“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Avropada gizli kəşfiyyat savaşı - Bu əməliyyat baş tutsaydı...

Tarix 22.10.26, 12:03

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya hərbi kəşfiyyatı (GRU) 2025-ci ilin avqust ayında Almaniyanın şərqində yerləşən Leypsiq hava limanında Ukraynaya hərbi yardım daşıyan "An-124 Ruslan" yük təyyarəsinə qarşı partlayıcı qurğularla təchiz olunmuş PUA hücumu təşkil edib. Bu barədə Qərb xüsusi xidmət orqanlarına istinadən "The Wall Street Journal" (WSJ) yazır. 

Hücumda azı üç PUA iştirak edib. Onlardan biri "Antonov" yük təyyarəsinə çırpılsa da, partlamayıb; ikincisi başqa bir hava gəmisinə dəyib; üçüncüsü isə hava limanının perimetri yaxınlığında işə düşərək partlayıb. Alman müstəntiqlərinin qiymətləndirməsinə görə, hücum uğurlu alındığı təqdirdə bu, Avropanın ən böyük yük hava limanlarından birində kütləvi insan tələfatına və fəaliyyətin uzun müddətə dayandırılmasına səbəb ola bilərdi. Qərb rəsmilərinin fikrincə, buna səbəb ABŞ ilə danışıqların Kreml üçün gözlənilən nəticəni verməməsi və Ukraynadakı müharibənin gedişatıdır.

İddiaya görə, hücumun birbaşa təşkilatçısı kimi Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyaları altında olan polkovnik Denis Smolyaninov göstərilir. Əməliyyatın logistikasını isə GRU tərəfindən əməkdaşlığa cəlb edilmiş sabiq Rusiya hərbçisi Oleg Lyovuşkin idarə edib. O, Belarus vətəndaşlarından ibarət qrupla birlikdə partlayıcı maddələrin daşınmasını və PUA-ların yığılmasını təmin edib.

Partlayıcı qurğuların və PUA detallarının Almaniyaya daşınmasında əsas tranzit məntəqəsi Serbiya olub. Semtex partlayıcıları və detonatorlar hermetik şəkildə bağlanmış konserv qutularında daşınıb. Serbiya prokurorluğu artıq bu işlə əlaqədar aralarında Rusiya və Serbiya vətəndaşlığı olan şəxslərin də olduğu 7 nəfəri həbs edib.

Leypsiq hadisəsindən sonra Avropanın müxtəlif ölkələrində də bənzər hadisələr qeydə alınıb. Avqust ayında Estoniya və Polşada PUA istehsal edən müəssisələrdə yanğınlar baş verib, Slovakiya isə Ukrayna PUA-ları istehsal edən zavoda hücumun qarşısının alındığını açıqlayıb. Polşa, Litva və Bolqarıstan da "Starlink" peyk rabitə stansiyalarına qarşı həmlələr barədə məlumat yayıb. Almaniyada müzakirələr zamanı qeyd olunub ki, Leypsiqə hücum kütləvi insan tələfatı ilə nəticələnsəydi, Berlin NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiq olunması məsələsini qaldıra bilərdi.

Avqustun sonunda Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvanı ziyarət edərək Rusiya rəsmilərini gələcək eskalasiyaların nəticələri barədə xəbərdar edib. Rusiya rəsmiləri Avropadakı hadisələrlə əlaqələrini qəti şəkildə təkzib edirlər.



Xəbərin oxunma sayı : 409




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap