“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Süni intellekt çatbotları ilə yazışanların nəzərinə! - Psixi pozuntular yarana bilər

Tarix 10.08.25, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


Süni intellektə əsaslanan çatbotlarla ünsiyyət psixi pozuntuların yaranmasına səbəb ola bilər.

Yeniavaz.com xəbər verir ki, bu qənaətə Danimarkanın Orhus Universitetinin psixiatrı Sören Dinesen Esterqor gəlib.
Onun araşdırması “Schizophrenia Bulletin” tibbi jurnalında dərc olunub.
Esterqorun fikrincə, son iki il ərzində dünyada süni intellekt köməkçiləri ilə uzunmüddətli qarşılıqlı əlaqənin nəticəsində istifadəçilərdə davamlı aldadıcı inancların formalaşması halları artıb. Onların bir çoxu inanmağa başlayıb ki, guya fövqəltəbii güclərə malikdirlər, xüsusi bir missiya üçün seçiliblər və ya çatbot onlarla “gizli dialoq” qurub.
Məqalədə deyilir ki, psixiatr bu təhlükə barədə ilk xəbərdarlığını hələ 2023-cü ildə edib. O zaman o düşünürdü ki, “ChatGPT” və ya “Gemini” kimi çatbotların “insana bənzər” davranışı psixoloji cəhətdən dayanıqsız insanlarda idrak dissonansı yarada bilər. Lakin o dövrdə bu yalnız fərziyyə kimi qəbul olunurdu. Müəllifin sözlərinə görə, indi isə artıq qohumlardan, istifadəçilərdən və jurnalistlərdən real məlumatlar daxil olur ki, süni intellektlə ünsiyyət psixoloji pozuntulara səbəb olub.
“Biz görürük ki, çatbotlarla söhbətlər 16 saatlıq seanslara çevrilir, burada süni intellekt qarşı tərəfi tərifləyir və onun fikirlərini dəstəkləyir. Bu təsadüfi deyil — modellər razılıq prinsipinə əsasən öyrədilir: istifadəçi nə qədər məmnundursa, bot da öz münasibətini bir o qədər tez-tez təkrar edir”, — deyə psixiatr bildirib.
Esterqor düşünür ki, süni intellektin psixi sağlamlığa təsirinin sistemli öyrənilməsi vacibdir:
“Klinik hadisələrin toplanması, zərərçəkmişlərlə müsahibələr və müxtəlif dialoq ssenariləri ilə nəzarətli eksperimentlər keçirilməlidir”.



Xəbərin oxunma sayı : 523




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap