Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Tarix 27.11.23, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


"Ölkə ərazisində bir neçə gündür ki, payızın sonuna və qışın əvvəlinə xas olmayan hava şəraitinin şahidi oluruq. Belə ki, cənub-şərq küləyinin əsməsi nəticəsində ölkə ərazisində mülayim-isti hava şəraiti davam edir. Amma bu gündən etibarən ölkə ərazisində, həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, yağıntıların artacağı gözlənilir”.

AzFakt.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, noyabrın 27-si gündüzdən 28-i səhərə qədər şimal qərb küləyinin əsəcəyi, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir:

"Noyabrın 27-si axşamdan 28-i səhərə qədər arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv yağışlar, şimşək çaxacağı gözlənilir. Bu gün axşamdan havanın temperaturu ötən günlərə nisbətən kəskin 10 dərəcə aşağı enəcək. 28-i gündüz saatlarında havanın temperaturu 10-12 dərəcə isti olacaq. Qeyri-sabit hava şəraiti bölgələrdə də davam edəcək”.

Xidmət rəisinin sözlərinə görə, noyabrın 27-si şimal və qərb rayonlarından başlayaraq 28-i axşama qədər ölkə ərazisində havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir:

"Həmçinin bölgələrdə qərb küləyi əsəcək, küləyin sürəti 20-25 m/s, ayrı-ayrı yerlərdə 33-38 m/s qədər güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Aran rayonlarda gecə 3-7 dərəcə, gündüz 11-15 dərəcə, dağlıq rayonlarında 4-9 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcə istiyə qədər dəyişəcək”.



Xəbərin oxunma sayı : 712




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap