“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Taksi sifariş edənlərin nəzərinə - Bu profillər bloklanacaq

Tarix 18.06.26, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda taksi fəaliyyətinə rəqəmsal nəzarət mexanizmi gücləndirilir.

AzFakt.com xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və taksi sifarişi operatorlarının birgə iştirakı ilə “Digital Finance” layihəsinin icrasına başlanılıb. İRİA-nın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ölkənin iki böyük taksi operatorunda ("Bolt" və "Uber/Yango") yeni rəqəmsal həll tətbiq edilib.

Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılmasının avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi, eləcə də sərnişinlərin təhlükəsizliyi və xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Layihənin əsas məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının real vaxt rejimində avtomatik yoxlanılmasını təmin etməkdir. Bu sistemin işləməsi üçün sürücülərdən “Xüsusi hazırlıq şəhadətnaməsi” məlumatlarının paylaşılmasına dair öz “myGov” kabinetləri üzərindən razılıq vermələri tələb olunacaq.

Qeyd edək ki, indiyədək yeni sürücü qeydiyyatı zamanı sənədlərin yoxlanılması prosesi taksi operatorları tərəfindən mexaniki (əl ilə) icra edilirdi. Bu isə buraxılış kartı olmayan və lazımi təlimlərdən keçməyən şəxslərin asanlıqla qeydiyyatdan keçərək sürücü profili yaratmasına imkan verirdi.

Yeni inteqrasiya sayəsində isə sənədlərin mövcudluğu sistem tərəfindən dərhal yoxlanılacaq. Müvafiq sənəd və icazələri olmayan şəxslər sistemə daxil ola və sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər.



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap