“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Tramp qələbəsini belə elan etdi - “Bu gecə tarix yazdıq“ + VİDEO

Tarix 06.11.24, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünü ölkənin 47-ci prezidenti adlandırıb.

 Tramp bu barədə Floridada brifinqdə danışıb.

O, bununla özünün seçkilərdə qalib gəldiyini bildirib. 

"Bu gecə tarix yazdıq" - deyə, o, bildirib.

"47-ci Prezidentinizi seçdiyiniz üçün sizə təşəkkür edirəm”, - Tramp seçicilərinə xitabən deyib.

O, tayı-bərabəri olmayan qələbə qazandığını bəyan edib. Tramp bütün problemləri həll edəcəyinə də söz verib: “Bu, bizim ölkənin heç vaxt görmədiyi siyasi qələbədir. Ölkəmizə bərpa olmağa kömək edəcəyik. Ona yardım lazımdır. Sərhədlərimizlə olan problemi, digər geri qalan problemləri həll edəcəyik. Amerika bizə misli görünməmiş və güclü mandat verdi”.

Xatırladaq ki, hazırda səslərin hesblanması davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparıb. “Fox News”un məlumatına görə, Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 270 seçici səsi həddini keçib və 277 səs toplayıb.





Xəbərin oxunma sayı : 862




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap