Adnan Əhməzadənin adamlarından təmizlənir...
-
“Balama şəkər diaqnozu qoyub, komaya saldılar“ - VİDEO
-
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır - XƏBƏRDARLIQ
-
“Neftin ucuzlaşması qaçılmazdır” - Deputat hökumətə çağırış etdi
-
Vəzifəsinin icrasına sərt qərarla başladı - Bu fərmanı imzaladı
-
“Qrenlandiya ABŞ-ın tərkib hissəsi olmalıdır“ - Ağ Ev
-
“Axı, Fələstin də bizi elə də müdafiə etmirdi” - İlham Əliyev
-
Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü – 3 milyon manat ödəyəcək
-
Bayram günlərində təcili yardıma müraciətdə rekord - VİDEO
-
Sabiq nazir dövlətə olan iki milyon manatdan artıq borcunu ödədi - FOTO
-
Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
-
Məktəblərdə 5 gün dərs olmayacaq - Bu tarixlərdə...
-
“Real dünya güc və qüdrətlə idarə olunur“ - Ağ Ev
-
Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
-
Xalq artisti Aygün Kazımova tanımaz halda - FOTOLAR
-
“ABŞ təbii sərvətlərimizə görə bizə hücum edir“ - Venesuelanın BMT-dəki nümayəndəsi
-
“Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə strateji tərəfdaşlığımızdır“ - Prezident
-
“Əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı” - İlham Əliyev
-
Masazırda qanunsuz işləyən quş kəsimi sexi aşkarlandı - VİDEO
-
“Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik” - Prezident
-
Azərbaycanın nə qədər dövlət borcu var? - AÇIQLANDI
-
Prezident yerli televiziya kanallarına müsahibə verdi - VİDEO/TAM MƏTN
-
“Maduro və Venesuela xalqı millətimizin dostudur“ - Ərdoğan
-
“Biz Konqresin 907-ci düzəlişi aradan qaldıracağını gözləyirik“ - Azərbaycan Prezidenti
-
Azərbaycanda kriptovalyuta sahiblərinin kimliyi müəyyənləşdiriləcək - Əməliyyatlar tam izləniləcək
-
Maduro ilə bağlı məhkəmə prosesi 2027-dən tez başlamayacaq - Bloomberg
-
Bu gün geomaqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Kim güclüdür, o da haqlıdır - İlham Əliyev
-
Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi - FOTO
-
Şagirdləri məktəbə aparan sürücü qıcolma keçirdi - Ağır qəza baş verdi (VİDEO)
-
Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşdü - FOTO
TOP 10
ARXİV






